Gürcüstan paytaxtının azərbaycanlı fəxri vətəndaşları - ARAŞDIRMA

Gürcüstan paytaxtının azərbaycanlı fəxri vətəndaşları - ARAŞDIRMA Gürcüstan paytaxtının azərbaycanlı fəxri vətəndaşları - ARAŞDIRMA Gürcüstanın paytaxtı Tbilisi şəhərinin fəxri vətəndaşı adını daşıyan yerli vətəndaşlarla yanaşı, xarici ölkə vətəndaşları da var. Bu fəxri ad müxtəlif sahələrdə fəaliyyət göstərən Gürcüstan vətəndaşlarına ölkə qarşısında xüsusi xidmətlər, ölkənin rifahı naminə davamlı fəaliyyət və yüksək peşəkarlığa görə verilir. Xarici ölkə vətəndaşları isə bu ada Gürcüstan və Tbilisi qarşısında xüsusi xidmətlərə görə layiq görülür. “Tbilisinin fəxri vətəndaşı” adını daşıyan vətəndaşlara diplomla yanaşı, şəhərin simvolik açarı da təqdim olunur.

“Tbilisinin fəxri vətəndaşı” adının verilməsi ənənəsinin əsası 1979-cu ilin oktyabrında “Tbilisoba” şəhər bayramının ilk dəfə qeyd olunduğu gün qoyulub. 1988-ci ildən 1995-ci ilə qədər bu bayram qeyd olunmadığına görə “Fəxri vətəndaş” adının verilməsi ənənəsi də dayandırılıb. Lakin 1995-ci ildə “Tbilisoba” bayramının təntənəli keçirilməsi bərpa olunur və fəxri adın verilməsi də bayramın tərkib hissəsi kimi davam etdirilir.

APA-nın Gürcüstan bürosunun araşdırmasına görə, Tbilisinin fəxri vətəndaşları arasında 5 azərbaycanlı da var. Onların həyat və fəaliyyətləri barədə məlumatlar Tbilisi meriyasının 2017-ci ilin oktyabrında nəşr etdirdiyi “Tbilisinin fəxri vətəndaşları 1979-2016” adlı kitabda yer alıb.

Tbilisinin ilk azərbaycanlı fəxri vətəndaşı bu şəhərdə anadan olmuş görkəmli dirijor və bəstəkar, SSRİ xalq artisti Niyazi olub. O, bu ada 70 illik yubileyinin tamam olduğu 1982-ci ildə layiq görülüb.

Gürcüstan paytaxtının ikinci azərbaycanlı fəxri vətəndaşı məşhur müğənni, SSRİ xalq artisti, Gürcüstan SSR-in də əməkdar incəsənət xadimi olmuş Rəşid Behbudovdur. Görkəmli müğənniyə doğulduğu şəhərin “Fəxri vətəndaşı” adı 1987-ci ildə verilib.

Tbilisinin fəxri azərbaycanlı vətəndaşları arasında Azərbaycanın sabiq Təhsil naziri, hazırkı vergilər naziri Mikayıl Cabbarov da var. O, “Tbilisinin fəxri vətəndaşı” adını 2009-cu ildə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi olarkən alıb.

Azərbaycanlı iş adamı Şahin Mövsümov da Tbilisinin fəxri vətəndaşıdır. O, Gürcüstanda fəaliyyət göstərən “AS Georgia” şirkətinin təsisçisidir. Bu şirkət Tbilisidə “Dirsi” yaşayış kompleksini inşa etdirib. Ş.Mövsümov 2012-ci ildən Tbilisinin “fəxri vətəndaşı”dır.

Gürcüstan paytaxtının 5-ci azərbaycanlı “fəxri vətəndaşı” Azərbaycanın xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludur. Fəxri ad ona 2015-ci ildə 70 illik yubileyi münasibətilə verilib.


Redaksiyadan:


2011-ci ildə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Ayvaz oğlu Həsənov və Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva Gürcüstan prezidenti Mixail Saakaşvili tərəfindən bu ölkənin fəxri vətəndaşı adı ilə təltif edilib.

Marneulidəki Novruz şənliyində iştirak edən Mixail Saakaşvili Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunu rəhbəri, millət vəkili Qənirə Paşayevaya “Gürcüstanın Fəxri Vətəndaşı” medalını şəxsən təqdim edib.

2017-ci ildə Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinin keçmiş baş direktoru İsmayıl Ömərov isə Gürcüstanda, Bolnisi şəhərində xidmətlərinə və töhvələrinə görə “Fəxri vətəndaş” seçilib.


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Musa Nəbioğlu Bolnisinin fəxri vətəndaşı adına layiq görülüb

Musa Nəbioğlu Bolnisinin fəxri vətəndaşı adına layiq görülüb

Bolus
İsmayıl Ömərov Gürcüstanda “Fəxri Vətəndaş” seçilib

İsmayıl Ömərov Gürcüstanda “Fəxri Vətəndaş” seçilib

Bolus
TƏBRİK EDİRİK, QƏNİRƏ XANIM!..

TƏBRİK EDİRİK, QƏNİRƏ XANIM!..

Milli Məclis, Təbriklər
Füzuli İsmayılova “Əməkdar jurnalist” fəxri adı verilib

Füzuli İsmayılova “Əməkdar jurnalist” fəxri adı verilib

MEDİA, Təbriklər
Tiflisdə “Düşünən Vətəndaş” Mərkəzi

Tiflisdə “Düşünən Vətəndaş” Mərkəzi

Tiflis
Tbilisidə Fəxri Xiyabanda –

Tbilisidə Fəxri Xiyabanda – "Panteoni"də dəfn olunan soydaşımız...

Bolus, Hüquq, UNUTSAQ, UNUDULARIQ!....
Tbilisidə Fəxri Xiyabanda –

Tbilisidə Fəxri Xiyabanda – "Panteoni"də dəfn olunan soydaşımız...

---
Tbilisi Təhsil Universitetinin xarici əlaqələr üzrə meneceri Gürcüstan Azər ...

Tbilisi Təhsil Universitetinin xarici əlaqələr üzrə meneceri Gürcüstan Azər ...

Borçalı
Görkəmli azərbaycanlıların adını daşıyan Tbilisi küçələri: Bu küçələrin əks ...

Görkəmli azərbaycanlıların adını daşıyan Tbilisi küçələri: Bu küçələrin əks ...

Tiflis
Noyabrın 27-də Gürcüstanda matəm günü elan ediləcək və dövlət bayraqları aş ...

Noyabrın 27-də Gürcüstanda matəm günü elan ediləcək və dövlət bayraqları aş ...

Gürcüstan, Batum, Nekroloqlar
Azərbaycan Respublikasının Təhsil naziri

Azərbaycan Respublikasının Təhsil naziri

Təhsil, Nazirlik
Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunub və “Azərbaycan Res ...

Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunub və “Azərbaycan Res ...

MEDİA, Bolus, Təbriklər
AMEA-nın əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respubli ...

AMEA-nın əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respubli ...

Rəsmi Xəbərlər, Azərbaycan, Elm, "Zirvə"
Azərbaycandilli jurnalistlər “Gürcüstan” qəzetinin keçmiş redaktoru Süleyma ...

Azərbaycandilli jurnalistlər “Gürcüstan” qəzetinin keçmiş redaktoru Süleyma ...

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Borçalı
Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsə fəxri ...

Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsə fəxri ...

Rəsmi Xəbərlər, Diaspora
Marneulidə Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri Qə ...

Marneulidə Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri Qə ...

Borçalı, "Region-Press"
Pərviz Cəfər

Pərviz Cəfər "Azərbaycanın Əməkdar jurnalisti" fəxri adına layiq görülüb

Təbriklər
* * * HÖRMƏTLİ EDİLYA XANIM,

* * * HÖRMƏTLİ EDİLYA XANIM, "ƏMƏKDAR HƏKİM" FƏXRİ ADINIZ MÜBARƏK!.. * * ...

Səhiyyə, Təbriklər
Ulu öndər əsl xalq və millət, Vətən və dövlət adamı olduğunu işıqlı əməllər ...

Ulu öndər əsl xalq və millət, Vətən və dövlət adamı olduğunu işıqlı əməllər ...

Azərbaycan, "Şərqin səsi"
Bu gün İsmayıl Ömərovun doğum günüdür

Bu gün İsmayıl Ömərovun doğum günüdür

Bolus, Təbriklər
Rəy yazın: