Zakir Qaralov “Şöhrət” ordeni ilə təltif olunub - TƏBRİK EDİRİK! Əsas xəbər, Başkeçid, Rəsmi Xəbərlər, Hüquq 13 января 2016 Z.B.Qaralovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Zakir Bəkir oğlu Qaralov “Şöhrət” ordeni ilə təltif edilsin.İlham ƏliyevAzərbaycan Respublikasının PrezidentiBakı şəhəri, 13 yanvar 2016-cı il. TƏBRİK EDİRİK!.. Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralovu hüquq-mühafizə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunması münasibətilə və eləcə də anadan olmasının 60 illik Yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, bundan sonra da şəxsi həyatında və eləcə də çətin və şərəfli dövlət vəzifəsində yeni-yeni uğular arzulayırıq!Sabir YUSİFOV, Müşfiq BORÇALI. ZAKİR BƏKİR OĞLU QARALOVAzərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri(1956)Zakir Bəkir Oğlu Qaralov 1956-cı il yanvarın 13-də qədim Borçalı mahalının Başkeçid rayonunda - indiki Gürcüstan Respublikasının Dmanisi rayonundakı Ormeşən kəndində, Ormeşən elinin fəxri Bəkir Səməd oğlu Qaralovun ailəsində anadan olmuşdur.1979-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul edilmişdir.1981-ci ilədək bakı şəhəri Səbail rayon prokurorunun köməkçisi vəzifəsində çalışmışdır. 1981-2000-ci illərdə Baş Prokurorluğun ümumi nəzarət şöbəsinin prokuroru, böyük prokuroru, Bakı şəhəri Nəsimi rayon prokurorunun müavini, Nəsimi rayon prokuroru, Baş Prokurorluğun Milli təhlükəsizlik orqanlarında istintaqa nəzarət şöbəsinin, Ümumi nəzarət idarəsinin prokuroru və böyük prokuroru, Bakı şəhəri Sabunçu rayon prokuroru, Gəncə şəhər prokuroru vəzifələrində işləmişdir.Zakir Bəkir Oğlu Qaralov 25 aprel 2000-ci il tarixdən Azərbaycan Respublikasının Baş prokurorudur. I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür.26 dekabr 1995-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən “İgidliyə görə” medalı ilə, 29 sentyabr 2006-cı ildə “Azərbaycan Bayrağı” ordeni ilə, 13 yanvar 2016-cı ildə isə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Ailəlidir, iki övladı var.Nəhayət, Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralovu hüquq-mühafizə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunması münasibətilə və eləcə də, anadan olmasının 60 illik Yubileyi münasibətilə bir daha ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, bundan sonra da şəxsi həyatında və eləcə də çətin və şərəfli dövlət vəzifəsində yeni-yeni uğular arzulayırıq!(Bax: Müşfiq BORÇALI. Sazlı-Sözlü Başkeçid. Bakı, "Borçalı", 2016, səh. 89-90). Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.