EL AĞSAQQALI ADİL MƏHƏMMƏD OĞLU MUSAYEV (1926) Gürcüstan » Başkeçid 19 января 2017 Adil Məhəmməd oğlu Musayev 30 avqust 1926-ci ildə Ulu Borçalımızın qədim Başkeçid (indiki Dmanisi) rayonunun Qızıl-Kilsə kəndində anadan olub. Qızıl-Kilsə kənd orta məktəbini bitirdikdən sonra, 1944-cü ildə Tbilisi Pedoqoji Texnikumuna daxil olub.1947-ci ildə təhsilini başa vurduqdan sonra Gürcüstan Maarif Nazirliyinin sərəncami ilə Başkeçid rayonunun Qızıl Hacılı kənd məktəbinə ibtidai sinif müəllimi təyin edilib. Müxtəlif illərdə Qamişli, Ormeşən, Salamməlik kənd məktəblərində də şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olub.1950-cü ildə təhsilini davam etdirmək üçün sənədlərini Tbilisi Pedoqoji İnstitutuna verib. 1954-cü ildə Azərbaycan dili və ədəbiyyati müəllimi ixtisasina yiyələnib. Elə həmin ildən Qizil-Kilsə kənd orta məktəbinə müəllim təyin olunub. 1988-ci ilə kimi həmin məktəbdə şərəflə çalişmaqla yanaşi, ictimai işlərdə də yaxindan iştirak edib. Belə ki, ilk kommunist partiya təşkilati katibi, həmkarlar ittifaq sədri, rayon xalq məhkəməsinin xalq iclascisi olub. 1988-ci ildə Qızıl Kilsə südçülük-kartofçuluq sovxozuna partiya komitəsinin sədri və direktor müavini təyin olunub. 1995-ci ilə kimi həmin vəzifədə çalişib. 1995-ci ildə Qizil-Kilsə kənd sovetinin sədri seçilib.2006-ci ildə yaşi ilə əlaqədar öz ərizəsi ilə işdən azad olunub.Adil Məhəmməd oğlu şərəfli ömür yaşamışdır. 60 illik iş stajına malik olan Adil müəllimin çəkdiyi zəhmətlər, nöqsansiz işləri Gürcüstan dövlət rəhbərliyi tərəfindən qiymətləndirilib. 3 medal, onlarla fəxri fərman və nəhayət, "Şərəf" Ordeni ilə təltif olunub. 6 övladı, 20 nəvə və 18 nəticəsi var. Təqaüdçüdür.(Bax: Müşfiq Borçalı. "Sazlı-Sözlü BAŞKEÇİD". I cild, Bakı, 2017.). Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.