AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ƏFLATUN AMAŞOV!.. Əsas xəbər, MEDİA, Bolus, Təbriklər 26 апреля 2019 Aprelin 26-sı Azərbaycan Mətbuat Şurasının sədri, Millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Gürcüstan Dostluq qrupunun rəhbəri Əflatun Amaşovun Ad günüdür!..Əflatun Əhməd oğlu Amaşov - 26 aprel 1957-ci ildə qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonundakı Faxralı kəndində anadan olub. 1974-cü ildə Faxralı kənd orta məktəbini bitirib.1976-1978-ci illərdə əsgəri xidmət borcunu yerinə yetirib.1979-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsinə daxil olub.1984-cü ildə Moskva Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. 1985-1994-cü ildə «AzərTAc» Dövlət Teleqraf Agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun I müavini vəzifələrində çalışıb. 1995-ci ildə «Yeni Nəsil» Jurnalistlər Birliyinin yaradıcılarından olub. 1995-1998-ci illərdə təşkilatın sədr müavini vəzifəsini tutub. 1998-ci ildə «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri seçilib. 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib. 2005 və 2008-ci ildə keçirilən qurultaylarda bu vəzifəyə təkrarən seçilib. Jurnalistika sahəsində çoxsaylı kitabların, bir sıra dərs vəsaitlərinin müəllifidir. Dünya Mətbuat Şuraları Təşkilatının İdarə Heyətinin üzvüdür. Avropa Mətbuat Şuraları Assosiasiyasının üzvüdür.Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib. 2015-ci ildə Beşinci çağırış Azərbaycan Milli Məclisinə deputat seçilib. Azərbaycan-Gürcüstan Dostluq qrupunun rəhbəridir.Ailəlidir, bir övladı var.Tanınmış şair-publisist Valeh Mirza "MƏN SÖZ ƏSGƏRİYƏM, SƏNSƏ KOMANDAN" sərlövhəli şeirində yazmışdır:(Əziz dostum Əflatun Amaşova Ad Günü münasibətilə bir xoş zarafat hədiyyəsi)Əliboş gəlmişdim kabinetinə,Ürəyim doluydu, əlim boş idi.Sənin Ad Gününü təbrik etməyəBir qələm alsaydım, o da xoş idi.Hördüm bal sözlərdən təbrik çələngi,Alqışlar yağdırdım ünvanına mən.Sənin Ad Günündə əliboş idim,Utandım gələndə lap yanına mən.Görüşdük, ayrıldıq biz qardaş kimi,Sıxdım əllərini, öpdüm üzündən.Elə bil təzəcə doğulmuş idin,Təravət yağırdı xoş bənizindən.Mahir bir zərgərsən söz meydanında,Dəyəri ölçülür hər kəlməmizin.Mən söz əsgəriyəm, sənsə komandan,Yazar Ordusuyuq biz ölkəmizin. Biz də, dəyərli ziyalımız, tanınmış jurnalist, Millət vəkili, çox hörmətli Əflatun Amaşovu AD GÜNÜ münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..Hörmətlə,Müşfiq BORÇALI,Azərbaycan Respublikası "Təhsil" Mərkəzinin rəhbəri,"Ziya" qəzetinin və "ZiM.Az" saytının Baş redaktoru,Filologiya üzrə fəlsəfə doktoru.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.