Təhsil naziri rektorlarla videokonfrans keçirib

Təhsil naziri rektorlarla videokonfrans keçirib Təhsil naziri rektorlarla videokonfrans keçirib
Təhsil naziri rektorlarla videokonfrans keçirib 2020-ci il aprelin 24-də
Təhsil naziri
Ceyhun Bayramov
nazirliyin aparatının rəhbər şəxsləri və ali təhsil müəssisələrinin rektorlarının iştirakı ilə videokonfrans keçirib.


Videokonfransı
giriş sözü ilə açan
Təhsil naziri koronavirus pandemiyasının təsirlərinin minimallaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən verilmiş tapşırıqların icrası vəziyyəti barədə konfrans iştirakçılarına geniş məlumat verib, həmçinin ölkə ərazisində təlim-tərbiyə prosesinin martın əvvəlindən dayandırılması ilə əlaqədar bir sıra məsələləri müzakirəyə çıxarıb.


Qeyd edilib ki, mart ayından başlayaraq ali təhsil müəssisələrinə verilmiş tövsiyə və tapşırıqlara uyğun olaraq həmin müəssisələrdə tədrisin məsafədən təşkili təmin edilib, bu məqsədlə istifadə edilən Microsoft Teams və bəzi digər onlayn platformalara bu günədək 95 mindən artıq tələbə qoşulub və hazırda bu prosesin əhatəliyi genişlənir. Tövsiyəyə uyğun olaraq, məsafədən tədris zamanı qazanılmış müsbət təcrübələr ali təhsil müəssisələri arasında paylaşılır, qarşılıqlı əməkdaşlıq şəraitində müzakirələr davam etdirilir.

Təhsil naziri qeyd edib ki, 19 mart tarixində ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanmış “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamın icrası məqsədilə Nazirlər Kabineti tərəfindən tədbirlər planı təsdiq edilib. Tədbirlər planına əsasən, bir sıra istiqamətlərlə yanaşı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi üçün 40 milyon AZN məbləğində kompensasiya nəzərdə tutulub, bu istiqamət üzrə icraçı qurumlar Təhsil və Maliyyə Nazirlikləri, icra müddəti isə 2020-ci il müəyyən edilib. Bu məqsədlə Təhsil Nazirliyi ali təhsil müəssisələrinə bu kateqoriyaya aid olan tələbələrdən müvafiq müraciətlərin toplanmasını tapşırıb. Həmin müraciətlərin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə yaradılmış alt-sisteminə növbəti həftədən başlayaraq daxil edilməsi nəzərdə tutulur. Hazırda aidiyyəti dövlət orqanlarının və qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə inteqrasiyası işləri davam etdirilir.

Bundan əlavə, ali təhsil müəssisələrində mövcud vəziyyəti nəzərə alaraq tələbələrin tədris ilinin ikinci yarımilliyinin nəticələrinə əsasən qiymətləndirilməsi prosesinin təşkilinə dair fikir mübadiləsi aparılıb, nazirlik tərəfindən bu istiqamətdə ümumi tövsiyələr verilib və hər bir ali təhsil müəssisəsi tərəfindən bu məqsədlə görüləcək konkret tədbirlər barədə təkliflərin qısa müddət ərzində Təhsil Nazirliyinə təqdim edilməsi tapşırılıb

Videokonfransda gündəlikdəki məsələlərə dair təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Təhsil naziri imtahanlarla bağlı rektorlarla videogörüş keçirib

Təhsil naziri imtahanlarla bağlı rektorlarla videogörüş keçirib

Nazirlik, AzTU
Təhsil naziri rektorlarla onlayn görüşüb

Təhsil naziri rektorlarla onlayn görüşüb

Əsas xəbər, Nazirlik, AzTU
AzTU-nun Elmi Şurasının növbəti iclası keçirilib

AzTU-nun Elmi Şurasının növbəti iclası keçirilib

AzTU
Təhsil Nazirliyində kollegiya iclası

Təhsil Nazirliyində kollegiya iclası

Nazirlik
Təhsil Nazirliyi ilə Milli Məclisin Elm və Təhsil Komitəsinin birgə videoko ...

Təhsil Nazirliyi ilə Milli Məclisin Elm və Təhsil Komitəsinin birgə videoko ...

Milli Məclis, Nazirlik
Təhsil Nazirliyində kollegiya iclası

Təhsil Nazirliyində kollegiya iclası

Əsas xəbər, Nazirlik
Təhsil Nazirliyində kollegiya iclası

Təhsil Nazirliyində kollegiya iclası

---
Gömrük Akademiyasının tələbələri ilə onlayn görüş keçirilib

Gömrük Akademiyasının tələbələri ilə onlayn görüş keçirilib

Digər ali məktəblər
AzTU-da dezinfeksiya işləri aparılıb

AzTU-da dezinfeksiya işləri aparılıb

AzTU
Nazir rektorlara tapşırıqlar verib

Nazir rektorlara tapşırıqlar verib

Nazirlik
Azərbaycan ilə Gürcüstanın arasında mədəniyyət sahəsində əlaqələr genişləni ...

Azərbaycan ilə Gürcüstanın arasında mədəniyyət sahəsində əlaqələr genişləni ...

Mədəniyyət, Tiflis
Peşə və ali təhsil müəssisələri üçün elan edilmiş təqaüd proqramlarının qal ...

Peşə və ali təhsil müəssisələri üçün elan edilmiş təqaüd proqramlarının qal ...

Əsas xəbər, Nazirlik, AzTU
BDU-nun İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri imtahan prosesi və tə ...

BDU-nun İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri imtahan prosesi və tə ...

BDU, Hüquq

"Təfəkkür”ün tələbələri başqa universitetlərə köçürüləcək – Nazirlikdən A ...

Nazirlik
Tələbələrə və şagirdlərə verilən TƏQAÜDLƏRin artırılması haqqında

Tələbələrə və şagirdlərə verilən TƏQAÜDLƏRin artırılması haqqında

Rəsmi Xəbərlər, Azərbaycan, Təhsil
Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının i ...

Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının i ...

Elm
RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm, "Zirvə"
Tanınan diplomlarla bağlı yeni məlumat bazası

Tanınan diplomlarla bağlı yeni məlumat bazası

Təhsil, Nazirlik
Ödənişli ixtisaslarda oxuyan tələbələr nə vaxt TƏQAÜD ALACAQLAR?

Ödənişli ixtisaslarda oxuyan tələbələr nə vaxt TƏQAÜD ALACAQLAR?

"Elm və Təhsil", Hüquq
Təhsil naziri Azərbaycan Texniki Universitetində olub

Təhsil naziri Azərbaycan Texniki Universitetində olub

Nazirlik, AzTU
Rəy yazın: