"Sərhədləri aşan şair..." - ƏSƏD CAHANGİR yazır...

"Sərhədləri aşan şair..." - ƏSƏD CAHANGİR yazır... Şair Vəli Qaraçaylının 55 illiyinə

Neçə illər öncə təsadüf məni bir şairlə tanış elədi və söhbət əsnasında o, "Rusiyaya, nəvələrimi görməyə gedirəm", - dedi. Ürəyimdə sovet dövrünü görmüş hər kəsə məxsus bir nostalji baş qaldırdı və "sərhədləri aşıb, dünyanın uzaq-uzaq ölkələrinə gedənlərə qibtə edirəm", - dedim. Onda ağlıma gətirməzdim ki, təsadüfən dediyim sözlər ilk dəfə gördüyüm bir şairin yaddaşının hansısa küncünə yazılacaq, sonra Kazbek dağlarını aşanda ordan baş qaldıraraq "Sərhədləri aşan adam" adlı şeirə çevriləcək. O şeirin müəllifi Vəli Qaraçaylı idi və şeir mənə ithaf olunmuşdu. Söz körpüdür və Vəlinin istər özü, istərəsə də sözüylə tanışlığım artdıcqa ona olan hörmətim də artdı. Şairin 55 illik yubileyinə yazı yazmağı da özüm ona təklif elədim.

V.Qaraçaylının istər özü, istərsə də sözünün taleyi dünyaya göz açdığı ulu Borçalı mahalı, Başkeçid rayonu, Yuxarı Qarabulaq kəndi, Əyriqar dağı, bu dağdan süzülən bulaqlar, bu bulaqların qovuşmasından yaranan Qaraçaya bənzəyir. Çünki sözünüdərk ilk öncə özünüdərk deməkdir. Şairin özünə ustad bildiyi Vurğunun diliylə desək, "Şəxsi taleyini duymayan bir kəs, başqa bir tale də yarada bilməz".
Vəli isə öz yubileyinə həsr etdiyi şeirdə tale və ömür yolu haqda belə deyir:

Yol gəlirəm mən o gündən bu günə,
Ürəyimdə neçə arzu, diləklə.
Çox çətinmiş gəlib çatmaq bu sinə,
Neştərindən qan süzülən fələklə.

"Sərhədləri aşan şair..." - ƏSƏD CAHANGİR yazır... Vəli Qaraçaylının şair təbiəti, ilk öncə, fərdi amillərlə müəyyənləşir. O, ata tərəfdən inqilabçılar, ana tərəfdən bəy nəslinə mənsubdur. Şairin ata babası Yolçu Səfəroğlu Başkeçid Rayon Partiya Komitəsinə başçılıq edən ilk türk olub. Altı qızdan sonra dünyaya göz açan gələcək şair, atası Nadir kişi və anası Tamam xanımın oğul sahibi olmaq arzusunu gerçəkləşdirib. Xalq arasında sinədəftər kimi tanınan Nadir kişi minlərlə atalar sözü bilib, sənət adamlarını tez-tez evinə dəvət edərək, sazlı-sözlü məclislər qurub. Bu, Vəlinin xalq dilini uşaqlıqdan mənimsəməsi, sənət adamlarını erkən yaşlarından tanımasına səbəb olub və o, saza-sözə bağlanıb. V.Qaraçaylının öz şəcərəsindən bəhs edən, müəyyən qədər avtobioqrafik səciyyə daşıyan "Qəmli dastan" poeması göstərir ki, ana babası Mirzə bəy sovet zabitinin qarşısında əyilmədiyinə görə 37-ci ildə sürgünə göndərilib və bir çoxları kimi gedər-gəlməzdən o da geri qayıtmayıb. Şairin ən çox üz tutduğu bədii-çoğrafi ünvanlardan birinin məhz dağlar olması da təsadüfi deyil. Onun "Yarı böləmməzlər ürəyimizi" (2005) adlı kitabında toplanmış neçə-neçə şeirdəki dağ obrazı, sadəcə, çoğrafi yox, həm də ruhi məkan, təkcə fiziki yox, həm də mənəvi ucalıq rəmzi, Əslinin mətanət və Kərəmin dəyanətini özündə yaşadan mental-toponimik işarə, haqq işi uğrunda rəşadət simvoludur:

Yay ayları zirvəsi qar,
Sinəsində cığırı dar.
Əslisi var, Kərəmi var,
Qarlı dağların, dağların.

Dağlardan-daşlardan süzülüb gələrək birləşən və çaya çevrilən bulaqlarla da şairin tale qohumluğu var. O, neçə-neçə söz-sənət bulağından qaynaqlanıb - Səməd Vurğun, Aşıq Hüseyn Saraclı, Aşıq Kamandar, Aşıq Gülabı, Aşıq Əhməd Sadaxlı, Aşıq Ədalət, Zəlimxan Yaqub, Bəhmən Vətənoğlu, Sücaət. Adını çəkdiyim və çəkmədiyim bir çox ustadlara Vəli ayrıca şeirlər həsr edib və bu şeirlər onun kitabında "Ünvanlı misralar" başlığı altında toplanıb. Poetik dünyagörüşünün formalaşmasında müstəsna yeri olan Səməd Vurğunun 105 illik yubileyi münasibətilə isə o, "105 il öncə" adlı poema yazıb.

Özünün ithaf şeirlərində Vəli əsas diqqəti bu və ya digər konkret şəxsin başlıca cəhətinə yönəldir, onun taleyinə nüfuz edir, alın yazısını oxumağa cəhd edir. Məsələn, Vurğun deyəndə ilk ağlagələn sovet çovğununda açan gül olur. Amma nə qədər şiddətli olsa da, bolşevik şaxtası o gülü soldura bilməyib. Çünki onun kökü dərinlərə - saza, ordan da qopuza gedib çıxır. V.Qaraçaylı da Vurğundan vurğuncasına sadə, amma mənalı yazır, əsas vurğunu sovet dövrü sənətkarının ziddiyyətli taleyi üstünə salır:

Ulu babalardan yadigar qalan,
Qopuzun balası sazdan yazıbdı.
Boranlı-şaxtalı qış gecəsində
Bənövşə ətirli yazdan yazıbdı.

Amma şairin "neştərindən qan süzülən fələk"dən narazılığı, şübhəsiz ki, təkcə öz taleyi, öz ömrüylə bağlı olmayıb, həm də ümummilli səciyyə daşıyır. Çünki o özünü sadəcə Səfərov Vəli Nadir oğlu yox, həm də ulu babaların varisi kimi duyur, bir millətin daşıyıcısı kimi dərk edir və onu şair eləyən də elə bu duyğu, bu idrakdır:

Sən mənim belimə bağla qılıncı,
Sənin harayına hay verim, ata!
Sən mənə torpaq ver Türküstan boyda,
Mən də öz oğluma pay verim, ata!

V.Qaraçaylının poetik ruhundakı vüqar ona babalarından, onlara da ulu babalarından keçib. Onun türkçü-turançı düşüncəsi gündəlik məişətdən tutmuş döyüş meydanlarına qədər geniş diapazona malikdir. Bu, nəsildən-nəslə keçərək günümüzə gəlib çatan qan yaddaşının oyaqlığı deməkdir. O özünün türk mənşəyini sadəcə ağılla dərk etmək, qəlblə duymaqla qalmayıb, bütün hüceyrələriylə hiss edir. Lakin öz millətinə sevgi onun şeirlərində milli özündənrazılığa gətirib çıxarmır. O, ümummilli durumu təkcə tarixi yox, həm də çağdaş, təkcə pozitiv yox, həm də neqativ yönləri - bütün əhatə dairəsi, zəif və güclü tərəfləriylə görür və göstərir:

Başım papaqsızdı, köhlənim nalsız,
Yalçın qayalarım qartalsız qalıb.
Dizim taqətsizdi, bədənim halsız,
Türkün torpağını gör kimlər alıb!

Çeçen xalqının azadlıq uğrunda qəhrəmanlıq tarixindən danışan və son illər siyasi lirikamızın gözəl örnəklərindən olan "Çeçen" şeiri isə şairin özünüdərk düşüncəsinin ümumqafqaz və ümummüsəlman miqyaslarından xəbər verir:

Meşənin tacıdır palıd yarpağı,
Palıd pöhrəsini bitirəcəkdir.
İgidlər yetirən Qafqaz torpağı
Hələ çox Şamillər yetirəcəkdir!

Doxsanıncı illərin xaosunda milli-mənəvi dəyərləri özündə yaşadan sənət növləri - muğam və sazın unudulmaq təhlükəsi qarşısında qalması Qarabağ itkisinin özü qədər ağrılı və təhlükəliydi. Dövlətimizin uzaqgörən və məqsədyönlü mədəni siyasət kursu, özəlliklə də, Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti sonucunda bu problem uğurla çözüldü, muğam da, saz da öz layiq olduğu yeri aldı. O vaxtlar isə bunu görən və göstərən azsaylı şairlərdən biri də V.Qaraçaylı idi:

Nadanlar gülüşür görəndə sazı,
Muğamı unudub dinləyir cazı.
Vəli dərd içində qarşılar yazı
Habilin əlində kaman ağlayır.

Şairin Xətai, Heydər Əliyev kimi tarixi şəxsiyyətlər, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Cəbrayıl kimi düşmən əlində olan bölgələr, Təbriz kimi tarixi, Bakı kimi çağdaş paytaxtımız haqqında şeirləri də onun dövlətçilik düşüncəsindən xəbər verir. O, Respublika Prezidenti İlham Əliyevin 50 illik yubileyinə həsr etdiyi, dövlətimizin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq arenada müsbət imicinin formalaşmasından bəhs edən şeirində də vətənpərvər və dövlətçi şair kimi çıxış edir:

Vətən torpağından pay ola bilməz,
Yenilməz bir ordu qurubdur İlham!
Odlar diyarının, Ana Vətənin
Hər an keşiyində durubdur İlham!

***

V.Qaraçaylının bədii obrazları klassik ozan-aşıq şeirindən gələn iki zidd qütbə bölünür. Bu qütbləşmədə dağ təpəyə, aslan tülküyə, bülbül qarğaya, mərd namərdə, aqil nadana qarşıdır və şair, təbii ki, özünü ikincilər yox, birincilərin tərəfində görür:

Elə yaşamışam həyatım boyu,
Üstümə gülməyib sənintək namərd.
Polad iradəmi, dağ vüqarımı
Sındıra bilməyib sənintək namərd.

Eyni mövqe aydınlığı özünü ümummilli miqyas və sosial müstəvidə də göstərir. Və bu, Vəlini sadəcə özündən və təbiətdən yazan şairdən cəmiyyətin problemləriylə uğraşan vətəndaş şairə çevirir. İkinci tərəfdən, sosial ifşa ruhu bu şeirlərə tənqidi gülüş, ironik çalar gətirir. "Rəbbim şeiri insanlara həb verib" deyən V.Qaraçaylı inanmaq istəyir ki, tənqidi gülüş sosial problemlərin çözümündə müalicəvi rol oynaya bilər. Beləliklə, şairin düşüncə sisteminə daha iki zidd obraz - varlı və kasıb, ustadları sırasına daha bir klassik- Sabir də daxil olur.

Yerin cənnət olsun, a Sabir baba,
Nadanlar atını dördnala çapır.
Yad əllərdə qalıb neçə el-oba,
Varlılar kasıbın tikəsin qapır.

***

V.Qaraçaylının şeir və poemalarını Camal Mustafayev, Mürsəl Həkimov, Knyaz Aslan, Salatın Əhmədova, Elxan Məmmədli kimi elm adamları yüksək qiymətləndirib, bu şeirlər Xalq artistlərimizdən Sabir Ələsgərov, Roza Tağıyeva, Eldost Bayram, Əməkdar artist Ağalar Bayramovun ifasında lentə alınıb, Dövlət Televiziyası və Radiosunda səsləndirilib. Şairin Respublika Prezidentinə həsr etdiyi şeirə bəstəkar İlham Allahverdiyev mahnı bəstələyib və bu mahnı istedadlı müğənni, Respublikanın Xalq artisti Bilal Əliyevin məharətli ifasında geniş dinləyici auditoriyasının rəğbətini qazanıb.

Amma "haqqı-ədaləti axtarıram mən" deyən V.Qaraçaylı üçün əsas məsələ sadəcə fərdi istəklər yox, ədalətin yer üzündəki təntənəsidir. Onun ardıcıl üz tutduğu mövzulardan biri də aşıq şeirimiz tarixində olduqca güclü ənənəsi olan "namərd", "fani" dünyaya etirazdır. Amma folklor şeiri ənənələrinə nə qədər bağlı olsa da, dünyaya etiraz V.Qaraçaylıda kosmik-fantastik çalarıyla seçilir - şair dünyanın çözümsüz problemlərindən baş götürüb başqa planetə getmək istəyir. Elə bir planet ki, oranın sakinləri zalım və nadan olmasın, yüksək etik-intellektual səviyyəsi ilə seçilsin. Elə bir planet ki, oranın "gülləri heç vaxt solmasın", yəni orda əbədi bahar hökm sürsün. Və beləcə, Nizamidən Nəsimiyə, Nəsimidən Muğannaya qədər şair və yazıçılarımızı düşündürən əbədiyyət axtarışları 55 yaşlı V.Qaraçaylının da gəlib çatdığı idrak məqamı kimi meydana çıxır. Bu axtarışlar düşüncənin nəinki Kazbek, yaxud Elbrus, hətta Everest məqamının da dışında, dünyanın o üzündədir. Burda söhbət artıq başqa ölçülərdən, başqa planetdən, sadəcə, çoğrafi yox, kosmik sərhədləri aşmaqdan gedir:

Zalımın zülmündən qoparın məni,
Nadanın əlində yaxam qalmasın.
Elə planetə aparın məni,
Açılan gülləri heç vaxt solmasın.
Bu yaşa, bu məqama xoş gəldin, şair!


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-da Səməd Vurğunun 110 illik yubileyi qeyd olunub

AzTU-da Səməd Vurğunun 110 illik yubileyi qeyd olunub

AzTU
VƏLİ TOMAYEV (1923-1964)

VƏLİ TOMAYEV (1923-1964)

Qarayazı, UNUTSAQ, UNUDULARIQ!...., Müşfiq Borçalı
VƏLİ  QARAÇAYLI  (1965)

VƏLİ QARAÇAYLI (1965)

"SAZLI-SÖZLÜ BORÇALI", Başkeçid, Təbriklər
Qürbət elin yanğısı!

Qürbət elin yanğısı!

Sumqayıt, Ədəbi tənqid
“Zəlimxan özü var xatirələrdə” mövzusunda ədəbi-bədii gecə

“Zəlimxan özü var xatirələrdə” mövzusunda ədəbi-bədii gecə

Mədəniyyət
Xalq şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan elmi sessiya keç ...

Xalq şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan elmi sessiya keç ...

"Zirvə"
Telman Budaqlının «MƏN UNUTSAM…» şeirlər kitabı haqqında

Telman Budaqlının «MƏN UNUTSAM…» şeirlər kitabı haqqında

Yeni nəşrlər, ADPU, Başkeçid, Ağbulaq
Mikayıl Müşfiq Dilbər Axundzadənin Dili ilə

Mikayıl Müşfiq Dilbər Axundzadənin Dili ilə

Köşə yazılar
İliyinə qədər ŞAİR - ZƏLİMXAN YAQUB

İliyinə qədər ŞAİR - ZƏLİMXAN YAQUB

Azərbaycan
Şairin yeni kitabı çıxıb

Şairin yeni kitabı çıxıb

Yeni nəşrlər
Zəlimxan ayrılığı - Orxan Aras Almaniyadan yazır

Zəlimxan ayrılığı - Orxan Aras Almaniyadan yazır

Azərbaycan
Dünyadan gileyli getdi Nəsimi...

Dünyadan gileyli getdi Nəsimi...

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Rusiya, Diaspora
Səməd QARAÇÖP: SIXIRAM QƏLƏMƏ BÜTÜN CANIMI...

Səməd QARAÇÖP: SIXIRAM QƏLƏMƏ BÜTÜN CANIMI...

Qaraçöp
Priofessor Vəli Osmanlının 80 illik yubiley – anım mərasimi

Priofessor Vəli Osmanlının 80 illik yubiley – anım mərasimi

Elm, Borçalı
Hamı xəbərdardı - Xəbərin olsun...

Hamı xəbərdardı - Xəbərin olsun...

Knyaz Aslan, Ədəbiyyatşunaslıq, Başkeçid
B.Vahabzadə yaradıcılığında ana dilimizin mövqeyi

B.Vahabzadə yaradıcılığında ana dilimizin mövqeyi

"Şərqin səsi"
Müşfiqim...

Müşfiqim...

TDPİ-nin Azərbaycan bölməsi, Poeziya, Borçalı, Darvaz, Arxiv, Müşfiq Borçalı
Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Elm, Humanitar elmlər, "Zirvə"
Ədəbiyyatşünas-alim, Əməkdar müəllim və istedadlı şair Xanəli Kərimli!

Ədəbiyyatşünas-alim, Əməkdar müəllim və istedadlı şair Xanəli Kərimli!

Naxçıvan, Elm
Hacan Hacısoyun “Yurdum-yuvam” adlı yeni kitabı işıq üzü görüb

Hacan Hacısoyun “Yurdum-yuvam” adlı yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Qaraçöp
Rəy yazın: