TƏBRİK EDİRİK, ƏZİZ AZƏR SÜLEYMANOV!..

TƏBRİK EDİRİK, ƏZİZ AZƏR SÜLEYMANOV!..
DƏYƏRLİ SOYDAŞIMIZ,
MƏRD, YURDSEVƏR,
VƏTƏNPƏRVƏR və
XEYİRXAH İNSAN,
TANINMIŞ İCTİMAİ-SİYASİ XADİM,
GÜRCÜSTAN PARLAMENTİnin
SABİQ ÜZVÜ AZƏR SÜLEYMANOVu yenidən və həm də 4-cü DƏFƏ GÜRCÜSTAN PARLAMENTİnə DEPUTAT SEÇİLMƏSİ
MÜNASİBƏTİLƏ
ÜRƏKDƏN TƏBRİK EDİR,
ONA UZUN ÖMÜR,
MÖHKƏM CANSAĞLIĞI,
İCTİMAİ-SİYASİ FƏALİYYƏTİNDƏ
YENİ-YENİ UĞURLAR
ARZULAYIRIQ!...

VƏ FÜRSƏTDƏN İSTİFADƏ EDƏRƏK, AZƏR QARDAŞIMIZA DƏSTƏK OLAN BÜTÜN İNSANLARA
ÖZ DƏRİN TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK...
VAR OLUN!...

Dərin hörmət və sevgilərlə,
Müşfiq BORÇALI.


Tərcümeyi-halı:

Azər Mirzə oğlu Süleymanov 1967-ci ildə Gürcüstanın Marneuli rayonunda dünyaya gəlib.

1984-cü ildə orta məktəbi, 89-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu fakültəsini bitirib.

1991-ci ildən Marneuli Rayon İcraiyyə Komitəsində Maliyyə şöbəsinin müdiri vəzifəsində çalışıb.

2000-ci ildə ilk dəfə Gürcüstan parlamentinə seçilib.

2003-2008-ci illərdə Kvemo Kartli bölgəsinin qubernator müavini olub.

2008-ci il parlament seçkisində yenidən Gürcüstan parlamentinin üzvü seçilib.

Gürcüstan Vahid Milli Hərəkat Partiyasının üzvüdür.

8 oktyabr parlament seçkisində namizədliyi Marneuli rayon 35-ci Seçki Dairəsindən majoritar qaydada irəli sürülüb.

Ailəlidir, 3 övladı var.



Gürcüstan əsilli ziyalılardan AZƏR SÜLEYMANOVa dəstək

Bakıda yaşayan Gürcüstan doğumlu ziyalılarımız və millət vəkili Qənirə Paşayeva
Marneuli rayon 35-ci Seçki Dairəsindən majoritar qaydada deputatlığa namizəd
Azər Süleymanovla bağlı müraciət imzalayıblar.
Müraciət Azər Süleymanovun Marneulidəki seçicilərinə ünvanlanıb.
Onu təqdim edirik:


Əziz həmvətənlərimiz! Hörmətli Marneuli camaatı!

İlk dəfədir ki, sizə belə kollegial müraciət edirik. Bu, səbəbsiz deyil. Biz müxtəlif elm, sənət adamları, ziyalılar boya-başa çatdığımız doğma diyardan kənarda olsaq da, daim ruhən sizinləyik, baharınız baharımız, qışınız qışımızdır. Biz fəxr edir, qürur duyuruq ki, öz milli-mənəvi dini və əxlaqi dəyərləri ilə öyünməyə haqqı olan 100 minlərlə türkün kompakt yaşadığı qədim Gürcüstanın bu əsrarəngiz bölgəsi bizim Ata Yurdumuz, son mənzilimizdir. Ona görə də doğma Azərbaycanımızla yanaşı, daim Gürcüstandakı ictimai-siyasi proseslərlə, təhlükəsizlik məsələləri ilə, iqtisadi durumla maraqlanır, onun uğurlarına sevinir, problemləri ilə qayğılanır, ona yardımçı olmaq istəyirik.

