AMEA-da “Heydər Əliyev dərsləri: elm, gender və müasir reallıqlar” mövzusunda elmi konfrans keçirilib

AMEA-da “Heydər Əliyev dərsləri: elm, gender və müasir reallıqlar” mövzusunda elmi konfrans keçirilibAMEA-da “Heydər Əliyev dərsləri: elm, gender və müasir reallıqlar” mövzusunda elmi konfrans keçirilibAMEA-da “Heydər Əliyev dərsləri: elm, gender və müasir reallıqlar” mövzusunda elmi konfrans keçirilib AMEA-da “Heydər Əliyev dərsləri: elm, gender və müasir reallıqlar” mövzusunda elmi konfrans keçirilib AMEA-da “Heydər Əliyev dərsləri: elm, gender və müasir reallıqlar” mövzusunda elmi konfrans keçirilib AMEA-da “Heydər Əliyev dərsləri: elm, gender və müasir reallıqlar” mövzusunda elmi konfrans keçirilib Dekabrın 5-də AMEA-nın Əsas binasında “Heydər Əliyev dərsləri: elm, gender və müasir reallıqlar” mövzusunda elmi konfrans keçirilib.

Seminar AMEA Rəyasət Heyəti və AMEA Qadınlar Şurasının birgə təşkilatçılığı ilə baş tutub.


Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli dövlət siyasətinin həyata keçirilməsində yaxından iştirak edən əsas mərkəzlərdən biri kimi AMEA-nın bütün institut və təşkilatlarında ulu öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının ərazi təşkilatlarının fəaliyyət göstərdiyini bildirib.

Azərbaycanın müstəqil dövlətçilik ideologiyasının tarixi qaynaqlarından, inkişaf mərhələlərindən danışan AMEA prezidenti əlavə edib ki, bu baxımdan Akademiyanın alimlərinin əsas vəzifəsi müstəqil Azərbaycan dövlətinin müəyyən etdiyi siyasi xəttin, formalaşdırdığı ideologiyanın və seçdiyi hədəflərin inkişaf etdirilməsinə elmin dəstəyini təmin etməkdən ibarətdir.

Akademik İsa Həbibbəyli Ulu Öndərin azərbaycançılıq ideologiyasını hələ Sovet dövründə Azərbaycana rəhbərlik edərkən müəyyən etdiyini, dahi şəxsiyyətin sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci il Azərbaycan SSR-nin Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsinin daxil edildiyini diqqətə çatdırıb. Bildirib ki, həmin illərdə Azərbaycanın bir çox şair və yazıçılarının dünyada və keçmiş ittifaqda tanıdılmasına nail olmaq üçün onlara fəxri adlar verilmiş, həmçinin Nizaminin, Nəsiminin, M.F.Axundzadə və başqa görkəmli şəxsiyyətlərin yubileyləri geniş miqyasda qeyd olunmuşdur.

“Azərbaycan xalqı və dili anlayışları Ulu Öndərin ölkədə sabitlik və birlik yaratmaq üçün kəşf etdiyi dəyərlərdəndir”, – deyə qeyd edən AMEA rəhbəri bildirib ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyev dünyanın yeni reallıqlarına, ölkədə gedən mövcud proseslərə uyğun olaraq azərbaycançılıq ideyalarını yeni keyfiyyətdə daha da zənginləşdirir və möhkəmləndirir. Bu baxımdan Heydər Əliyev epoxası İlham Əliyev erası ilə uğurla davam etdirilir.

AMEA prezidenti əlavə edib ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda qazanılmış qələbə tariximizin ən böyük zəfərlərindəndir. Alim vurğulayıb ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da Qarabağa səfərlərinin böyük əksəriyyətində ölkə Prezidenti ilə çiyin-çiyinə iştirak edərək Qarabağın yeni tarixinin yazılmasında öz imzasını atmışdır.

AMEA Rəyasət Heyəti və Qadınlar Şurasının birgə təşkilatçılığı ilə keçirilən ictimai-elmi seminarın önəminə toxunan akademik İsa Həbibbəyli cari ayda Akademiyada Ulu Öndərin çoxsaylı anım tədbirlərinin keçiriləcəyini də diqqətə çatdırıb.

Daha sonra AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova “Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda məruzə ilə çıxış edib. O, regionda və dünyada təbiətin, canlı həyatın xilası, qorunması və gələcək nəsillərə daha yaxşı vəziyyətdə ötürülməsində elmli, uzaqgörən, qətiyyətli, cəsur, siyasi və mənəvi liderə hər zaman ehtiyac duyulduğunu bildirib. Bu baxımdan Heydər Əliyev kimi ümummilli liderə malik olmuş Azərbaycan xalqının xoşbəxt xalq olduğunu vurğulayıb.

Vitse-prezident Azərbaycanın elmi ictimaiyyətinin, o cümlədən qadın alimlərimizin ətraf mühitin qorunması, ekoloji və bioloji təhlükəsizliyin təmin edilməsi də daxil olmaqla bütün istiqamətlərdə Ümummilli Liderin əsasını qoyduğu və cənab Prezidentin uğurla davam və inkişaf etdirdiyi siyasi kursu tam dəstəklədiklərini qeyd edib.

AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva “Heydər Əliyev və elm” mövzusunda məruzəsini təqdim edib. Alim bildirib ki, ulu öndər Heydər Əliyev istər sovetlər dönəmində, istərsə də müstəqillik dövründə elmimizin inkişafı məqsədilə bir sıra mühüm fərman və sərəncamlar imzalayıb, Azərbaycan elmi daim onun diqqət mərkəzində olub

“Heydər Əliyev müasir və müstəqil Azərbaycanın banisi, yaradıcısı, qurucusudur”, - deyə bildirən Gövhər Baxşəliyeva Ulu Öndərin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi elm siyasətinin bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Tədbirdə, həmçinin AMEA Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə “Heydər Əliyev və Yeni Azərbaycan Partiyasının gender meyarları”Dilçilik İnstitutunun Qadınlar Təşkilatının sədri, fil.ü.f.d., dosent Şəbnəm Həsənli “Heydər Əliyev və ana dili” mövzusunda məruzələrlə çıxış ediblər.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Akademik İsa Həbibbəyli: “Heydər Əliyev epoxası İlham Əliyev erası ilə uğur ...

Akademik İsa Həbibbəyli: “Heydər Əliyev epoxası İlham Əliyev erası ilə uğur ...

Əsas xəbər, Humanitar elmlər, "Zirvə"
AMEA-da “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keç ...

AMEA-da “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keç ...

Humanitar elmlər, "Zirvə"
Azərbaycan elminin yeni inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin a ...

Azərbaycan elminin yeni inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin a ...

Elm, "Zirvə"
AMEA-da Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş

AMEA-da Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş "Müst ...

"Zirvə"
Azərbaycanın dünya miqyasında tanınmasında ulu öndər Heydər Əliyevin xidmət ...

Azərbaycanın dünya miqyasında tanınmasında ulu öndər Heydər Əliyevin xidmət ...

Humanitar elmlər, İctimai elmlər
Ulu Öndərin sosial-iqtisadi fəaliyyətinə həsr olunan kitab təqdim edilib

Ulu Öndərin sosial-iqtisadi fəaliyyətinə həsr olunan kitab təqdim edilib

İqtisadiyyat
“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Kon ...

“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Kon ...

Elm, "Zirvə"
AMEA-nın kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblə ...

AMEA-nın kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblə ...

Elm, Humanitar elmlər, "Zirvə"
AZƏRBAYCAN-ÇİN ELMİ ƏLAQƏLƏRİ DAVAM ETDİRİLİR

AZƏRBAYCAN-ÇİN ELMİ ƏLAQƏLƏRİ DAVAM ETDİRİLİR

"Zirvə", Dünya
Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

İctimai elmlər, "Zirvə"
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövlətçilik tariximizin parlaq  ...

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövlətçilik tariximizin parlaq ...

İctimai elmlər, "Zirvə"
Filologiya elmləri doktoru, professor Mərziyyə Nəcəfova - Ədəbiyyat İnstitu ...

Filologiya elmləri doktoru, professor Mərziyyə Nəcəfova - Ədəbiyyat İnstitu ...

YAP, Humanitar elmlər
Müstəqilliyimizin 25 illik yubileyi münasibətilə sanballı elmi əsərin yarad ...

Müstəqilliyimizin 25 illik yubileyi münasibətilə sanballı elmi əsərin yarad ...

"Zirvə"
AMEA Rəyasət Heyətinin geniş iclasında akademik Tofiq Hacıyevin çıxışı

AMEA Rəyasət Heyətinin geniş iclasında akademik Tofiq Hacıyevin çıxışı

"Zirvə"
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
“Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlx ...

“Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlx ...

Elm, "Zirvə"

"Müasir və güclü Azərbaycanın memarı - Heydər Əliyev" mövzusunda elmi ses ...

Humanitar elmlər
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
BSU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi ...

BSU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi ...

BSU, "Elm və Təhsil"
AMEA-da “Heydər Əliyevin dövlətçilik təlimi və müasir dövr” adlı Beynəlxalq ...

AMEA-da “Heydər Əliyevin dövlətçilik təlimi və müasir dövr” adlı Beynəlxalq ...

Humanitar elmlər, "Zirvə"
Rəy yazın: