“Saakaşvili artıq Gürcüstana yaxınlaşır... Nə "Gürcü arzusu”, nə də İvanaşvili Saakaşvilinin gəlişinə mane ola bilər” - Azərbaycanlı deputat

“Saakaşvili artıq Gürcüstana yaxınlaşır... Nə "Gürcü arzusu”, nə də İvanaşvili Saakaşvilinin gəlişinə mane ola bilər” - Azərbaycanlı deputat Gürcüstanda dünən keçirilmiş prezident seçkiləri başa çatıb.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, hakimiyyətin dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili ilə müxalifətdən olan namizəd Qriqol Vaşadze arasında səs fərqi çox azdır. Onlardan heç biri 50 faizlik səs baryerini aşa bilməyib.


Məlumata görə, Salome Zurabişvili səslərin 38,66 faizini, Qriqol Vaşadze 37,7 faizini toplayıblar.

Bu, prezident seçkilərində səslərin 99,57 faizinin hesablanandan sonrakı nəticələridir.

Salome Zurabişvili – 614 964 səs;
Qriqol Vaşadze – 599 662 səs;

Beləliklə, Gürcüstan seçkisində II tur keçiriləcək.

Bəzi ekspertlər prosesin hazırda xaricdə yaşayan eks-prezident Mixail Saakaşvilinin Gürcüstana qayıdığına doğru apardlğını bildirilər. Qeyd edilir ki, ikinci turda Vaşadze seçiləcək, amnistiya elan ediləcək, Saakaşvili ölkəyə qayıdacaq, növbədənkənar parlament seçkisi keçiriləcək, Vahid Milli Hərəkat Partiyası qalib gələcək. Ardınca Mixail Saakaşvili səlahiyyətləri genişləndirilmiş baş nazir olacaq, Gürcüstanda ikinci islahatlar dalğası başlayacaq.

“Saakaşvili artıq Gürcüstana yaxınlaşır... Nə "Gürcü arzusu”, nə də İvanaşvili Saakaşvilinin gəlişinə mane ola bilər” - Azərbaycanlı deputat Bəs Saakaşvili Gürcüstana nə vaxt qayıda bilər?

Gürcüstanın müxalifətdə olan
Vahid Milli Hərəkat Partityasının üzvü, azərbaycanlı deputat
Azər Süleymanov
ZiM.Az
-a açıqlamasında deyib ki,
dünənki seçkilərin nəticələri Saakaşvilinin Gürcüstana qayıdışını sürətləndirəcək.


"Qriqol Vaşadzenin prezident seçilməsi Saakavilinin Gürcüstana qayıdışını sürətləndirəcək. Saakaşvili artıq Gürcüstana yaxınlaşır. Proseslər ona doğru gedir. Ola bilsin ki, o, sabah da Gürcüstana gəlsin. Artıq Saakaşvili üçün təhlükə yoxdur. Nə "Gürcü arzusu” partiyası, nə də kriminal İvanaşvili onun Gürcüstana gəlişinə mane ola bilər”.

Azər Süleymanov bildirib ki, hər bir Gürcüstan vətəndaşı Saakaşvilinin gəlişini səbirsizliklə gözləyir.

"Hər bir azərbaycanlının evində Saakaşvili üçün bir otaq var. 100 minlərlə azərbaycanlı onu qorumağa hazırdır. Hər bir gürcü vətəndaşı tikəsini Saakaşvili ilə bölmək istəyir. Saakaşvili hər zaman Gürcüstana gəlmək arzusunda olub. Yeni Gürcüstan onun əli ilə qurulub”.

Deputatın sözlərinə görə, Gürcüstan hakimiyyəti bu müddət ərzində Saakaşvilinin gəlməsinə icazə verməyib.

"7 pencəyə görə ona cinayət işi açdılar. Amma Gürcüstan dövlətini dağıtdılar və ölkəni 1990-cı illərə qaytardılar. Gürcüstanı marixuana, narkotika dövlətinə çevirdilər. Belə ölkədə kimsə yaşamaz. İnsanlar sabaha olan ümidlərini itirmişdilər. Amma dünənki seçkilərdə polislər belə bizə qoşuldu.

MSK-nın göstəricilərinə görə, yarım səs faizi ilə biz geri qalmışıq. Ümumi səslərin 38 fazini Salome Zuravaşvili, 37,5 faizini isə Qriqol Vaşadze toplayıb. O da nəyə görədir. Hansı ki, əlimiz çatmayan bölgələr var, orada "Gürcü arzusu” çirkin oyunlar həyata keçirərək, saxta yollarla, zorla Salomeyə səs alıblar”.


