BİZ ONLARLA FƏXR EDİRİK! Başkeçid, İdman 12 сентября 2015 Qalib Qurban oğlu Qurbanov 1983-cü ildə qədim Borçalı Mahalının Başkeçid (indiki Gürcüstan Respublikasının Dmanisi) rayunundakı Hamamlı kəndində anadan olub. 1990-cı ildə həmin kənddəki orta məkdəbin 1-ci sinifinə gedib. 1993-cü ildə ailəliklə Bakı şəhərinə köçüblər. 3-cü sinifdən təhsilini Bakının Nizami rayonundakı 238 Nömrəli orta məktəbdə davam etdirib. Elə həmin ildən də cüdo idman növü ilə məşğul olmağa baslayıb. 5-ci sinifdə oxuyanda artıq Bakı şəhər çempionatında 2-ci yerə çixıb. Daha sonra isə yeniyetmələr arasında Azərbaycan çempionu olub. 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub. Tələbəlik illərində Azərbaycan universitetləri arasında 2-ci yerə layiq görülüb. Elə həmin il sanbo üzrə respubilka cempioanatında 1-ci yerə, Avropa cempionatında isə 5-ci yerə çıxıb. Hazırda Azərbaycan Vergilər Nazirliyində çalışır. Evlidir, bir qizi var.Qabil Qurban oğlu Qurbanov 1986-cı ildə qədim Borçalı Mahalının Başkeçid (indiki Gürcüstan Respublikasının Dmanisi) rayonundakı Hamamli kəndində anadan olub. 1993-cü ildə ailəliklə Bakı şəhərinə köçüblər. Elə həmin il Bakının Nizami rayonundakı 229 Nömrəli orta məktəbin birinci sinifnə gedib və eyni zamanda idman kimbastikasi ila məşğul olmağa başlayıb. 5 dəfə Azərbaycan cempionu olub. Sonra idmanın kinkbokss növünə keçib və burada da ürəkaçan eyni nəticələr əldə edib. Dəfələrlə Azərbaycan cempionu va mukafatcısı olub. Azərbaycanda ilk dəfə kecirlən kinkboksun Wako versiyası üzrə yarışda 3-cü nəticə göstərib. Hazırda bank sektorunda çalışır. Subaydır.Biz də Qalib və Qabil Qurbanovqardaşları ilə fəxr edir, onlara uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatlarında, əmək fəaliyyətlərində, eləcə də idman yarışlarında bundan sonra da yeni-yeni uğurar, yeni-yeni nailiyyətlər arzulayırıq!ZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.