Qafqazşünaslıq İnstitutunda elmi şuranın iclası keçirilib Elm » İctimai elmlər 30 января 2019 2019-cu il Yanvarın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunda elmi şuranın iclası keçirilib.İnstitutun Tərcümə, nəşr və informasiya şöbəsindən Günel Musayeva ZiM.Az-a bildirilib ki, iclasda 2019-cu il üçün elmi-tədqiqat işləri planının müzakirəsi, elmi şura üzvlərinin AMEA Rəyasət Heyətinin “AMEA-nın mühüm elmi nailiyyətləri haqqında məlumatların beynəlxalq elmi bazalara inteqrasiyasının genişləndirilməsi haqqında”, “Gənc alimlər üçün elmi-tədqiqat layihələrinin respublika müsabiqəsi haqqında” və b. məsələlər müzakirə edilib. Əməkdaşlara beynəlxalq indeksli elmi jurnallarda məqalələrin dərcinə xüsusi diqqət yetirmələri tövsiyə edilib.Elmi şurada Qafqazşünaslıq institutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının ötən ilin dekabrında Rusiyada (Dağıstan) “Qafqaz xalqlarının dövləti və hüququ: qurulması, inkişafı və müasir vəziyyəti” adlı beynəlxalq elmi konfransında iştirakına dair hesabatı, institutun Qafqaz siyasəti şöbəsinin əməkdaşı Əliyar Əzimovun “Beynəlxalq təşkilatların təcrübələrinin öyrənilməsi məqsədilə Avropa Parlamentinə (Brüssel şəhəri) təcrübə səfəri”nə (09-22 dekabr 2018-ci il) dair hesabatı dinlənilib.* * *Qafqazşünaslıq İnstitutunda elmi seminar2019-cu il Yanvarın 28-də Qafqazşünaslıq İnstitutunun növbəti elmi seminarı keçirilib.Seminarı İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb.Seminarda Ermənistanda daxili ictimai-siyasi və hərbi-siyasi şərait müzakirə edilib.Məruzələrlə Ermənişünaslıq şöbəsinin müdiri, t.ü.e.d. Qasım Hacıyev və şöbənin əməkdaşı Aydın Eyvazov çıxış ediblər. Məruzələr ətrafında müzakirələr olub. Aytac MƏDƏDLİ,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.