ELMİ MÜHAKİMƏLƏRİN EMOSİONAL OVQATI

ELMİ MÜHAKİMƏLƏRİN EMOSİONAL OVQATI Ömrünün 60-cı baharını qarşılayan professor Bədirxan Əhmədovun ədəbi-elmi ictimaiyyətin müzakirəsinə verdiyi "XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər" adlı həcm və məzmunca sanballı kitabı XX əsr ədə biyyatımızın inkişaf yolu haqqında dolğun təsəvvür yaratdığı kimi, onun məhsuldar bir ədəbiyyat tarixçisi, ciddi tədqiqatçı kimi elmi tərcümeyi-halı barədə də dolğun təsəvvür yaradır. Belə sanballı tədqiqat otuz ildən artıq səmərəli elmi fəaliyyətin bəhrəsidir. Bu əsərdə ümumiləşən faktlar, ədəbi hadisə və sənədlər, tarixi ədəbi proses, onu təmsil edən şəxsiyyətlərin, yaradıcılıq tiplərinin elmi şərhini bütövləşdirən, elmi sistemə yönəldən müəllifin rəhbər tutduğu konsepsiyadır. Bu konsepsiyanın mərkəzində XX əsr ədəbiyyatını bütöv bir anlayış kimi şərh etmək niyyəti dayanır. XX əsr ədəbiyyatı Çin səddi ilə ayrılan mərhələlər kimi yox, milli bədii düşüncəyə söykənən, güclü poetik bağılığı olan bir epoxa kimi təhlil edilir. XX əsr (sovet dövrü) şöbəsində uzun müddət mübahisə, müzakirə predmetinə çevrilmiş bu konsepsiya Bədirxan Əhmədovun göstərilən əsərində elmipraktik mənasını təsdiq edir.

