"LUKoyl" Başkeçidli vitse-pezidenti Başkeçid, Rusiya 8 июня 2016 BU MƏNİM BORÇALIMDIR!..MƏŞHUR İŞ ADAMI,TANINMIŞ İQTİSADÇI-ALİM və ZƏHMƏTKEŞ İNSAN VAHİD ŞƏRİFOViqtisadiyyat elmləri doktoru,Rusiyanın Əməkdar neftçisi(1945)Vahid Sədi oğlu Şərifov 1945-ci ildə qədim Başkeziddə - indiki Gürcüstan Respublikasının Dmanisi rayonundakı Armudlu kəndində anadan olub. 1963-cü ildə həmin rayonun Kirov kəndindəki orta məktəbi Qızıl medalla bitirib. Elə həmin il M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft-Kimya İnstitutunun neft-kimya fakültəsinə daxil olub, 1968-ci ildə oranı Fərqlənmə diplomu ilə bitirərək təyinatla keçmiş SSRİ-nin Yaroslavl şəhərinə göndərilib. O, hələ gənc ikən, 1973-cü ildə Volqoqrad vilayətinin Voljsk neft bazasına baş mühəndis vəzifəsinə təyin olunub. Neft-qaz sənayesinin yüksək dərəcəli ali mütəxəssisi kimi Vahid Şərifov üç illiyə Anqola ölkəsinə ezam edilib. Burada təcrübəli mütəxəssis kimi öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirərək, həm ölkəsinin, həm də millətinin etimadını doğruldub. 1986-cı ildən “Volqoqrad Neft Məhsulları” idarəsinin rəisi vəzifəsində çalışan Vahid Şərifov 1993-cü ildə “LUKoyl NŞ Volqoqrad Neft Məhsulları” səhmdar birliyinin baş direktoru, 1994-cü ilin iyun ayında isə “LUKoyl” NŞ Maliyyə kompaniyasının vitse-prezidenti vəzifəsinə təyin olunub. Bir müddət bu vəzifədə işlədikdən sonra o, Moskva şəhərində neft-qaz sahəsində yeni bir vəzifəyə dəvət olunaraq burada Rusiya dövlətinin “Əməkdar neftçisi” adına layiq görülüb. Vahid Şərifov neft iqtisadiyyatının dirçəlməsində yalnız öz əməli işiylə deyil, həm də bu sahədə yazdığı elmi əsərləri ilə də xüsusi olaraq seçilir. 1996-cı ildə yazdığı “Bazar şəraitində effektiv idarəetmə” adlı elmi əsərində müəssisələrdə marketinq xidmətinin təşkili yollarından geniş söhbət açır.1999-cu ildə yazdığı “Neft kompaniyasının təşkilat və idarələrinin transformasiya olunmuş Rusiya iqtisadiyyatında bazar formaları” elmi işində təşkilat və idarələrin işinin müasir iqtisadi tələblərə uyğun səviyyədə təşkil edilməsindən danışılır. V.Şərifovun “Benzin çayları haradan axır” adlı kitabı da elə bu qəbildəndir. O, Neft-qaz sənayesi sahəsində yazdığı bu üç fundamental elmi kitablarla yanaşı, yüzlərlə qəzet və jurnal məqalələrinin də müəllifidir. Vahid Şərifov bu elmi kitablarına görə bir neçə orden və medallarla təltif olunub. O, həm də 2000-ci ildə “Böyük Neft Kompaniyasının inkişafının strategiyası və onun kiçik və orta bizneslə əlaqəsinin mexanizmi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, iqtisadiyyat elmləri doktoru elmi adına layiq görülüb. Qeyd etmək lazımdır ki, V.Şərifov həm də fəlsəfə elmləri doktorudur.1996-cı ildə “LUKoyl” Neft Şirkətinin Maliyyə Kompaniyası ABŞ-ın Alabama ştatının Birminqam şəhərindəki beynəlxalq konsultativ sovetin “Amerika xalqının elçiləri” proqramı çərçivəsində “Sosial-siyasi krizis şəraitində iqtisadi inkişaf və dirçəlişə görə” mükafatına, V.Şərifov isə Birminqamın “Qızıl Məşəl”inə layiq görülüb. 1999-cu ildə çapdan çıxmış “Rusiyanın siyasi tarixi” ensiklopediyasında V.Şərifovun adı Rusiyanın görkəmli şəxsiyyətləri sırasına daxil edilib.Hazırda neft-qaz sahəsində geniş və səmərəli fəaliyyət göstərən Vahid Şərifov Moskvada yerləşən dünya şöhrətli “LUKoyl” Neft şirkətinin vitse-prezidenti vəzifəsində çalışır. Biz də ona - elimizin-obamızın ləyaqətli övladı, dəyərli soydaşımız, yursevər və vətənpərvər eloğlumuz, məşhur iş adamı, tanınmış iqtisadçı-alim, zəhmətkeş tədqiqatçı, qayğıkeş və xeyirxah insan, çox hörmətli filosof-ziyalı Vahid Sədi oğlu Şərifova uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, elmi yaradıcılığında, əmək və ictimai fəaliyyətində, bir sözlə, bütün işlərində yeni-yeni uğurlar arzulayırıq!.. Müşfiq BORÇALI,“Şərqin səsi” qəzeti, aprel, 2002.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.