Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövlətçilik tariximizin parlaq səhifələrindəndir

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövlətçilik tariximizin parlaq səhifələrindəndirAzərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövlətçilik tariximizin parlaq səhifələrindəndir Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövlətçilik tariximizin parlaq səhifələrindəndir Dekabrın 19-da AMEA-nın Əsas binasında bu qurumun İctimai Elmlər Bölməsi və A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə təşkilatçılığı ilə “Prezident Sərəncamının işığında: Azərbaycan Xalq Cümhuriyyəti-100” mövzusunda elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli konfransın Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamına əsasən təşkil edildiyini diqqətə çatdırıb. O, Şərqdə ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin ölkəmizdə dövlət səviyyəsində geniş qeyd olunacağını diqqətə çatdırıb.

Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşasa da, qısa müddətdə həyata keçirdiyi əhəmiyyətli tədbirlər, dəyərli işlərlə tariximizdə böyük iz buraxdığını deyən AMEA-nın vitse-prezidenti Cümhuriyyətin yaranmasının xalqımızın milli mənlik şüurunun güclənməsinə böyük təsir göstərdiyini, 71 illik fasilədən sonra Azərbaycanın özünün dövlət müstəqilliyini bərpa etdiyini, bu tarixi varislik üzərində yeni Azərbaycan dövləti yaradıldığını qeyd edib. O, müstəqilliyimizin bərpasından sonra dövlətçiliyimizin qurulmasında və inkişafında, onun beynəlxalq aləmdə tanınmasında ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərini, dahi rəhbərimizin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulayıb.

Respublikamızın dövlət müstəqilliyinin tədqiqində AMEA-nın Tarix İnstitutunun gördüyü işlərdən danışan akademik İ.Həbibbəyli bildirib ki, institutda Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair elmi əsərlər yazılıb, dissertasiyalar müdafiə edilib, ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” çapdan çıxıb. Bildirib ki, xalqımızın şərəfli tarixi dövrü barədə hazırlanan bu ensiklopediya AXC tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir.

Sonra Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov çıxış edərək Şərqdə ilk demokratik dövlət dəyərlərini yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan etməsi ilə xalqımızın müstəqillik əzmini nümayiş etdirməsindən, bütün təzyiqlərə sinə gərən xalqımızın yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etməsindən danışıb. O, yeni dövlətçilik fəlsəfəsində müstəqil qərarların qəbul edilməsinin dayandığını qeyd edərək, ölkəmizin regionda müstəqil siyasət yürütdüyünü diqqətə çatdırıb.

Akademik Y.Mahmudov bildirib ki, dünyanın, Şərqin və türk dünyasının ən demokratik respublikasını Azərbaycan xalqı yaradıb. Bütün Şərq üçün biz nümunə göstərdik. Türkiyədə cümhuriyyət Azərbaycandan beş il sonra, yəni 1923-cü ildə yaradılıb.

Tədbirdə digər çıxış edələr mövcud olduğu iki ilə yaxın bir müddətdə AXC-nin fəalyyətinin bəzi məqamlarını diqqətə çatdırıblar.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:

"Azərbaycan Xalq Cümhuriyyəti - milli dövlətçiliyin ideya əsasları və müas ...

Humanitar elmlər, İctimai elmlər, "Zirvə"
Cümhuriyyətin 100 illiyinə həsr olunan kitabın təqdimatı keçirilib

Cümhuriyyətin 100 illiyinə həsr olunan kitabın təqdimatı keçirilib

Yeni nəşrlər, Elm, Humanitar elmlər, İctimai elmlər, "Zirvə"
Müstəqilliyimizin 25 illik yubileyi münasibətilə sanballı elmi əsərin yarad ...

Müstəqilliyimizin 25 illik yubileyi münasibətilə sanballı elmi əsərin yarad ...

"Zirvə"
AMEA-da Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş

AMEA-da Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş "Müst ...

"Zirvə"
Azərbaycan elminin yeni inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin a ...

Azərbaycan elminin yeni inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin a ...

Elm, "Zirvə"
AMEA-da “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keç ...

AMEA-da “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keç ...

Humanitar elmlər, "Zirvə"
AMEA-nın İctimai Elmlər Bölməsinin ümumi iclası keçirilib

AMEA-nın İctimai Elmlər Bölməsinin ümumi iclası keçirilib

İctimai elmlər, "Zirvə"
AMEA-da “Heydər Əliyev dərsləri: elm, gender və müasir reallıqlar” mövzusun ...

AMEA-da “Heydər Əliyev dərsləri: elm, gender və müasir reallıqlar” mövzusun ...

Humanitar elmlər, "Zirvə"
“Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlx ...

“Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlx ...

Elm, "Zirvə"
Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan elminin inkişafında müstəsna xid ...

Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan elminin inkişafında müstəsna xid ...

Elmi Məqalələr
“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

"Zirvə"
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitututunda Azərbaycan Xalq Cü ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitututunda Azərbaycan Xalq Cü ...

Biologiya və tibb elmləri
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının “Məhəmmə ...

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının “Məhəmmə ...

"Zirvə"
Ulu Öndərin sosial-iqtisadi fəaliyyətinə həsr olunan kitab təqdim edilib

Ulu Öndərin sosial-iqtisadi fəaliyyətinə həsr olunan kitab təqdim edilib

İqtisadiyyat
“Çanaqqala zəfəri və müasir dövr” mövzusunda elmi-ədəbi gecə keçirilib

“Çanaqqala zəfəri və müasir dövr” mövzusunda elmi-ədəbi gecə keçirilib

Elm
AMEA-nın prezidenti Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın prezidenti Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

Elm, "Zirvə"
AzMİU-da beynəlxalq konfrans işinə başlayıb

AzMİU-da beynəlxalq konfrans işinə başlayıb

Digər ali məktəblər
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
Milli Azərbaycan Ədəbiyyatı Muzeyində tanınmış ictimai-siyasi xadim Ramiz A ...

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində tanınmış ictimai-siyasi xadim Ramiz A ...

Humanitar elmlər
Akademik İsa Həbibbəyli: “Heydər Əliyev epoxası İlham Əliyev erası ilə uğur ...

Akademik İsa Həbibbəyli: “Heydər Əliyev epoxası İlham Əliyev erası ilə uğur ...

Əsas xəbər, Humanitar elmlər, "Zirvə"
Rəy yazın: