Dövlət təltiflərinə layiq görülmüş təhsil işçilərinə mükafatlar təqdim olundu

Dövlət təltiflərinə layiq görülmüş təhsil işçilərinə mükafatlar təqdim olundu Dövlət təltiflərinə layiq görülmüş təhsil işçilərinə mükafatlar təqdim olundu Dövlət təltiflərinə layiq görülmüş təhsil işçilərinə mükafatlar təqdim olundu Dövlət təltiflərinə layiq görülmüş təhsil işçilərinə mükafatlar təqdim olundu Oktyabrın 29-da
Bakıdakı
Tahir Həsənov adına
23 nömrəli
tam orta məktəbdə
dövlət təltiflərinə
layiq görülmüş
təhsil işçilərinə
mükafatların
təqdim olunması
mərasimi keçirilib.


Mərasimdən öncə təhsil naziri Mikayıl Cabbarov, rəhbər təhsil işçiləri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə təltif olunmuş müəllimlər Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar.

Mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bu il də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə bir qrup təhsil işçisinin peşə bayramı ərəfəsində təltif edildiyini nəzərə çatdırıb. Nazir Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə fəxri ad və medallara layiq görülmüş təhsil işçiləri adından ölkə başçısına minnətdarlığını bildirib.

Dövlət başçısının müəllim əməyini yüksək dəyərləndirdiyini, təhsil işçilərinə hər zaman ehtiramla yanaşdığını söyləyən Mikayıl Cabbarov təhsil sahəsində əldə olunan uğurlardan söz açıb. Nazir “Bilik günü”ndə Bakıdakı 148 nömrəli tam orta məktəbin müəllim və şagirdləri qarşısında ölkə Prezidentinin proqram xarakterli çıxışında gənc nəslin tərbiyəsi, onların milli-mənəvi ruhda böyüməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin təhsil işçilərinin qarşısında duran əsas vəzifələrdən biri olduğunu vurğulayıb.

Nazir deyib ki, aparılan təhlillər müəllim işləmək istəyənlərin sayının ilbəil artdığını göstərir: “Əgər iki il əvvəl müəllimlərin işə qəbulu üzrə müsabiqəyə müraciət edənlərin sayı 17 min nəfər idisə, cari ildə onların sayı 41 faiz artaraq, 24 min nəfər olub. Qeyd etmək lazımdır ki, İKT-nin geniş tətbiqini nəzərdə tutan şəffaf, obyektiv və çevik işə qəbul mexanizminin tətbiqi müəllim peşəsinə marağın artmasına bilavasitə təsir edir. Müsabiqənin nəticələrinə əsasən, 3068 müəllim işə qəbul olunub, vakansiyaların tutulma səviyyəsi 38 faiz artıb”.

Kənd məktəblərinə işə qəbul olunmuş 1729 nəfər gənc mütəxəssisə Nazirlər Kabinetinin qərarına əsasən həvəsləndirmə tədbirlərinin tətbiq edildiyini söyləyən təhsil naziri bu il kənd məktəblərini seçənlərin ötən dərs ilinə nisbətən 25 faiz artmasının təsadüfi olmadığını bildirib. Nazir qeyd edib ki, cari ilin sonunadək ölkənin 3 şəhər və 9 rayonunda daha 30 min müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək və 2016-cı ilin yanvarından onların əməkhaqqısı artırılacaqdır. Beləliklə, bir il müddətində ölkə üzrə müəllimlərin 40 faizinin əməkhaqqısında əhəmiyyətli artım təmin olunacaqdır.

Müəllim nüfuzunun artırılması məqsədilə həyata keçirilən məqsədyönlü tədbirlərə toxunan Mikayıl Cabbarov bu baxımdan müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinin əhəmiyyətini nəzərə çatdırıb: “Müəllim peşəsinə marağı artırmaq üçün 2014-cü ildən başlayaraq 500-dən yuxarı bal toplayan tələbələr üçün xüsusi layihənin həyata keçirilməsinə başlanılıb. Artıq 600 nəfərə Təhsil Nazirliyinin xüsusi təqaüdü verilir. Cari ildə müəllimlik ixtisaslarını seçən abituriyentlərin orta balı artıb, 500 və daha yuxarı bal toplayan abituriyentlərin sayı ötən ilə nisbətən 37 faiz çox olub”.

Təhsilin keyfiyyətinin yüksəldilməsi haqqında fikirlərini bildirən nazir şagirdlərə seçdikləri ixtisas istiqamətləri üzrə daha yaxşı hazırlaşmaq imkanı yaratmaq məqsədilə ölkənin pilot olaraq seçilmiş 58 məktəbində 10-cu siniflərdə 4 istiqamət üzrə 176 təmayül sinfinin açıldığını söyləyib: “İstedadlı şagirdlərin aşkar olunmasında və onların potensialının inkişaf etdirilməsində fənn olimpiadaları və bilik yarışları müstəsna rol oynayır. Bu il rekord sayda - 22 mindən çox şagird respublika fənn olimpiadalarına qatılıb. Ümumi təhsildə əldə olunmuş uğurlar ali məktəblərə qəbul planında müəyyənləşdirilmiş minimal keçid balını son illərdə ilk dəfə olaraq aşağı salmamaq barədə qərar qəbul olunmasını da mümkün edib”.

Çıxışının sonunda təltif olunan təhsil işçilərini təbrik edən təhsil naziri onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.

Sonra təltif olunan təhsil işçilərinə mükafatlar təqdim olunub, xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, təltif olunanlar arasında görkəmli alim,
Azərbayçan Texniki Universitetinin rektoru,
texnika elmlər doktoru, professor
HAVAR ƏMİR oğlu MƏMMƏDOV da vardır.
Belə ki, o, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 9 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə
Azərbaycan elminin inkişafında və
yüksək ixtisaslı kadrların hazırlanmasında
xidmətlərinə görə
“ƏMƏKDAR ELM XADİMİ” fəxri adı ilə
təltif olunmuşdur.
Dövlət təltiflərinə layiq görülmüş təhsil işçilərinə mükafatlar təqdim olundu
Hörmətli Havar müəllimi bu fəxri ada
layiq görülməsi münasibətilə bir daha
ürəkdən təbrik edir, ona uzun ömür,
möhkəm can sağlığı, elmi-pedaqoji fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!...

ZiM.Az
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Dövlət təltiflərinin təqdim olunması mərasimi

Dövlət təltiflərinin təqdim olunması mərasimi

Nazirlik
Olimpiada qalibləri ilə görüş

Olimpiada qalibləri ilə görüş

Təhsil
Dövlət mükafatı təqdim olunub... TƏBRİK EDİRİK!..

Dövlət mükafatı təqdim olunub... TƏBRİK EDİRİK!..

Nazirlik, Digər ali məktəblər
Təhsil naziri Mikayıl Cabbarov Gürcüstana səfər edib

Təhsil naziri Mikayıl Cabbarov Gürcüstana səfər edib

Təhsil, Gürcüstan
“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” adlı təqdimat mərasim ...

“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” adlı təqdimat mərasim ...

Əsas xəbər, Nazirlik, MEDİA, "Zirvə"
Mikayıl Cabbarov: Azərbaycanın təhsil təcrübəsi beynəlxalq maraq doğurur

Mikayıl Cabbarov: Azərbaycanın təhsil təcrübəsi beynəlxalq maraq doğurur

Təhsil
Təhsil Nazirliyində kollegiya iclası

Təhsil Nazirliyində kollegiya iclası

Əsas xəbər, Nazirlik
Təhsil Nazirliyində kollegiya iclası

Təhsil Nazirliyində kollegiya iclası

---
BSU-nun yeni rektoru ASİF HACIYEV kollektivə təqdim edildi

BSU-nun yeni rektoru ASİF HACIYEV kollektivə təqdim edildi

BSU
Təhsil Nazirliyində yeni seçilmiş məktəb direktorlarının iştirakı ilə müşav ...

Təhsil Nazirliyində yeni seçilmiş məktəb direktorlarının iştirakı ilə müşav ...

Əsas xəbər, Nazirlik
Təhsil naziri Mikayıl Cabbarov Macarıstanın nümayəndə heyətini qəbul edib

Təhsil naziri Mikayıl Cabbarov Macarıstanın nümayəndə heyətini qəbul edib

Nazirlik
“Təhsil” TV-nin hazırladığı filmlər təqdim olunub

“Təhsil” TV-nin hazırladığı filmlər təqdim olunub

Nazirlik
Təhsil naziri Mikayıl CABBAROV:

Təhsil naziri Mikayıl CABBAROV: "...ölkə başçısı cənab İlham Əliyevə dərin ...

Nazirlik
Təhsil naziri Bakı Mühəndislik Universitetində olub

Təhsil naziri Bakı Mühəndislik Universitetində olub

Nazirlik, BMU
Həbibə öz növbəti uğuru ilə bizi yenə sevindirib

Həbibə öz növbəti uğuru ilə bizi yenə sevindirib

Bakı, Məktəblər
Həbibə öz növbəti uğuru ilə bizi yenə sevindirib

Həbibə öz növbəti uğuru ilə bizi yenə sevindirib

---
Azərbaycan Tələbə Könüllülərinin I Forumu

Azərbaycan Tələbə Könüllülərinin I Forumu

Əsas xəbər, Təhsil, "Elm və Təhsil", Hüquq
100 yaşlı akademikə “Şərəf” ordeni təqdim olundu

100 yaşlı akademikə “Şərəf” ordeni təqdim olundu

"Zirvə"
İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialına rekto ...

İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialına rekto ...

Səhiyyə, "Elm və Təhsil"
Prezidentin qayğısı məsuliyyətimizi daha da artırır

Prezidentin qayğısı məsuliyyətimizi daha da artırır

Regionlar, ADPU, Məktəblər
Rəy yazın: