BAŞKEÇİD rayonu ŞİNDİLƏR kəndi Gürcüstan » Başkeçid 23 апреля 2016 ŞİNDİLƏR - Qədim Dağ Borçalısının sabiq Başkeçid (indiki Dmanisi) rayonunda Şindi dağının ətəyində, rayon mərkəzindən 6 km şimal-qərbdə, dəniz səviyyəsindən 1250 m yüksəklikdə yerləşən kəndin adıdır.Bu oykonim «Şindi» oronimi - dağ adı ilə «-lər» şəkilçisinin birləşməsindən yaranıb. Təəssüflər olsun ki, bəzən Şindilər kəndinin adının gürcü dilində «zoğal» mənasında işlənən «şvindi» sözü ilə əlaqələnirirlər.Halbu ki, "Şindilər" sözünün "zoğal" sözü ilə heç bir əlaqəsi yoxdur. Çünki həmin kənd dağ bölgəsində yerləşir. Soyuq dağ bölgəsində isə «zoğal» bitməsi və «zoğal» adının kəndə verilməsi ağlabatan deyildir. Şair Seyraqif Coculu isə bizə ünvanladığı məktubunda yazmışdır ki, "Şindi sözünün mənası Ay kimi, Aytəkin deməkdir. Məsələn, Ləlvərdən baxanda Şindi Ay kimi yarım dairə formasında görünür." S.Coculu onu da qeyd etmişdir ki, Türkiyədə yaşayan Erdoğan Şindi onunla ilə məktublaşma yazamanı bildirmişdir ki, "Şindi bizim tayfanın adıdır. Şindi soy adı ilə eyni zamanda bir qadın yazıçı da var."Tarixi mənbələrə görə, Şindilər kəndinin əhalisi XIX əsrin əvvəllərində Tiflis və Rustavi şəhərləri arasında yerləşən Dəmirçi Həsənli kəndindən köçürülüb və ilk adı İkinci Dəmirçi Həsənli olub. Sonralar kəndin adı dəyişdirilib, Şindi dağının aşağı yamacında olduğu üçün Şindilər adlandırılıb. Əhalisi 500 nəfərdir. Kənddə Azərbaycan məktəbi 1928-ci ildə yaradılıb. Şindilərin ilk kolxoz sədri Mustafa Qurban oğlu olub.Professor Fəxrəddin Həmidov, dosent Vahid Qara oğlu Fərhadov, gənc alim Sahil Zahid oğlu Həmidov, hüquq-mühafizəçisi Vəkil Bayramov, el şairi Novruz Məhəmmədəlioğlu, şairə Səadət Novruzqızı, şair Seyraqif Coculu və b. bu kəndin yetirmələridir.ƏZİZ OXUCULARIMIZ!.. ULU BORÇALImızdakı bu və ya digər QƏDİM KƏNDLƏRİMİZLƏ,EL-OBALARIMIZLA, bir sözlə TOPONİMLƏRİMİZLƏ bağlıÖZ QEYDLƏRİNİZİ və DƏYƏRLİ MÜLAHİZƏLƏRİNİZİ BİZƏ YAZMAĞINIZI XAHİŞ EDİRİK!..ƏVVƏLCƏDƏN TƏŞƏKKÜR EDİR VƏ SİZLƏRƏ UĞURLAR ARZULAYIRIQ!..Böyük hörmət və ehtiramla, MÜŞFİQ BORÇALI.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.