QURBAN QURBANOV (1927-2001) Gürcüstan » Başkeçid 27 марта 2020 MÜƏLLİMLƏRİMİZİ VƏ EL AĞSAQQALLARIMIZI TANIYAQ VƏ TANIDAQ!..QURBAN QURBANOV(1927-2001)Qurban Bayram oğlu Qurbanov 1927-ci ildə Başkeçid rayonunun Qızıl-Kilsə kəndində anadan olmuş-dur. O, Tiflisdəki ikiillik Müəllimlər İnstitutunun filologiya fakültəsini bitirmişdir.1944-cü ildə pedaqoji fəaliyyətə başlayan Qurban Bayram oğlu ömrünün əlli ilini gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş, Başkeçid rayonunun Şahmarlı, Az.Gəyliyən və Qızıl-Kilsə kəndlərində Azərbaycan dili və ədəbiyyatından dərs demiş, Qızıl-Kilsə orta məktəbinin direktoru vəzifəsində çalışmışdır. Yüksək pedaqoji ustalığa və zəngin təcrübəyə malik olan Qurban müəllim Borçalıda qabaqcıl maarif işçisi kimi tanınmış, pedaqoji ictimaiyyət və el arasında böyük hörmət və nüfuz sahibi olmuşdur.Yaşadığı kəndin və rayonun ictimai həyatında daim ya-xından iştirak edən Qurban Bayram oğlu uzun müddət kənd sovetinə deputat seçilmiş, soydaşlarına hər zaman mənəvi dayaq olaraq onlardan dəyərli məsləhətlərini əsirgəməmiş, el ağsaqqalı kimi həmişə bütün tədbirlərdə yaxından iştirak etmişdir. Elə bunun nəticələridir ki, həmyerliləri həmişə onun hörmətini saxlamışdır. O, ömrünün sonunadək kənd icmasının deputatı kimi bilik və təcrübəsini elinin, ovasının çiçəklənməsinə sərf etmişdir.Qurban Qurbanov 2001-ci ildə vəfat etmişdir.Allah rəhmət eləsin!..Müşfiq BORÇALI.(Bax: Müşfiq Borçalı. "Sazlı-Sözlü BAŞKEÇİD". 3 cilddə. I cild, Bakı, 2015.)ZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.