CAVANŞİR BULAQ Gürcüstan » Başkeçid 22 мая 2019 "Cavanşir Bulaq" - Ulu Borçalımızın qədim Başkeçid rayonundakı əsrarəngiz gözəllikləri ilə məşhur olan Şahmarlı kəndinin cənnət guşələrindən birində, uca bir dağ başında dəyərli eloğlumuz,polis general-mayoru,“Azərbaycan Bayrağı” ordenli,hörmətli Cavanşir Məmmədovunşərəfinə tikilib. Dağların qoynundan sən süzülürsən, Bulaqlar bulağı - Cavanşir bulaq.Hər damlanı bizlər ilə bölürsən, Xəstəyə məlhəmsən, Cavanşir bulaq. Qarlı zirvələrdən sən üz tutmusan, El-obaya halal nemət, çatmısan, Zümzümənlə cana şəfa qatmısan, Dərdlərə dərmansan, Cavanşir bulaq. Bulaqlar bəzəyi, dillər əzbəri, Şahmarlının tacı, ürək təpəri, Eşitsin ellər də bu xoş xəbəri, Əbədi çeşməsən, Cavanşir bulaq. Toy büsatlı olub ötən hər çağın,Dörd yanda deyilir xoş bir sorağın,Müşfiq Borçalı da oldu qonağın, Könüllər alansan, Cavanşir bulaq.İlqar Paşa qoyub üstünə maya, Açdırıb şırımı, çapdırıb qaya, Rahilə, amalı getməyib zaya, Xatirə qalansan, Cavanşir bulaq. Rahilə QARALOVA,Azərbaycan Respublikası "Təhsil" Mərkəzinin "Abdulla Şaiq", "Qafqaz-Media" İctimai Birliyinin "Cəsarətli Qələm" və"Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu"nun "Zirvə" mükafatları laureatıZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.