Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə AMEA-nın Tarix İnstitutu arasında memorandum imzalanıb İctimai elmlər, Tarix 10 мая 2017 Mayın 8-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 2017-ci il üçün elmi iş planına əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən “Heydər Əliyev – dünya tarixinin dahi azərbaycanlısı” mövzusunda elmi konfrans keçirilib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən ZiM.Az-a bildiriblər ki, konfransda Silahlı Qüvvələrin Hərbi Akademiyasının, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin professor-müəllim heyəti, dinləyiciləri və kursantları, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun nümayəndə heyəti, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin komandanlığı və müəllimləri iştirak ediblər.Əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Konfransda Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyevin “Heydər Əliyev irsində Azərbaycan ordu quruculuğu və hərb tarixi mövzusu” və AMEA-nın Tarix İnstitutunun direktoru, Əməkdar Elm Xadimi, Dövlət mükafatı laureatı, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovun “Heydər Əliyev – dünya tarixinin dahi azərbaycanlısı” mövzusunda məruzələri dinlənilib.Sonra Tarix İnstitutunun və Silahlı Qüvvələrin Hərbi Akademiyasının elmi nəşrlərinin sərgisinə baxış keçirilib.Sərgidə nümayiş etdirilən çoxsaylı ədəbiyyat Tarix İnstitutu tərəfindən Hərbi Akademiyaya hədiyyə olunub.Daha sonra Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə AMEA-nın Tarix İnstitutu arasında memorandum imzalanıb.Konfransın gedişində ətrafında müzakirələr aparılıb və dinləyicilərin sualları cavablandırılıb.Sonda “Heydər Əliyev və Azərbaycanda hərbi quruculuq məsələləri” sənədli filmi nümayiş etdirilib, hərb tarixi üzrə işçi qrupun üzvləri ilə “Heydər Əliyev və Azərbaycanda hərb tarixi elmi ” mövzusunda plenar iclas keçirilib.Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.