İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib Əsas xəbər, Rəsmi Xəbərlər 13 марта 2016 Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana Hörmətli cənab Prezident,Əziz qardaşım,Ankara şəhərində törədilmiş amansız terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca kədərləndirdi.Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir və ona qarşı ən kəskin şəkildə mübarizəni vacib hesab edirik.Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.Allah rəhmət eləsin!İlham ƏliyevAzərbaycan Respublikasının PrezidentiBakı, 13 mart 2016-cı il.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.