Amaz Ülvi Binnnətova Özbəkistanda keçirilən Beynəlxalq konfransda məruzə edib Humanitar elmlər, Orta Asiya 21 июня 2020 2020-ci il iyunun 15-də Özbəkistan Respublikası Fərqanə Dövlət Universitetində "Xarici dillərin öyrənilməsində innovativ üsullardan faydalanmanın əhəmiyyəti və tərcüməşünaslıq problemləri" mövzusunda Beynəlxalq konfrans keçirilib. Onlayn keçirilən konfransa AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr" şöbəsinin müdiri, tanınmış ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, Özbəkistan Respublikası Kokand Dövlət Pedaqoji İnstitutunun Fəxri Professoru Almaz Ülvi Binnnətova da dəvət alıb. O, həmin konfransda "Azərbaycan ədəbiyyatşünaslığında Əlişir Nəvai irsinin tədqiqi məsələləri" adlı məruzə ilə çıxış edib. Konfransda Azərbaycan, Özbəkistan, Hindistan, Əfqanistan, Səudiyyə Ərəbistanı, ABŞ və Tunisdən qatılan alimlərin maraqlı məruzələri dinlənilib.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.