Gürcüstan azərbaycanlıları Fevralın 8-i saat 14-də Tiflisdə Gürcüstan Parlamentinin qarşısında etiraz aksiyası keşirəcəklər Gürcüstan, Tiflis, Siyasət, Diaspora 7 февраля 2019 Öncədən xəbər verildiyi kimi, Gürcüstanda yaşayan soydaşlarımız planlaşdırmışılar ki, 2019-cu il Fevralın 5-də Gürcüstan Parlamenti ilk iş gününü etiraz aksiyası ilə qarşılasın. Amma təəssüflər olsun ki, Tbilisi rəsmiləri həmin gün aksiya keçirməyə icazə vermədiklərinə görə təşəbbüs və təşkilat komitəsi aksiyanın keçirilmə vaxtını Fevralın 8-də saat 14-.00-a dəyişmək məcburiyyətində qalıblar.Axalkalaki şəhərində erməni terrorçu Mixail Avaqiana abidə ucaldılmasına qəzəblənən Gürcüstan azərbaycanlıları ölkənin parlament binası qarşısında kütləvi dinc etiraz aksiyası keçirməyə qərar veriblər və Tbilisi rəsmilərindən aksiyaya razılıq vermələrini israrla tələb ediblər.Sabah üçün keçirilməsi nəzərdə tutulmuş etiraz aksiyasının təşəbbüs və təşkilat komitəsinin fəallarından olan Sevinc Hümbətova Tbilisidən ZiM.Az-a bildirib verir ki, Etiraz aksiyasının keçirilməsi Tbilisi rəsmiləri ilə razılaşdırılıb. Fevralın 8-i saat 14-00-da Gürcüstan parlamentinin qarşısında keçiriləcək etiraz aksiyasına azərbaycanlılarla yanaşı digər vətəndaşların da qoşulacağı gözlənilir. Keçirilən aksiyada əsas şuarlar, Gürcüstan-Azərbaycan dostluğunun dəstəklənməsi və separatçılığa etiraz edilməsi olacağı bildirilir.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.