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
RUSLAN HACIYEV: “Salome Zurabişvilinin qələbəsinə əminəm”

RUSLAN HACIYEV: “Salome Zurabişvilinin qələbəsinə əminəm”

Gürcüstan, Borçalı, Siyasət
GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏSİ: 6 NƏFƏR SOYDAŞIMIZIN QALİ ...

GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏSİ: 6 NƏFƏR SOYDAŞIMIZIN QALİ ...

Gürcüstan, Siyasət
Saakaşvilinin partiyası parlamentə GEDƏCƏK!..

Saakaşvilinin partiyası parlamentə GEDƏCƏK!..

Gürcüstan, Tiflis, Siyasət
SAVALAN MİRZƏYEV: “Boş vədlərə inanmayın”

SAVALAN MİRZƏYEV: “Boş vədlərə inanmayın”

Gürcüstan, Tiflis, Qarayazı, Siyasət
GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏSİ: 6 NƏFƏR SOYDAŞIMIZIN QALİ ...

GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏSİ: 6 NƏFƏR SOYDAŞIMIZIN QALİ ...

Gürcüstan
“Saakaşvilinin partiyası niyə parçalandı, 21 deputat onu nədən tərk etdi ?” ...

“Saakaşvilinin partiyası niyə parçalandı, 21 deputat onu nədən tərk etdi ?” ...

Gürcüstan, Siyasət
Millət vəkili Azər Süleymanov: “Əqidə yoldaşlarımı yarı yolda qoyanlardan d ...

Millət vəkili Azər Süleymanov: “Əqidə yoldaşlarımı yarı yolda qoyanlardan d ...

Tiflis, Borçalı, Siyasət
Saakaşvili: “İvanişvilini əzib keçəcəyəm”

Saakaşvili: “İvanişvilini əzib keçəcəyəm”

Gürcüstan, Siyasət
Vahid Milli Hərəkat Partiyası parçalandı, iki yerə bölündü... Amma... Soyda ...

Vahid Milli Hərəkat Partiyası parçalandı, iki yerə bölündü... Amma... Soyda ...

Tiflis, Siyasət
Azər Süleymanov: “Əqidə dostuyuq, onu yarı yolda qoya bilməzdim...”

Azər Süleymanov: “Əqidə dostuyuq, onu yarı yolda qoya bilməzdim...”

Tiflis, Siyasət
Necə unutqan oldunuz?!- Saakaşvili İlham Əliyevin xeyirxahlığın xatırlatdı

Necə unutqan oldunuz?!- Saakaşvili İlham Əliyevin xeyirxahlığın xatırlatdı

Azərbaycan, Gürcüstan, Dünya
Gürcü namizəd azərbaycanlılara müraciət etdi: “Prezident seçilsəm, azərbayc ...

Gürcü namizəd azərbaycanlılara müraciət etdi: “Prezident seçilsəm, azərbayc ...

Gürcüstan, Tiflis, Borçalı, Siyasət
Azər Süleymanov: “Gürcü xalqı özü öz ssenarisini yazıb və yazacaq”

Azər Süleymanov: “Gürcü xalqı özü öz ssenarisini yazıb və yazacaq”

Borçalı, Siyasət
Azər Süleymanov: “Gürcü xalqı özü öz ssenarisini yazıb və yazacaq”

Azər Süleymanov: “Gürcü xalqı özü öz ssenarisini yazıb və yazacaq”

---
GAK-ın sədri Hüseynn Yusubovun Gürcüstan Prezidenti Salome Zurabişviliyə MÜ ...

GAK-ın sədri Hüseynn Yusubovun Gürcüstan Prezidenti Salome Zurabişviliyə MÜ ...

Tiflis, Bolus
Əflatun Amaşov Gürcüstana səfər edib

Əflatun Amaşov Gürcüstana səfər edib

MEDİA, Gürcüstan
Gürcü və azərbaycanlı deputatlığa namizədlər canlı yayımda dalaşdı… VİDEO-- ...

Gürcü və azərbaycanlı deputatlığa namizədlər canlı yayımda dalaşdı… VİDEO-- ...

Tv, Borçalı
Saakaşvilinin partiyasındakı azərbaycanlı deputat danışdı

Saakaşvilinin partiyasındakı azərbaycanlı deputat danışdı

Borçalı, Siyasət
Biz niyə Saakaşvilini seçməliyik?

Biz niyə Saakaşvilini seçməliyik?

Borçalı, Qarayazı
Gürcüstanın hakim partiyası azərbaycanlını Marneuli meri vəzifəsinə namizəd ...

Gürcüstanın hakim partiyası azərbaycanlını Marneuli meri vəzifəsinə namizəd ...

Borçalı
Rəy yazın: