İkinci Azərbaycan Elm Festivalı respublikamız və elmimiz üçün böyük əhəmiyyət daşıyır

İkinci Azərbaycan Elm Festivalı respublikamız və elmimiz üçün böyük əhəmiyyət daşıyır İkinci Azərbaycan Elm Festivalı respublikamız və elmimiz üçün böyük əhəmiyyət daşıyır İkinci Azərbaycan Elm Festivalı respublikamız və elmimiz üçün böyük əhəmiyyət daşıyır İkinci Azərbaycan Elm Festivalı respublikamız və elmimiz üçün böyük əhəmiyyət daşıyır İkinci Azərbaycan Elm Festivalı respublikamız və elmimiz üçün böyük əhəmiyyət daşıyır İkinci Azərbaycan Elm Festivalı respublikamız və elmimiz üçün böyük əhəmiyyət daşıyır İkinci Azərbaycan Elm Festivalı respublikamız və elmimiz üçün böyük əhəmiyyət daşıyır İkinci Azərbaycan Elm Festivalı respublikamız və elmimiz üçün böyük əhəmiyyət daşıyırİkinci Azərbaycan Elm Festivalı respublikamız və elmimiz üçün böyük əhəmiyyət daşıyır İkinci Azərbaycan Elm Festivalı respublikamız və elmimiz üçün böyük əhəmiyyət daşıyır İkinci Azərbaycan Elm Festivalı respublikamız və elmimiz üçün böyük əhəmiyyət daşıyırİkinci Azərbaycan Elm Festivalı respublikamız və elmimiz üçün böyük əhəmiyyət daşıyır İkinci Azərbaycan Elm Festivalı respublikamız və elmimiz üçün böyük əhəmiyyət daşıyır İkinci Azərbaycan Elm Festivalı respublikamız və elmimiz üçün böyük əhəmiyyət daşıyır İkinci Azərbaycan Elm Festivalı respublikamız və elmimiz üçün böyük əhəmiyyət daşıyır İkinci Azərbaycan Elm Festivalı respublikamız və elmimiz üçün böyük əhəmiyyət daşıyır İkinci Azərbaycan Elm Festivalı respublikamız və elmimiz üçün böyük əhəmiyyət daşıyır İkinci Azərbaycan Elm Festivalı respublikamız və elmimiz üçün böyük əhəmiyyət daşıyır
II Azərbaycan
Elm Festivalı
öz işinə başlayıb

Oktyabrın 31-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) ikinci Azərbaycan Elm Festivalının açılış mərasimi olub.

ZiM.Az xəbər verir ki, AMEA-nın təşəbbüsü ilə keçirilən festival, UNESCO, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın ölkəmizdəki səfirliyi və Moskva Dövlət Universitetinin təşkilati dəstəyi ilə reallaşdırılıb.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

AMEA-nın Əsas binasında təşkil olunmuş tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək ölkəmizdə ikinci dəfə keçirilən Azərbaycan Elm Festivalının respublikamız və elmimiz üçün böyük əhəmiyyət daşıdığını, həmçinin elmi nailiyyətlərin təbliğində önəmli yer tutduğunu vurğulayıb. Bildirib ki, tədbirin əsas məqsədi elmimizin bugünkü nailiyyətlərini geniş ictimaiyyətə tanıtmaq, müasir elmi bilikləri təbliğ etmək, gəncləri elmi fəaliyyətə cəlb etməklə elmi-tədqiqat işlərinə marağı artırmaqdır. Həmçinin festival ictimaiyyətin elm sahəsində əldə olunmuş yeniliklərlə tanış edilməsi, elm və cəmiyyət arasında dialoqun yaradılması baxımından böyük əhəmiyyətə malikdir.

AMEA rəhbəri elmimizin uğurlarının nümayiş olunduğu festivalda akademiyanın bütün elmi müəssisə və təşkilatları ilə yanaşı, bir sıra ali və orta təhsil müəssisələrinin nümayəndələrinin də iştirak etdiyini söyləyib. Diqqətə çatdırıb ki, festival öz işinə noyabrın 1-də Naxçıvanda, noyabrın 2-də Sumqayıtda, noyabrın 4-də Şəkidə və noyabrın 5-də Gəncədə davam edəcək.
2014-cü ildə keçirilmiş I Elm Festivalında 15 mindən çox insanın iştirak etdiyini xatırladan akademik A.Əlizadə diqqətə çatdırıb ki, bu dəfəki tədbir miqyasına və məzmununa görə fərqlidir və tədbirə qatılanların sayının 50 minə çatacağı gözlənilir.
Azərbaycanda elmin inkişafı və qarşıda duran vəzifələrdən danışan akademik festivala hazırlıq prosesini yüksək dəyərləndirib, iştirakçılara uğurlar arzulayıb.

Akademik A.Əlizadə ölkəmizdə elmin və təhsilin inkişafına göstərilən xüsusi dövlət qayğısından, alimlərimizin əldə etdiyi uğurlu elmi tədqiqatların əhəmiyyətindən, gənc alimlərə yaradılan şəraitdən də danışıb. O, AMEA-nın bir sıra dövlət qurumları ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib.

AMEA rəhbəri bu gün AMEA-nın infrastrukturunun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin görüldüyünü vurğulayaraq bildirib ki, rəhbərlik etdiyi elm ocağında islahat yönümlü hədəflər 2020-ci ilə qədər davam edəcək.

Alim Akademiyada magistratura təhsilinin artıq 2 ildir ki, həyata keçirildiyini və hazırda 75 magistrantın təhsil aldığını diqqətə çatdırıb. O, müasir dövrdə elm sahəsində gənc kadrların hazırlanması, onların düzgün istiqamətləndirilməsi və bütün sferalarda fəaliyyətlərinin artırılmasına dəstək göstərməyin son dərəcə vacib olduğunu qeyd edib. Bütün alim və mütəxəssisləri bu prosesdə fəal iştirak etməyə çağırıb.

Tədbirdə çıxış edən AR Təhsil naziri Mikayıl Cabbarov müstəqil Azərbaycanın 25 il ərzində elm və ali təhsil sahəsində keçdiyi yoldan söz açıb. O, müstəqillik illərində ölkəmizdə təhsil sisteminin sürətlə inkişaf etdiyini vurğulayaraq ali təhsil müəssisələrinə qəbul olunanların sayının 2016-cı ildə 1990-ci ilə nisbətdə 2 dəfədən çox artdığını diqqətə çatdırıb.

“Azərbaycanda elm və təhsilin dövlət siyasətinin prioritet istiqamətləri olduğunu 2016-cı ildə qəbul olunmuş “Elm haqqında” Qanun təsdiqləyir”, - deyə bildirən nazir Qanunda ali təhsil müəssisələri üçün yeni “tədqiqat universiteti” statusunun müəyyənləşdirildiyini qeyd edib. Bildirib ki, bu, ali məktəblərimizin elmi fəaliyyətinin stimullaşdırılması və onların qarşısında qoyulan yeni tələblərlə bağlıdır.

M.Cabbarovun sözlərinə görə, Təhsil Nazirliyi qarşısında qoyulan vəzifələrdən ən başlıcası təhsilin keyfiyyətini yüksəltmək məqsədi ilə elmin gücündən istifadəni genişləndirməkdir. Bunun üçün Təhsil Nazirliyi Milli Elmlər Akademiyası, ölkədə fəaliyyət göstərən elmi təşkilatlar və biznes strukturları ilə birlikdə elm və təhsilin arasındakı əlaqəni gücləndirməyə, elmi əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə səy göstərir. Təhsil Nazirliyinin dəstəyi ilə AMEA-da magistratura yaradılması, AMEA ilə Təhsil Nazirliyinin bir sıra layihələri birgə reallaşdırılması bu əməkdaşlığın nəticəsidir.

Nazir çıxışının sonunda elmin bütün cəmiyyətlərin ehtiyac duyduğu tərəqqini sürətləndirmək üçün ən böyük qüvvə olduğunu vurğulayaraq, tədbir iştirakçılarını, xüsusilə gənc nəslin nümayəndələrini elmi prosesin iştirakçısı olmağa səsləyib.

Daha sonra Ümumdünya Elm Festivalının prezidenti Cudit Coksun II Elm Festivalının iştirakçılarına təbriki səsləndirilib.

Tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov festival haqqında fikirlərini bölüşüblər, festivalın elmi nailiyyətlərin təbliğində, elmə marağın artırılmasında mühüm rol oynayacağına əminliklərini bildiriblər. Diqqətə çatdırıblar ki, festival Azərbaycan elminin inkişafı və əldə olunan nailiyyətlərin təbliğində böyük töhfədir.

Sonra festival bədii hissə ilə davam edib. Sözləri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin, musiqisi isə tanınmış bəstəkarımlız Vaqif Gərayzadənin olan AMEA-nın marşı səslənib, əyləncəli elmi şoular nümayiş etdirilib, həmçinin ABŞ-ın "Acidic Band" qrupu çıxış edib.

Sonra AMEA rəhbərliyi, digər rəsmi şəxslər və fəxri qonaqlar AMEA-nın Alimlər Evində təşkil edilmiş sərgi ilə tanış olublar.

Festival Mərkəzi Elmi Kitabxana, Geologiya və Geofizika İnstitutu, Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Fizika İnstitutu, Bakı Dövlət Universiteti, Ali Neft Məktəbi, 132-134 nömrəli Təhsil Kompleksində təşkil olunmuş elmi-populyar mühazirələr ilə davam edir.

Gün ərzində bir sıra muzeylər, texnoparklar və digər məkanlara elmi ekskursiyalar təşkil olunacaq.

Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərlərində davam etdiriləcək festival noyabrın 5-də başa çatacaq.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
İkinci Azərbaycan Elm Festivalı Naxçıvanda öz işini davam etdirib

İkinci Azərbaycan Elm Festivalı Naxçıvanda öz işini davam etdirib

Naxçıvan, "Zirvə"
AMEA-nın Direktorlar Şurasının növbəti iclası keçirilib

AMEA-nın Direktorlar Şurasının növbəti iclası keçirilib

"Zirvə"
AMEA-nın Ümumi yığıncağı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kol ...

AMEA-nın Ümumi yığıncağı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kol ...

Elm, Biologiya və tibb elmləri, Təhsil, Nazirlik
AMEA-da Türkiyə universitetinin rektoru ilə görüş keçirilib

AMEA-da Türkiyə universitetinin rektoru ilə görüş keçirilib

"Zirvə"
AMEA-da magistrantların Bilik Günü qeyd edilib

AMEA-da magistrantların Bilik Günü qeyd edilib

Elm, Biologiya və tibb elmləri, Digər bölmələr
“Azərbaycanın elm məbədi”

“Azərbaycanın elm məbədi”

Elm, "Zirvə"
“Elmin KİV-də təbliği” mövzusu müzakirə olundu

“Elmin KİV-də təbliği” mövzusu müzakirə olundu

"Zirvə"
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Gənclərlə görüşüb

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Gənclərlə görüşüb

Elm
AMEA-da

AMEA-da "Müasir elm – gənclərin baxışı ilə" adlı elmi-praktik konfrans ke ...

Biologiya və tibb elmləri, Digər bölmələr, "Zirvə"
AMEA-da 15 SENTYABR ‒ BİLİK GÜNÜNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLİB

AMEA-da 15 SENTYABR ‒ BİLİK GÜNÜNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLİB

Elm
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “Elm Guşəsi” açılıb

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “Elm Guşəsi” açılıb

Biologiya və tibb elmləri
AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

"Zirvə"
AMEA-nın prezidenti Monqolustanın ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın prezidenti Monqolustanın ölkəmizdəki səfiri ilə görüşüb

Elm, Dünya
AMEA-nın prezidenti Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın prezidenti Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

Elm, "Zirvə"
AMEA və Türkiyənin Səlcuq Universiteti arasında anlaşma memorandumu imzalan ...

AMEA və Türkiyənin Səlcuq Universiteti arasında anlaşma memorandumu imzalan ...

Elm, "Zirvə", ADPU, Turan
AMEA Yüksək Texnologiyalar Parkı ilə Azərbaycan Texniki Universiteti arasın ...

AMEA Yüksək Texnologiyalar Parkı ilə Azərbaycan Texniki Universiteti arasın ...

Digər bölmələr, AzTU
ABŞ tərəfdaşları ilə uzunmüddətli elmi əlaqələrin qurulmasına böyük önəm ve ...

ABŞ tərəfdaşları ilə uzunmüddətli elmi əlaqələrin qurulmasına böyük önəm ve ...

Elm, Biologiya və tibb elmləri
Akademik İradə Hüseynova: “Azərbaycan və Türkiyə arasında elmi əlaqələrin d ...

Akademik İradə Hüseynova: “Azərbaycan və Türkiyə arasında elmi əlaqələrin d ...

Biologiya və tibb elmləri, Turan
“Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda  ...

“Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda ...

Elm, "Zirvə"
Rəy yazın: