MƏDƏD MÜƏLLIM! Fond, Humanitar elmlər, Poeziya, Müsabiqə, Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov 28 июня 2023 1903 0 1 2 3 4 5 Dəyərli eloğlumuz, görkəmli türkoloq, professor Mədəd Çobanovun xatirəsinəSöndü Borçalının elm, bilik çırağı,Müşfiqi çox yandırdı bu atanın fərağı,Tez eli harayladı, yaman çoxdu qonağı,Kimlər haya gəlmədi, anmadı, Mədəd müəllim?!Neçə alim yetirib gətirmişdi o başa,Ləyaqətlə yaşayıb dolmuşdu ahıl yaşa,Yazdığı kitablarla naxış saldı yaddaşa,Günəş təki nur verdi, sönmədi Mədəd müəllim! Tiflis Bakı yolunda iz salmışdı illərdir,Türk dilinin qədrini, dəyərini bilərdi,Qardaşlıq amalıydi, xoş arzular dilərdi,Hansı səddi aşmadı, yenmədi Mədəd müəllim!?Darvazda doğulmuşdu, son mənzil Bakı oldu,Bu kədərli xəbərdən Vətənin gözü doldu,Vətən açdı qolunu, qolları boşda qaldı,Dedi: “Heyif, Vətənə dönmədi Mədəd müəllim!”Arzum vardı, Sizi mən də görəydim,Sizinlə bir keçmiş günə dönəydim,Atam haqda danışaydıq, dinəydik,Dostluğa sədaqəti danmadı Mədəd müəllim!Neçə-neçə xatirə ürəkdə qaldı getdi,Bu qəfil xəbər məni odlara saldı, getdi,Mədəd müəllim dünyada yaxşı ad aldı getdi,Yaxşılıqları saydım, dinmədi Mədəd müəllim!Xeyriyyə işlərində hamıdan öndə getdi,Neçə-neçə insana əl atdı, kömək etdi,Yaxşılıq simvolu tək indi qəlblərdə bitdi,Deyək ki, ölüm Sizi yenmədi Mədəd müəllim!Allahdan arzum budur, məkanı cənnət olsun!Bu dünyada qoyduğu yaxşı ad, hörmət olsun!Keçdiyi ömür yolu hamıya ibrət olsun!Kim deyər, Vətən üçün yanmadı Mədəd müəllim?! Lalə Əli qızı ƏLİYEVA,AMEA Fizika İnstitutunun elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.