Koreya-Azərbyacan II Humanitar Forumunu keçirilib

Koreya-Azərbyacan II Humanitar Forumunu keçirilibKoreya-Azərbyacan II Humanitar Forumunu keçirilibKoreya-Azərbyacan II Humanitar Forumunu keçirilib Koreya-Azərbyacan II Humanitar Forumunu keçirilibKoreya-Azərbyacan II Humanitar Forumunu keçirilib Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Koreya Donqduk Qadınlar Universitetinin Avrasiya Türk Araşdırmalar İnstitutu və AMEA Tarix İnstitutu ilə birgə Koreya-Azərbaycan II Humanitar Forumu keçirilib.
Forum Koreyada Tekstil Mərkəzində, Azərbaycanda isə “Hayat Regency” otelində vebinar şəklində keçirilib və YouTube-da canlı yayımlanıb.


Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Gülnar Səma ZiM.Az-a bildirib ki, Koreya-Azərbaycan Humanitar Forumu iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından sonra keçirilən ilk tədbirdir ki, bu il ikinci dəfə gerçəkləşib.
Forumun təşkilatçısı olan Avrasiya-Türk Araşdırmaları İnstitutunun rəhbəri, koreyalı professor Eunkyung OH (O Inqyonq) gələn il yəni, 2022-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olması münasibətilə hər iki ölkənin Xarici İşlər Nazirliyi humanitar elmlər forumunun birgə və müntəzəm əsasda keçiriləcəyinə ümidvar olduğunu bildirib. Eləcə də, qabaqcıl elm və texnologiyanın bəşəriyyətin gələcəyi kimi qəbul edildiyi 4-cü sənaye inqilabı dövründə Azərbaycanla əməkdaşlıq və humanitar elmlərin müzakirə edilməsinin səbəbini, Azərbaycan və Koreyanın tarix boyu formalaşdırdığı mədəni yaxınlığı kəşf edərək yeni əlaqələrin təzahürünə zəmin yaratmaq üçün humanitar elmlərin tədqiqatçılarının sehrinə ehtiyac olduğunu vurğulamışdır. “Hər iki ölkə mədəni birlik yaratmalı və ondan 4-cü sənaye inqilabının hərəkətverici qüvvəsi kimi istifadə etməlidir” - fikrini vurğulayan professor Eunkyung OH qeyd etmişdir ki, bu Koreya-Azərbaycan Formunun əsas məğzidir.

Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Dong-op isə “xalqlarımız fərqli yaşayış məskənlərində yaşasalar, fərqli tarixə, fərqli dilə sahib olsalar da, düşünürəm ki, Humanitar forumda keçirilən mübadilə sayəsində xalqalar arasında müdadilə və qarşılıqlı anlaşma daha da artacaq və xalqlarımız bir-birini daha yaxın hiss edəcək” – deyə çıxış edib.

Bundan əlavə, Azərbaycan Respublikasının Koreyadakı səfiri Rəmzi Teymurov yaxın gələcəkdə Azərbaycan-Koreya humanitar forumlarının təşkili ilə yanaşı, Azərbaycan-Koreya və Türk dünyası-Koreya formatlarında müxtəlif humanitar mövzular üzrə elmi-praktiki konfransların keçirilməsinin şahidi olacağımızı qeyd edib. “Koreya yarımadası ilə Qafqazı birləşdirən, mübadilə və tərəfdaşlığa töhfə verən humanitar elmlər” mövzusunda olan bu forum Koreya və Azərbaycanın mədəniyyətlərini humanitar sahədə müqayisə etmək və mədəni birliyin yaradılması yollarını axtarmaq məqsədi daşıyırdı.

Humanitar Forum “Dil-Ədəbiyyat” və “Tarix-Mədəniyyət” olmaqla iki sessiyada keçirilib, hər bir sahə üzrə müxtəlif mövzular təqdim və müzakirə edilib. Xüsusilə, Koreya və Azərbaycan arasında müqayisəli ədəbiyyat araşdırmasının nəticələri ilk dəfə olaraq bu forumda açıqlanaraq diqqət çəkib.

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, millət vəkili, akademik İsa Həbibbəyli konfrans iştirakçılarını salamlayaraq, bu cür tədbirlərin iki ölkə arasındakı ədəbi-mədəni əlaqələrin inkişafına bir töhfə olduğunu qeyd etmiş və Azərbaycan-Koreya əlaqələrinin çoxcəhətli spektrini genişləndirəcəyi və gələcək vəzifələrə işıq salacağını ifadə edib. “Mən hesab edirəm ki, bu keçirilən Beynəlxalq Konfransda burada dinlənilən məruzələr, aparılacaq müzakirələr bizim bundan sonrakı əlaqələrimizin daha da genişlənməsinə və möhkəmlənməsinə kömək edəcək” – deyə akademik əlavə edib.

Seul Milli Universitetinin professoru Banq Minhonun “Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin koreyalı şair Şin Donq-yup’un yaradıcılığı ilə müqayisəli təhlili”, professor Bədirxan Əhmədlinin “Kim Jiha və Xəlil Rza Ulutürkün yaradıcılığında demokratik və milli mücadilənin inikası”, filologiya üzrə fəlsəfə doktoru Teyyub Quliyevin “Koreya və türk dillərində leksik paralelliklər”, tarix elmləri doktoru Tofiq Nəcəflinin “Azərbaycan şəhərlərinin inkişafında böyük İpək yolunun əhəmiyyəti (XII-XV əsrlər), sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əliyevin “Azərbaycan və Cənubi Koreya arasında müasir incəsənət sahəsində layihələrin inteqral formatı”, professor Kim Conq-ilin “Koreya və Azərbaycan mütəxəssisləri ilə birgə aparılan arxeoloji qazıntılara dair gələcək inkişaf planı” və başqa məruzələr dinlənilib.

Müzakirə zamanı professor Cavanşir Yusifli, filologiya üzrə fəlsəfə doktoru Sunah Choi, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli, tarix üzrə fəlsəfə doktoru Rəşad Mustafa, filologiya üzrə fəlsəfə doktoru Younq-Hee Lee və başqaları çıxış ediblər.

Azərbaycan dövləti 2021-ci ili Azərbaycanın dahi yazıçısı Nizami Gəncəvi ili elan edib. Bunu qeyd etmək üçün Avrasiya-Türk Araşdırmalar İnstitutu dekabrın sonunda Nizami Gəncəvi xüsusi sayının nəşri ilə yanaşı, şairə dair xüsusi mühazirə də keçirməyi planlaşdırır. Həmçinin 2022-ci ilin yanvar ayında pulsuz Azərbaycan dili kursu da təşkil olunacaqdır. Dongduk Qadınlar Universitetinin Avrasiya-Türk Araşdırmaları İnsitutu 2016-cı ildə yarandığı gündən etibarən Özbəkistan da daxil olmaqla türk ölkələri ilə bağlı müxtəlif akademik fəaliyyətlər həyata keçirməkdədir.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Koreya-Azərbaycan III Humanitar Forumu keçirilib

Koreya-Azərbaycan III Humanitar Forumu keçirilib

Humanitar elmlər, Dünya
Ədəbiyyat İnstitutu ilə  Avrasiya Türk Araşdırmaları İnstitutu arasında anl ...

Ədəbiyyat İnstitutu ilə Avrasiya Türk Araşdırmaları İnstitutu arasında anl ...

Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
AzTU-da həyata keçiriləcək yeni layihənin müzakirəsi aparılmışdır

AzTU-da həyata keçiriləcək yeni layihənin müzakirəsi aparılmışdır

AzTU
UTECA Cənubi Koreya ilə əməkdaşlığı genişləndirir

UTECA Cənubi Koreya ilə əməkdaşlığı genişləndirir

Gəncə, Digər ali məktəblər
AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

Humanitar elmlər, "Zirvə"
“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

Humanitar elmlər, "Zirvə", Turan, Orta Asiya
Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Humanitar elmlər
Ədəbiyyat İnstitutunun elmi şurasının ilin yekunları ilə bağlı iclası keçir ...

Ədəbiyyat İnstitutunun elmi şurasının ilin yekunları ilə bağlı iclası keçir ...

"Zirvə"
VÜQAR ƏHMƏD

VÜQAR ƏHMƏD "İLİN ALİMİ" OLDU

Təbriklər
Ədəbiyyat İnstitutunda Azərbaycan-Çin əlaqələrinin 30 illiyinə həsr olunmuş ...

Ədəbiyyat İnstitutunda Azərbaycan-Çin əlaqələrinin 30 illiyinə həsr olunmuş ...

Humanitar elmlər
Professor Vüqar Əhməd daha bir ölkənin akademiki seçilib

Professor Vüqar Əhməd daha bir ölkənin akademiki seçilib

Humanitar elmlər, Turan
Ədəbiyyat İnstitutunun Elmi şurasında 2022-ci ilin hesabatı dinlənilib

Ədəbiyyat İnstitutunun Elmi şurasında 2022-ci ilin hesabatı dinlənilib

Humanitar elmlər
Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Yeni nəşrlər
“Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” Beynəlxalq Konfransı keçirilib

“Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” Beynəlxalq Konfransı keçirilib

Humanitar elmlər, Dünya
“Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda  ...

“Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda ...

Elm, "Zirvə"
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
Azərbaycan ilə Özbəkistan arasında ədəbi-mədəni əməkdaşlığa dair üçtərəfli  ...

Azərbaycan ilə Özbəkistan arasında ədəbi-mədəni əməkdaşlığa dair üçtərəfli ...

"Zirvə", Ədəbi əlaqələr, Orta Asiya
Humanitar Elmlər Bölməsinin fəaliyyəti barədə illik hesabat dinlənilib

Humanitar Elmlər Bölməsinin fəaliyyəti barədə illik hesabat dinlənilib

"Zirvə"
Ədəbiyyat İnstitutunda “Yunus Əmrə Zirvəsi” mövzusunda konfrans keçirilib

Ədəbiyyat İnstitutunda “Yunus Əmrə Zirvəsi” mövzusunda konfrans keçirilib

Humanitar elmlər, Turan
AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika k ...

AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika k ...

"Zirvə"
Rəy yazın: