GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏSİ: 6 NƏFƏR SOYDAŞIMIZIN QALİB GƏLDİYİ BİLDİRİLİR Gürcüstan, Siyasət 9 октября 2016 Borçalıdan "QEYRƏT" Xalq Hərəkatının rəhbəri Alibala Əsgər ZiM.Az-la telefon bağlantısı yaradaraq, məlumat vermişdir ki, Oktyabrın 8-də Gürcüstanda keçirilmiş Parlament Seçkilərdə Qarayazıdan (Qardabanidən) Savalan Mirzəyev (Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası), Borçalıdan (Marneulidən) Ruslan Hacıyev (Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının) və Mahir Dərziyev (Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının) artıq parlamentə yüksək səs çoxlugu ilə qələbə qazanıblar. Azər Süleymanovun da Parlamentə düşəcəyinə böyük ehtimal var. Çünki o, Vahid Milli Hərəkat Partiyasının siyahısında 26-cıdır.Əhməd İmanquluyev 47% faiz səslə ikinci tura keçib. Bolnisiden Ferman Ceyranovun səs faizləri çox aşagıdır. Samirə xanim İsmayılova (Vahid Milli Hərəkat Partiyasının) 43%-le ikinci tura, Qoqita Barbakadze 47 % ses coxlugu ile öndedir, parlamentə üzv olma şansı böyükdür. Marneulidə yaranmış qarşıdurmada həbs olunanlar yoxdur.Qeyd edək ki, Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının sədri Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili, Vahid Milli Hərəkat Partiyasının rəhbəri isə Mixail Saakaşvilidir.GÜRCÜSTAN PARLAMENTİNƏ ÜZV SEÇİLMİŞ DƏYƏRLİ SOYDAŞLARIMIZI ÜRƏKDƏN TƏBRİK EDİR VƏ ONLARA ŞƏRƏFLİ VƏZİFƏLƏRİNDƏ UĞURLAR ARZULAYIRIQ!..MÜŞFİQ BORÇALI. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.