Sevindirici haldır ki, son illər Gürcüstanda demokratik-hüquqi dövlət quruculuğu sahəsində çox ciddi nailiyyətlər qazanılıb. İndi Gürcüstan Avropanın ayrılmaz bir parçasına çevrilməkdədir. Bu, gürcü xalqının yaxın keçmişimizdə tarixləşdirdiyi möhtəşəm milli - mücadilə hərəkatının qanunauyğun bəhrəsi, nəticəsidir. Bu hərəkatda isə gürcü xalqı ilə yanaşı burada yaşayan çoxsaylı millətlərin, o cümlədən azərbaycanlıların böyük rolu və əməyi var. Onlar Gürcüstanın müstəqilliyi, bütövlüyü, azadlığı uğrunda gedən gərgin mübarizələrdə həmişə gürcü xalqı ilə çiyin-çiyinə dayanaraq əsl vətənpərvərlik nümunəsi göstəriblər.

Bu gün Gürcüstanda aparılan əsaslı dövlət quruculuğu prosesində də onlar kənarda qalmayıblar. Dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, siyasi partiyalarda, ümumən cəmiyyətin bütün sahələrində azərbaycanlıların fəallığı hiss edilir və bu, çox sevindiricidir. Gürcüstanın ictimai-siyasi mühitində kifayət qədər aktiv olan tanınmış nüfuzlu soydaşlarımız var. Onlardan biri, bəlkə də birincisi millət vəkili Azər Süleymanovdur. O, gəncliyindən bu günədək bütün mübarizələrin ön xəttində dayanan, sözünü deyən, mövqeyini bildirən, geri çəkilməyən, qətiyyətli, qorxmaz bir xarakterə malikdir. Gürcüstanda elə bir milli, ictimai-siyasi əhəmiyyətli hadisə olmayıb ki, Azər Süleymanov onun sadəcə tamaşaçısı olsun. O, hər zaman olayların mərkəzində dayanan aktiv iştirakçıdır. Onun sözü, mövqeyi həmişə xalqın sözü, xalqın mövqeyi olub. O, heç vaxt heç kimin kölgəsinə sığınmayan, yalnız xalqına arxalanan və ona da daim arxa olmağa çalışan mətin iradəli bir şəxsiyyətdir. Azər Süleymanov el-obanın, eyni zamanda bütün Gürcüstanın sözün tam mənasında əsl fədaisidir. Ən qarışıq, qaranlıq illərdə belə bəzilərindən fərqli olaraq o, Vətəni tərk etmədi, əksinə, ona sahib çıxdı. Azər Süleymanov odun-alovun içindən keçmiş, bütün gərginliklərə mərdanə sinə gərmiş şərəfli avtobioqrafiyası olan Borçalı övladıdır. Azər Süleymanov hansı partiyada, hansı siyasi düşərgədə təmsil olunmasından asılı olmayaraq daim dövlət və xalqla birlikdədir. Dövlətin güclü, xalqın rahat, firavan olması üçün əlindən gələni edib və etməkdədir.

Gürcüstanda 8 oktyabrda keçiriləcək parlament seçkilərinə çox qısa bir zaman qalıb. Bu seçkinin də şəffaf və demokratik keçəcəyinə heç bir şübhə yoxdur. Əslində Azər Süleymanovun da bizim bu müraciətimizə ehtiyacı yoxdur - görünən dağa nə bələdçi? Ancaq biz bu gərgin mübarizə günlərində Borçalının bu fədakar oğlunun yanında olmağı, ona dəstək verməyi özümüzə borc bildik. Biz Gürcüstanın daxili işlərinə qarışmaq, seçicilərin qərarına yön vermək, təsir göstərmək fikrindən çox uzağıq. Sadəcə, elimizin-obamızın, doğmalarımızın düzgün seçim etməsini, haqqın-ədalətin yanında olmasını istəyirik.

Bir də onu qeyd etmək istəyirik ki, ulu öndər Heydər Əliyev Azər Süleymanovu yaxşı tanıyır və ona perspektivli siyasətçi kimi baxırdı. Möhtərəm prezidentimiz İlham Əliyev hazırda Azər Süleymanovun Gürcüstan Azərbaycan dövlətlərarası dostluq münasibətlərində əməyini lazımınca qiymətləndirir. Bu yaxınlarda Dünya Azərbaycanlılarının IV qurultayında Azər Süleymanovun prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunması bunun bariz nümunəsidir. Deputat seçilmək nə qədər şərəflidirsə, ondan qat-qat çox məsuliyyətlidir. Millət vəkili xalqla dövlət orqanları arasında ən etibarlı körpüdür. Azər Süleymanov indiyə qədər parlamentdə 3 dəfə təmsil olunub və hər dönəmdə bu missiyanı çox yüksək səviyyədə, professionallıqla yerinə yetirib. Bəlkə də hansısa seçici şəxsi xahişini yerinə yetirmədiyinə görə ondan incik qala bilər, ancaq geniş mənada Azər Süleymanov böyük milli məsələlərin müdafiəçisi, milli təfəkkürün daşıyıçısıdır.

Həm Azərbaycanın, həm də Gürcüstanın separatizmdən çəkdiyi əziyyətlər hələ də aradan qaldırılmayıb. Azər Süleymanov xain separatçıların məkrli oyunları qarşısında bir sipərdir. O bu gün bölgənin milli simvoluna çevrilib. Bu fikirlərimizi həm də ona görə belə açıq şəkildə ifadə edirik ki, seçki öncəsi mediada ona qarşı aparılan təbliğatdan narahatlıq keçiririk. Bir tərəfdən sevinirik ki, soydaşlarımızın gənclərdən ibarət çoxlu savadlı, intellektual, müasir simaları yetişib, ölkənin siyasi mühitinə yeni bir dalğa gəlir. Bu çox yaxşıdır. Bəyənilməyən odur ki, bu gənclərin bəziləri özlərinin siyasi karyeralarını Azər Süleymanov kimi uğurlu siyasətçini, xalq elçisini tənqid etməklə qazanmaq istəyirlər. Bu, düşmən dəyirmanına su tökməkdir, yanlış yoldur.

Biz Azər Süleymanovun həyat və siyasi fəaliyyətini nə qədər təftiş etsək də, orada milli təəssübkeşlikdən, milli mücadilədən, milli qayğıkeşlikdən başqa heç nə tapa bilmirik. Gəlin, yumruq kimi bir olaq, Qafqazı qarışdıran, az qala qanımızı içən separatçıları, düşmənləri sevindirməyək. Azər Süleymanovun layiq olduğu qiymətini öz səsimizlə bəyan edək, təsdiqləyək. Oktyabrın 8-də bütün Marneuli camaatı, seçicilər vətəndaş borcunu yerinə yetirmək üçün məntəqələrə gedib səs versin və yüksək faizlə Azər Süleymanovu majoritar qaydada yenidən millət vəkili seçsin. Onda bizim nə qədər qədirbilən olduğumuzu dost da görəcək, düşmən də!

Camal Mustafayev
Filosof, fəlsəfə elmləri doktoru, professor

Ramiz Məmmədov
AMEA Coğrafiya İnstitutunun direktoru, akademik

Səlahəddin Xəlilov
Filosof, AMEA-nın müxbir üzvü

Qənirə Paşayeva
Millət vəkili

Hamlet İsaxanlı
Xəzər Universitetinin təsisçisi və rektoru, fizika-riyaziyyat elmləri doktoru,
professor, şair, yazar, publisist, tərcüməçi


Əlişir Musayev
Tibb elmləri doktoru, professor

Mədəd Çobanov
Nyu-York Elmlər Akademiyasının akademiki,
filologiya elmləri doktoru, professor


Hidayət Nuriyev
Fizika elmləri doktoru, professor

Akif Bayramov
ADİA-nın kafedra müdiri, professor

Nəbi Əsgərov
Filologiya elmlər doktoru, professor

Əzizxan Tanrıverdiyev
Filologiya elmləri doktoru, professor

Vaqif İsrafilov
ADPU-nin dekanı, dosent

Teymurxan Rzayev
Cərrah-həkim

Ziyəddin Məmmədov
Biologiya elmləri doktoru, professor

Elbrus Seyidov
Təqaüdçü-ziyalı

Şərif Kərimli
Jurnalist, “Qızıl qələm” mükafatı laureatı

Müşfiq Borçalı
Jurnalist, “Qızıl qələm” mükafatı laureatı

Fəttah Seyidov
Təqaüdçü-ziyalı

P.S. Yüzlərlə soydaşımız bu müraciəti imzalamaq istədiyini bildirib.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Gürcüstan əsilli ziyalılardan AZƏR SÜLEYMANOVa dəstək

Gürcüstan əsilli ziyalılardan AZƏR SÜLEYMANOVa dəstək

Gürcüstan, Borçalı, Siyasət
Vahid Milli Hərəkat Partiyası parçalandı, iki yerə bölündü... Amma... Soyda ...

Vahid Milli Hərəkat Partiyası parçalandı, iki yerə bölündü... Amma... Soyda ...

Tiflis, Siyasət
Gürcüstan Parlamentinin azərbaycanlı deputatına ağır itki üz verib

Gürcüstan Parlamentinin azərbaycanlı deputatına ağır itki üz verib

Nekroloqlar
Millət vəkili Azər Süleymanov: “25 il öncə mənim xalqıma qarşı Xocalıda van ...

Millət vəkili Azər Süleymanov: “25 il öncə mənim xalqıma qarşı Xocalıda van ...

Qarabağ, Tiflis, Siyasət
Soydaşımız MİRZƏ SÜLEYMANOV yüksək vəzifəyə təyin olunub

Soydaşımız MİRZƏ SÜLEYMANOV yüksək vəzifəyə təyin olunub

Borçalı, Təbriklər
Azər Süleymanov  Parlamentdə çıxış edərək, qəddar qatilə qoyulmuş heykəlin  ...

Azər Süleymanov Parlamentdə çıxış edərək, qəddar qatilə qoyulmuş heykəlin ...

Gürcüstan, Tiflis, Borçalı, Siyasət
Saakaşvilinin partiyası parlamentə GEDƏCƏK!..

Saakaşvilinin partiyası parlamentə GEDƏCƏK!..

Gürcüstan, Tiflis, Siyasət
Millət vəkili Azər Süleymanov: “Əqidə yoldaşlarımı yarı yolda qoyanlardan d ...

Millət vəkili Azər Süleymanov: “Əqidə yoldaşlarımı yarı yolda qoyanlardan d ...

Tiflis, Borçalı, Siyasət
Dəyərli ziyalımız Natiq Hümbətovun 60 yaşı tamam olur

Dəyərli ziyalımız Natiq Hümbətovun 60 yaşı tamam olur

Borçalı, Təbriklər
GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏSİ: 6 NƏFƏR SOYDAŞIMIZIN QALİ ...

GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏSİ: 6 NƏFƏR SOYDAŞIMIZIN QALİ ...

Gürcüstan
GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏSİ: 6 NƏFƏR SOYDAŞIMIZIN QALİ ...

GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏSİ: 6 NƏFƏR SOYDAŞIMIZIN QALİ ...

Gürcüstan, Siyasət
“Saakaşvilinin partiyası niyə parçalandı, 21 deputat onu nədən tərk etdi ?” ...

“Saakaşvilinin partiyası niyə parçalandı, 21 deputat onu nədən tərk etdi ?” ...

Gürcüstan, Siyasət
“Saakaşvili artıq Gürcüstana yaxınlaşır... Nə

“Saakaşvili artıq Gürcüstana yaxınlaşır... Nə "Gürcü arzusu”, nə də İvanaş ...

Gürcüstan, Borçalı, Siyasət
Marneuli meri Temur Abazov və başqa 4 nəfər soydaşımız saxlanılıb

Marneuli meri Temur Abazov və başqa 4 nəfər soydaşımız saxlanılıb

Borçalı, Hüquq
Gürcüstan parlamentinin üzvü:

Gürcüstan parlamentinin üzvü: "Zəhranın qisasını almağa hazırıq"

Borçalı
Azər Süleymanov: “Əqidə dostuyuq, onu yarı yolda qoya bilməzdim...”

Azər Süleymanov: “Əqidə dostuyuq, onu yarı yolda qoya bilməzdim...”

Tiflis, Siyasət
Gürcüstan əsilli ziyalılar adından ZİYA ABBASOVun vəfatı ilə əlaqədar BAŞSA ...

Gürcüstan əsilli ziyalılar adından ZİYA ABBASOVun vəfatı ilə əlaqədar BAŞSA ...

Borçalı, Darvaz, Nekroloqlar
Azərbaycandilli jurnalistlər “Gürcüstan” qəzetinin keçmiş redaktoru Süleyma ...

Azərbaycandilli jurnalistlər “Gürcüstan” qəzetinin keçmiş redaktoru Süleyma ...

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Borçalı
Gürcüstan parlamentində azərbaycanlı deputat Azər SÜLEYMANOV erməni separat ...

Gürcüstan parlamentində azərbaycanlı deputat Azər SÜLEYMANOV erməni separat ...

Tv, Tiflis
Azər Süleymanov: “Gürcü xalqı özü öz ssenarisini yazıb və yazacaq”

Azər Süleymanov: “Gürcü xalqı özü öz ssenarisini yazıb və yazacaq”

---
Rəy yazın: