Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib

Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edibAzərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında
20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.


ZiM.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Qara Yanvar hadisələrindən 29 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Düz 29 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onların Azərbaycandakı nökərlərinə dərin nifrətini bildirir.

Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən təcavüzkar Ermənistanı açıq-aşkar dəstəklənməsinə və respublikanın ozamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndi. Buna baxmayaraq, Azərbaycanın ovaxtkı səriştəsiz, kölə psixologiyalı rəhbərlərinin yenə də xalqla bir olmağa cəsarəti çatmadı və onlar sovet rəhbərliyinin ətəyindən yapışmaqda davam etdilər.

Onlardan fərqli olaraq, həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi.

Əslində, ermənilərin fitvası ilə törədilmiş bu cinayət Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa istəyinə - azadlıq və müstəqilliyinə qovuşdu və bu nailiyyəti heç vaxt əlindən verməyəcək.

Keçmiş sovet hərb maşınının Azərbaycanda törətdiyi qanlı qırğın mahiyyətinə görə dövlətin öz vətəndaşlarına qarşı tarixdə misli görünməmiş təcavüzü, qətliamı idi. Keçmiş SSRİ və Azərbaycan SSR konstitusiyalarının kobudcasına pozulması, ayaqlar altına atılması idi. Həmin gün keçmiş SSRİ dövləti dinc əhalinin üstünə qoşun yeritməklə BMT Nizamnaməsinə, beynəlxalq hüquq normalarına məhəl qoymamış, iştirakçısı olduğu Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın bir sıra müddəalarını cinayətkarcasına pozmuşdu.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi.

Azərbaycan xalqı hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir.

Azərbaycanın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, əzizləri də hər zaman dövlət qayğısı ilə əhatə olunub. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı hər zaman dövlətimizin başçısının diqqətindədir. 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilib. Şəhid ailələrinin pensiya təminatı, mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin yüksəldilməsi ilə bağlı mükəmməl qanunvericilik bazası yaradılıb. Dövlətimizin başçısı bu istiqamətdə sərəncam və fərmanlar verib. Bundan başqa, əlillərin reabilitasiyası üçün respublikada yeni sağlamlıq mərkəzləri inşa olunub. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir.

X X X

Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəldilər.

Dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.


Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndi.

X X X

Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad etdilər.

X X X

Şəhidlər xiyabanının ziyarət olunması mərasimində Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak ediblər.



ZiM.AZ


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
İlham Əliyev şəhidlərin əziz xatirəsini yad edib

İlham Əliyev şəhidlərin əziz xatirəsini yad edib

Əsas xəbər, Azərbaycan
Azərbaycan Prezidenti İlham Əliyev şəhidlərin əziz xatirəsini yad edib

Azərbaycan Prezidenti İlham Əliyev şəhidlərin əziz xatirəsini yad edib

Əsas xəbər, ŞƏHİDLƏRİMİZ, Azərbaycan
“Azəryolservis” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

“Azəryolservis” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

ŞƏHİDLƏRİMİZ, Sosial
AĞLA, QƏRƏNFİL, AĞLA...

AĞLA, QƏRƏNFİL, AĞLA...

UNUTSAQ, UNUDULARIQ!...., Köşə yazılar
AzTU-da 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib

AzTU-da 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib

AzTU
AzTU-da 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib

AzTU-da 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib

ŞƏHİDLƏRİMİZ, AzTU
= AMEA Botanika İnstitutu və Mərkəzi Nəbatat bağında = 20 yanvar hadisələri ...

= AMEA Botanika İnstitutu və Mərkəzi Nəbatat bağında = 20 yanvar hadisələri ...

ŞƏHİDLƏRİMİZ, Biologiya və tibb elmləri, "Zirvə"
AzTU-da Qanlı 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilmişdir

AzTU-da Qanlı 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilmişdir

ŞƏHİDLƏRİMİZ, AzTU

"Gənc İstedadlar" Liseyində 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub

BDU, Hüquq
AMEA Nəsimi adına Dilçilik İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ...

AMEA Nəsimi adına Dilçilik İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ...

Humanitar elmlər
AzTU kollektivi Şəhidlər xiyabanını ziyarət edib

AzTU kollektivi Şəhidlər xiyabanını ziyarət edib

AzTU
AzTU-da 20 Yanvar faciəsinə həsr olunan anım tədbiri keçirilib

AzTU-da 20 Yanvar faciəsinə həsr olunan anım tədbiri keçirilib

ŞƏHİDLƏRİMİZ, AzTU
Şəhidlər xiyabanı bizim üçün müqəddəs and yerinə çevrilmişdir

Şəhidlər xiyabanı bizim üçün müqəddəs and yerinə çevrilmişdir

ŞƏHİDLƏRİMİZ, Arxiv
AzTU-da 20 Yanvar faciəsi anılıb

AzTU-da 20 Yanvar faciəsi anılıb

AzTU
İlham Əliyev Xocalı faciəsi qurbanlarının xatirəsini anma mərasimində iştir ...

İlham Əliyev Xocalı faciəsi qurbanlarının xatirəsini anma mərasimində iştir ...

Əsas xəbər, Azərbaycan, Qarabağ
20 Yanvar xalqımızın tarixində qürur və iftixar hissi ilə xatırlanır

20 Yanvar xalqımızın tarixində qürur və iftixar hissi ilə xatırlanır

AzTU
AzTU -da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib

AzTU -da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib

AzTU
Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 20 Yanvar faciəsinə həsr olunan elmi  ...

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 20 Yanvar faciəsinə həsr olunan elmi ...

ŞƏHİDLƏRİMİZ, "Zirvə"
AzTU rəhbərliyi və kollektivi Şəhidlər xiyabanını ziyarət edib

AzTU rəhbərliyi və kollektivi Şəhidlər xiyabanını ziyarət edib

AzTU
Azərbaycanın Batumidəki Baş konsulluğu 20 Yanvar faciəsi ilə bağlı tədbir t ...

Azərbaycanın Batumidəki Baş konsulluğu 20 Yanvar faciəsi ilə bağlı tədbir t ...

Batum
Rəy yazın: