AMEA-nın İctimai Elmlər Bölməsinin büro iclası keçirilib Elm » İctimai elmlər 25 января 2017 2017-ci il Yanvarın 24-də AMEA-nın İctimai Elmlər Bölməsinin növbəti büro iclası keçirilib.Tədbiri bölmənin akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundova açaraq, iştirakçıları iclasın gündəliyi ilə tanış edib. Sonra iclasda bölməyə daxil olan müəssisələrin elmi-təşkilati məsələlərinə baxılıb.Öncə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun strukturunda dəyişiklik edilməsi və institutda İctimaiyyətlə əlaqələr şöbəsinin yaradılması məsələsi müzakirə edilib.Gündəlikdə əksini tapan növbəti məsələ AMEA-nın İqtisadiyyat İnstitutunda İctimaiyyətlə əlaqələr və Beynəlxalq əlaqələr şöbələrinin yaradılması ilə bağlı olub. Bu müəssisənin strukturunda və Elmi şurasının tərkibində də qismən dəyişiklik edilməsi məsələsinə baxılıb.Müzakirə olunan digər məsələ AMEA üzvlüyünə seçkilərlə əlaqədar İctimai Elmlər Bölməsinin Ekspert komissiyasının yaradılması haqqında olub. Bununla bağlı çıxış edən N.Axundova bildirib ki, AMEA-nın həqiqi və müxbir üzvülüyünə seçkilərin keçirilməsi ilə əlaqədar artıq respublika mətbuatında müvafiq elanlar dərc olunub. N.Axundova komissiyanın əsas fəaliyyət istiqamətləri haqqında da danışıb. Yeni yaradılan komissiyanın təqdim olunan sənədlərin araşdırılması və təhlili ilə məşğul olacağını deyib. İclasda ekspert komissiyasının tərkibi müəyyənləşdirilib.AMEA Elm Tarixi İnstitutunun da strukturunda dəyişiklik edilməsi məsələsinə də baxılıb. İnstitutun Elmi şurasının yeni tərkibinin təsdiqlənməsi, həmçinin Elm və təhsil tarixi şöbəsinin adının dəyişdirilməsi məqsədəuyğun hesab edilib.Tədbirdə Qafqazşünasların I Beynəlxalq Forumunun keçirilməsi haqqında məsələyə baxılıb. Bu ilin aprel ayında AMEA Qafqazşünaslıq İnstitutu tərəfindən təşkil olunacaq tədbirdə Qafqaz ölkələrinin sosial-iqtisadi və siyasi vəziyyəti, qarşılıqlı münasibətlər və münaqişələrlə bağlı mövzuların müzakirə ediləcəyi bildirilib. İclasda forumun təşkilat komitəsinin yaradılması və digər məsələlərlə bağlı təkliflər irəli sürülüb.İclasda müzakirə olunan elmi-təşkilati məsələlərlə bağlı yekun qərarların verilməsi üçün AMEA Rəyasət Heyətinə təqdim ediləcəyi bidirilib. Daha sonra bölməyə daxil olan elmi müəssisə rəhbərlərinə 2017-ci ildə fəaliyyətə dair müvafiq tapşırıqlar verilib.Büro iclasında kadr məsələlərinə də baxılıb. Tarix üzrə fəlsəfə doktorları Tofiq Nəcəfli və Cəbi Bəhramovun A.A.Bakıxanov adına Tarix institutunun elmi işlər üzrə direktor müavinləri vəzifələrinə yenidən təsdiq edilmələri tövsiyə olunub. Tarix üzrə fəlsəfə doktoru Zərifə Dulayeva Milli Azərbaycan Tarixi Muzeyinin aparıcı elmi işçisi, Emin Dadaşov və Könül Manafova isə muzeydə şöbə müdirləri vəzifələrinə təsdiq ediliblər. Bundan başqa, iqtisad üzrə elmlər doktoru Dünyamalı Vəliyev, ilahiyyət üzrə fəlsəfə doktoru Babaşlı Məmmədli və filologiya üzrə fəlsəfə doktoru Zenfira Şıxalıbəyli Z.Bünyadov adına Şərqşünaslıq institutunun şöbə müdirləri vəzifələrinə təyin olunublar.Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.