Professor FAİQ MƏMMƏDOV (1929-1987) Gürcüstan » Başkeçid 13 мая 2020 ALİMLƏRİMİZİ TANIYAQ VƏ TANIDAQ!..ProfessorFAİQ MƏMMƏDOVkənd təsərrüfatı elmləri doktoru, “Azərbaycanın Əməkdar aqronomu”(1929-1987)Faiq İsmayıl oğlu Məmmədovun soykökü qədim Başkeçid rayonunun Şahmarlı kəndindəndir. O, 1929-cu il noyabrın 27-də Gəncə şəhərində anadan olmuşdur. 1936-cı ildə M.Ə.Sabir adına Gəncə şəhər 5 saylı orta məktəbin 1-ci sinfinə getmiş, 1946-cı ildə həmin məktəbi bitirmişdir. Həmin il AKTİ-nin aqronomluq fakültəsinə qəbul olunmuş, ali məktə-bi 1951-ci ildə fərqlənmə diplomu ilə başa vurub “alim-aqronom” ixtisası almışdır. 1951-ci ildə AKTİ-nin aspiranturasına qəbul olunmuş, 1954-cü ildə oranı bitirmişdir. 1955-ci ildə həmin ali məktəbdə assistent işləmişdir. 1957-ci ildə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi almışdır. 1955-1959-cu illərdə AKTİ-də assistent vəzifəsində işləmişdir. 1959-1962-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Na-zirliyində toxumçuluq və kadrlar hazırlığı idarəsinin rəisi vəzifəsində çalışmışdır. 1962-ci ildə dosent olmuşdur. 1964-1966-cı illərdə K.A.Timifatı Akademiyasının doktorantı olmuşdur. 1972-1973, 1982-1986-cı illərdə AKTİ-nin ümumi əkinçilik kafedrasının müdiri vəzifəsində işləmişdir. 1967-1969-cu illərdə AKTİ partiya komitəsinin katibi seçilmiş və həmin illərdə Gəncə şəhər Sovetinin deputatı olmuşdur. 1973-1980-ci illərdə aqronomluq fakültəsinin dekanı işləmişdir. 1974-cü ildə kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsi almış, 1979-cu ildə professor olmuşdur. 1980-ci ildə “Azərbaycanın əməkdar aqronomu” fəxri adına layiq görülmüşdür. 1986-1987-ci illərdə AKTİ-nin qiyabi təhsil üzrə prorektoru vəzifəsində işləmişdir.Əməkdar aqronom, kənd təsərrüfatı elmləri doktoru, professor Faiq İsmayıl oğlu Məmmədov 1987-ci ildə vəfat etmişdir. 1988-ci ildə (ölümündən sonra) ÜİXTN sərgisinin gümüş medalına layiq görülmüşdür.Allah rəhmət eləsin!...Müşfiq BORÇALI.(Bax: Müşfiq Borçalı. "Sazlı-Sözlü BAŞKEÇİD". 3 cilddə. I cild, Bakı, 2015.)ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.