Təvazökar alim, professor Bədirxan Əhmədov XX əsr Azərbaycan ədəbiyyatı haqqında bu masştabda söz demək haqqını onun çoxsaylı monoqrafiya, məqalə və dərsliklərində əyaniləşdirdiyi tədqiqatçılıq istedadı, səriştəli elmi axtarışları ilə qazanmışdır.
Bədirxan Əhmədov Nizami adına Ədəbiyyat İnstitutunun, daha konkret XX asr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin yetirməsi, onun aparıcı alimlərindən biridir. Onun 1986-ci ildə namizədlik dissertasiyası müdafiəsindən sonra bir müddət "Azərbaycan ordusu" qəzetində baş redaktorun müavini kimi fəaliyyəti hə qiqi vətəndaşlıq nümunəsidir.
B.Əhmədov kapitan rütbəsini elmi sahədə professor rütbəsi ilə tamamladı. "Azərbaycan satirasının inkişaf problemləri" əsərində də bir əsrin ədəbiyyatı ciddi mübahisələr predmeti olan satiranın fonunda təhlil və şərh edilir.
Yenidən qayıdacağımız bu əsərdən əvvəl Bədirxan müəllimin "Sabit Rəhmanın satirası" (1998), "Sabit Rəhman: həyatı, mühiti, yaradıcılığı" (2010), "Bir istiqlal yolçusu" (2003) kimi monoqrafiyalarının ədəbiyyatşünaslığımızın müasir elm səviyyəsini təmsil etmək hüququnu bu əsərlərin nəzərimetodoloji və elmipraktik tutumu şərtləndirir.
Sabit Rəhmana həsr edilmiş iki sanballı əsərin elmi dəyəri ilk növbədə təhlil predmetinə yanaşmada müasir elmidemokratik meyarların rəhbər tutulmasıdır. Bu monoqrafiyalarda da tarixi ədəbi prosesin gedişatı öndə dayanır və Sabit Rəhmanın ədəbiyyat tarixindəki bənzərsiz yeri üzə çıxardılır. XX əsr klassikləri haqqında yeni monoqrafik tədqiqatlara ciddi ehtiyac duyulduğu indiki məqamda Sabit Rəhman haqqında yazılmış bu əsərlər yeni tipli monoqrafiyalardır. "Sabit Rəhman: hayatı, mühiti, yaradıcılığı" əsəri XX əsr klassiklərimiz haqqında son iyirmi ildə yazılmış ən mükəmməl tədqiqatlardan biridir. B.Əhmədov Sabit Rəhmanın həyatının bütün mərhələlərini onun yaradıcılığına paralel öyrənir, onun satiralarında parlaq təcəssü münü tapmış bədii gerçəkliyin siyasi, ictimaisosial qatlarını təhlil edir, bu satiranın həyati qaynaqları ilə bədii ənənələrini vəhdətdə araşdırmaqla Sabit Rəhman sənətinin yaşarılığını ehtiva edən amilləri üzə çıxarır. Bu monoqrafiyanın digər üstün cə həti ondadır ki, Sabit Rəhmanın yaradıcıliq yolu fonunda XX əsr Azərbaycan nəsri və dramaturgiyasının inkişaf mərhələləri də izlənilir. Bu məqamda əsasən Sabit Rəhman irsi kontekst rolunda çıxış edir. Müəllif nəsr və dramaturgiyada onun janr, xarakter, poetik ifadə sistemi baxımından yeniliklərini ümumən tarixi ədəbi prosesin faktı və hadisəsi kimi təqdim edə bilir. Sabit Rəhmanın həyatının, mühitinin, əsərlərinin ədəbi-ictimai taleyi ilə bağlı elə fakt, sənəd yoxdur ki, tədqiqatçının diqqətindən kənarda qalsın.
Bədirxan Əhmədovun monoqrafiyalarında müəllif təhkiyəsi sadə və canlıdır. İbrətamiz hadisələri, konkret tarixi mərhələ lərin 1930, 1940-50-ci illərin tənqidindəki əhvalruhiyyəni, vulqarsosioloji dəyərləndirmə nümunələrini ustalıqla elmə, mətnə daxil etməsi müəllifin mühakimələrini canlı, inandırıcı edir, emosional ovqat yaradır.
Bədirxan Əhmədov Sabit Rəhmanın ilk şeirlərindən tutmuş məşhur komediyalarına qədər bütün əsərlərinin ədəbi taleyini izləməklə bu böyük satirikin yaşadığı mənəvi ağrıların ictimaisiyasi qaynaqlarını da ortaya qoyur. Hələ 1928-ci ildə "Yeni yol" qəzetində Sabit Rəhmanın şeirləri haqqında dərc edilmiş məqalədəki "siyasi sayıqlığın" mənəvi puçluğun ünvani kimi təqdimi yerinə düşür və hər şeyi tarixi şəraitin günahı hesab etməyin də yanlışlığından xəbər verir. "O, məktəbdə Şura hökumətinin çörəyini yeyib adam olduğundan, onun cavadları deyil, "Nazim Hikmət" kimi proletar şairlərini təqlid etməsi lazım gələrdi... Sabit bilməlidir ki, bizlər sətir arasında da oxumağı çox yaxşı biliriz. Bu şeirləri ilə o, ömrü çox az sürən müsavat hökumətinə də aşiqdir". B.Əhmədovun tədqiqata cəlb etdiyi bu yazıları xüsusi xatırlatmaqda onu da xüsusi qeyd etmək istərdik ki, Sabit Rəhman və ədəbi tənqid məsələsi əsər boyu izlənilir və tənqidin yeni, sanballı ədəbi faktı dəyərləndirmək səriştəsini də tədqiqatçı professional mütəxəssis kimi şərh etməyə nail olur. Bu monoqrafiya Sabit Rəhmanın yaradıcılıq yolu haqqında son illərin mükəmməl elmi faktı olmaqla yanaşı, yazıçının obrazını da yaratmağa müvəffəq olur.
XX əsr ədəbiyyatının daxili inkişaf səciyyəsini açmaq mənasında bu tipli monoqrafiyalara böyük ehtiyac vardır və Bədirxan Əhmədov ömür yolunu yaradıcılıq yolu, sənətin poetikası ilə ədəbi şəxsiyyətin psixologiyası arasındakı harmoniyanı uğurla əlaqələndirir. Tərcümeyi-hal faktının bədii təsvirin elementinə, onun alt qatına çevrilməsi prosesini S.Rəhmanın ilk şeirlərindən sən əsərinə qədər böyük yaradıcılıq hüdudlarında təhlil etməyə müvəffəq olur. Tədqiqatçının diqqətini elə həyati faktlar cəlb edir ki, onlar bu dediyimiz prosesin iştirakçısı olur, sosial məzmun və poetik fikir daşıyıcısı kimi çıxış edir. Zahirən adi görünən, lakin indinin də durumuna yaxın mənəvi gerçəklik barədə Sabit Rəhmanın 60 illiyi ilə əlaqədar tədbirdəki son sözünə nəzər salaq: "Ürəyiniz istədiyi qədər məni təriflədiniz, yuxuda görmədiyim xidmətlərdən bol-bol söhbət açdınız. Bu süni təriflər üçün yox, zəhmət çəkib buraya gəldiyiniz üçün çox sağ olun".
Bu monoqrafiyanı oxuduqca XX asr ədəbiyyatı haqqında obyektiv tarixi yaratmağın səmərəli yolunun həm də ayrıayrı klassiklər, o cümlədən Əbülhəsən, S.Rəhimov, S.Vurğun, R.Rza, Mir Cəlal, S.Rüstəm, B.Vahabzadə və digər sənətkarlar haqqında buna bənzər əsərlərin yazılmasından keçirldiyi bir daha təsdiqini tapır.
Professor Bədirxan Əhmədov XX əsr ədəbi-nəzəri fikrinin böyük nümayəndələrindən olan Əmin Abidin irsinin nəşri və tədqiqi ilə özünü tənqid və ədəbiyyatşünaslığın tarixi üzrə mütəxəssisi kimi təsdiq etdi. Onun Ə.Abidin "Seçilmiş əsərləri"nin nəşrə hazırlanması tənqid tariximiz sahə sində onun diqqətəlayiq xidməti, vətəndaşlıq işidir. XX əsr Azərbaycan ədəbiyyatşünaslığının bütün istiqamətlərində misilsiz xidmətləri olan, F.Köprülü məktəbinin yetirməsi olan Ə.Abidin Azərbaycan folklorunun, klassik irsinin tarixi, poetikası haqqında yüksək elmi-nəzəri səviyyədə əsərləri Bədirxan Əhmədovun sayəsində nəşr edilərək tanıdıldı. Onun əsərlərini nəşr etməklə yanaşı "Bir istiqlal yolçusu" adlı monoqrafiya ilə bu böyük alimin ədəbinəzəri fikir tariximizdəki haqqı özünə qaytarıldı.
Bədirxan Əhmədov bu monoqrafiyasında da haqqında danışdığımız əsərin təhlil prinsiplərinə əsaslanır, Əmin Abidin elminəzəri irsi çağdaş ədəbiyyatşünaslığı düşündürən, ədəbiyyatın tarixi gedişatını poetik kateqoriyaların təşəkkülü və təkamülündə öyrənməyin səmərəli yol olduğunu israr edən meyarlar müstəvisində təhlil olunur.
Bədirxan Əhmədovun nəşrə hazırladığı Ə.Abidin "Azərbaycan türklərinin ədə biyyatı tarixi" əsərinin ortada olması çox vacibdir və bu ədəbiyyat tarixçiliyi sahəsində ədəbiyyatşünaslığımızın Ə.Abidin simasında qazandığı böyük tarixi nailiyyəti dövriyyəyə gətirəcək. Bədirxan Əhmədovun elmi mülahizələri konkret tarixi faktlara əsaslanır və doğru hesab edir ki, ilk sistemli ədəbiyyat tariximizi yaradanlardan biri Əmin Abid olmuşdur. Onu da qeyd etmək yerinə düşər ki, Ə.Abid va H.Zeynallının məhvindən sonra ədəbiy yatşünaslığımızda hiss olunacaq nəzəri boşluq yarandı və uzun illər onların düşüncə tərzindəki geniş elmi tutumu sosioloji təhlil əvəz etdi. Ədəbiyyatşünaslığımızın obyektiv tarixini yaratmaq baxımından Ə.Abidin və H.Zeynallının ədəbi irsinin akademik nəşrinə böyük ehtiyac vardır.
Professor Bədirxan Əhmədovun ölkəmizin və Türkiyənin universitetlərində oxuduğu mühazirələr onu XX əsr ədəbiy yatı ilə bağlı dərslik yaratmağa sövq etdi, zəngin arxiv materiallarına, dövriyyədən kənarda qalmış ədəbi hadisə və şəxsiyyətlərin yaradıcılığının da tədqiq olunduğu "XX əsr Azərbaycan ədəbiyyatı" (I, II cildlər) əsərləri mövcud boşluğu doldurur. Bu dərsliyin üstünlüyü ondadır ki, XX əsr Azərbaycan ədəbiyyatını hazırlayan milli ədəbi tarixi zəmin, yaradıcılıq metodlarının təşəkkülü, qarşılıqlı əlaqələri, mühacirət ədəbiyyatı, legion ədəbiyyatı, Cənubi Azərbaycan ədəbiyyatı spiralvari təhlil, dəyərləndirmə üsulu ilə öyrənilir. Öna görə də ədəbiyyatın tarixən bütöv təhlildən kənarda qalmış qolları, şəxsiyyətləri, onların milli ədəbi hərəkatın gedişatında gedişatında rolu, rolu ədə bi irəliləyən, yaxud durğunluq məqamlarının, mərhələlərinin tarixi səbəbləri barədə də təsəvvür yaranır.
Professor Bədirxan Əhmədovun yuxarıda xatırlatdığımız "Azərbaycan satirasının inkişaf problemləri (1920-1980-ci illər)" monoqrafiyası onun müəllifinin bir ədəbiyyatşünas kimi nəzəri hazırlığını, ədəbibədii kateqoriyanı tarixi təkamüldə izləmək istedadının da göstəricisinə çevrilir. Ədəbiyyatın az qala bütün janrlarında öz təcəssümünü tapmış satiranın müstəqil bir növ kimi bugünkü ədəbinəzəri fikri kontekstində tədqiqinə məhz bu əsərdə təsadüf edirik. Ədəbi faktı tarixi inkişafda dəyərləndirmək B.Əhmədovun bütün təd qiqatlarına xas olan, rəhbər tutulan tədqiqat üsuludur. Belə yanaşma üsulu böyük bir mərhələdə satirik ədəbiyyatın tarixi ənənələri, onun ideyabədii təkamül prosesini müəyyən edən ictimai, ədəbiestetik amillər haqqında obyektiv qənaətə gəlmə yə imkan verir.
Satiranın böyük və kiçik janrların, üs lubların poetik strukturunda reallaşması, öz bədii ifadəsini tapması prosesini B.Əhmədov ən tipik ədəbi nümunələrin təhlili məntiqi ilə izləyir. Müəllifin satirik ədəbiy yatı tarixi poetika istiqamətində öyrənmək marağı, təşəbbüsü də təqdir olunmalıdır.
Göründüyü kimi, Bədirxan Əhmədo vun "XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər" kimi sonuncu əsəri onun ədəbielmi ictimaiyyə tə hesabatıdır və belə sanballı kitab quru yerdən yaranmayıb, təsəvvür yaratmağa çalışdığımız mənalı alim ömrünün bəhrəsidir. Uzun illər aparılan axtarışların mənəvi iftixar hissi doğuran yekunu, təvazökar ədəbiyyatşünasın qazandığı ən böyük sərvətdir.

Bədirxan müəllim bu gün ədəbiyyatşü naslıq elmimizin tərəqqisi naminə elmitaşkilati fəaliyyətlə məşğuldur. Ədəbiyyat klassiklərimizin özlərinə doğma ev hesab etdikləri Nizami adına Ədəbiyyat İnstitu tunun elmi katibi kimi çətin və şərəfli işi, ədəbiyyat elmimizin qaynar prosesində olması, şübhə etmirəm ki, onun elmi maraq dairəsinin hüdudlarını daha da genişləndirəcək. Bu nəcib işində ona böyük uğurlar diləyir, ondan yeni əsərlər gözləyirik.

Şirindil ALIŞANLI
filologiya elmləri doktoru, professor


"Ədəbiyyat qəzeti, 2 may 2015-ci il, səh.26.


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kit ...

Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kit ...

Yeni nəşrlər, Humanitar elmlər
PROFESSOR BƏDİRXAN ƏHMƏDLİNİN 3 CİLDLİK FUNDAMENTAL DƏRSLİYİ ÇAP OLUNUB

PROFESSOR BƏDİRXAN ƏHMƏDLİNİN 3 CİLDLİK FUNDAMENTAL DƏRSLİYİ ÇAP OLUNUB

Yeni nəşrlər, Humanitar elmlər
VAQİF SULTANLININ AZƏRBAYCAN  MÜHACİRƏT ƏDƏBİYYATI İLƏ BAĞLI KİTABI YAYINLA ...

VAQİF SULTANLININ AZƏRBAYCAN MÜHACİRƏT ƏDƏBİYYATI İLƏ BAĞLI KİTABI YAYINLA ...

Yeni nəşrlər, BDU
Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb

Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb

Humanitar elmlər
Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib

Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib

Yeni nəşrlər, Digər ali məktəblər, Rusiya
Yeni dövrləşdirmə konsepsiyası

Yeni dövrləşdirmə konsepsiyası

Yeni nəşrlər, Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
“Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildi təqdim edilib

“Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildi təqdim edilib

"Zirvə"
Dünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin 70 illiyinə həsr olunmuş t ...

Dünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin 70 illiyinə həsr olunmuş t ...

Humanitar elmlər
“Ədəbi proses-2017” elmi yaradıcılıq müşavirəsi keçirilib

“Ədəbi proses-2017” elmi yaradıcılıq müşavirəsi keçirilib

"Zirvə"
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
“Milli ədəbiyyat tarixində  M.P.Vaqif irsinin öyrənilməsi”

“Milli ədəbiyyat tarixində M.P.Vaqif irsinin öyrənilməsi”

Elmi Məqalələr
TƏBRİK EDİRİK!... Bu gün məşhur ədəbiyyatşünas-alim ŞİRİNDİL ALIŞANLInın do ...

TƏBRİK EDİRİK!... Bu gün məşhur ədəbiyyatşünas-alim ŞİRİNDİL ALIŞANLInın do ...

"Zirvə", Təbriklər
BİR ÖMRÜN MİSSİYASI

BİR ÖMRÜN MİSSİYASI

"Zirvə", Başkeçid
Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

"Zirvə"
Ədəbiyyat filosofu (Yaşar Qarayev-80)

Ədəbiyyat filosofu (Yaşar Qarayev-80)

"Zirvə"
Bir addım öndə...

Bir addım öndə...

"Zirvə", "Elm və Təhsil", Təbriklər
Salidə Şərifova: «XX əsr Azərbaycan ədəbiyyatı»na baxış

Salidə Şərifova: «XX əsr Azərbaycan ədəbiyyatı»na baxış

Ədəbiyyat, Ədəbiyyatşunaslıq
Bədirxan Əhmədov «Qızıl Kəlmə» mükafatına layiq görüldü

Bədirxan Əhmədov «Qızıl Kəlmə» mükafatına layiq görüldü

Elm
Bədirxan Əhmədovun 60 illik Yubileyi qeyd olunub

Bədirxan Əhmədovun 60 illik Yubileyi qeyd olunub

Elm
Təbrik edirik!...Professor BƏDİRXAN ƏHMƏDOV - 60

Təbrik edirik!...Professor BƏDİRXAN ƏHMƏDOV - 60

Elm, Borçalı, Başkeçid, Təbriklər, Arxiv
Rəy yazın: