AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Unudulan sözlər yaşadılsın: “Divanü lüğat-it türk” mövzusunda konfrans keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Unudulan sözlər yaşadılsın: “Divanü lüğat-it türk” mövzusunda konfrans keçirilibTədbir AMEA-nın Ədəbiyyat və Folklor institutları və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

Konfransı AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq tədbirin Azərbaycan və türk dillərinin inkişafı prosesində unudulmuş sözlərin yenidən dilə qaytarılması probleminə həsr edildiyini bildirib.

Alim mədəniyyət xəzinəsi olan Mahmud Kaşğarinin "Divanü-lüğat-it türk" əsərinin XI əsrdə söz varlığının genişliyini və müxtəlifliyini gözlər önünə sərdiyini, o dövrdə insan və cəmiyyət həyatıyla, həmçinin maddi və mənəvi mədəniyyətimizlə əlaqədar maraqlı qeydlərin ortaya qoyulduğunu söyləyib.

Akademik İ.Həbibbəyli əsərin türkçənin ilk lüğəti, antologiyası, ensiklopediyası və dil məlumatı kitabı olduğunu bildirib və qeyd edib ki, 7500 sözdən ibarət olan nəşr türk dilinin yayılmasını təmin etmək üçün yazılıb. Əsərin quruluş etibarı ilə lüğət olduğunu deyən akademik burada hikmətli sözlər, atalar sözləri, şeir, nəsr kimi zəngin nümunələrin də yer aldığını diqqətə çatdırıb. Vurğulayıb ki, lüğətdə müqayisəli üsuldan istifadə edilib, yeri gəldikcə fonetik və qrammatik qanunlar izah olunub, həmçinin sözlərin etimologiyası araşdırılıb.

AMEA-nın vitse-prezidenti türk dillərində ahəng qanununun fəaliyyət göstərdiyini ilk dəfə M.Kaşğarinin aşkar etdiyini, “Divanü lüğat-it-türk” əsərinin türk dillərinin tarixi inkişafını, tarixi leksikologiyasını öyrənməkdə, müqayisəli qrammatikasını tərtib etməkdə əvəzsiz mənbə olduğunu söyləyib. Cəmiyyətdə dilin mühüm rolundan da söz açan alim onun daim inkişaf etdirilməsinin, zənginləşdirilməsinin önəmini vurğulayıb.

Sonra çıxış edən Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov bildirib ki, dilin daxili resurslar hesabına zənginləşməsi prosesində folklor, dialekt və şivələr, ana dilimizdə yazılmış əski abidələr mühüm mənbə rolu oynaya bilər. Bu baxımdan Mahmud Kaşğarinin XI əsrdə qələmə aldığı əsər dil ensiklopediyası, türk dillərinin dialektoloji lüğəti və türkcə ədəbi mətnlər fondu böyük əhəmiyyət daşıyır.

Tədbirdə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin layihə rəhbəri Səlma Koseoğlu, Hacəttəpə Universitetinin kafedra müdiri, professor Özkul Çobanoğlu, Ankara Universitetinin kafedra müdiri, professor Üçlər Bulduk və digərləri çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüb, birgə elmi araşdırmaların aparılmasının səmərəli olacağına əminliklərini bildiriblər.

Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

literature.az

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
AMEA-da Mirzə Kazımbəyin Azərbaycan dilinə tərcümə edilmiş “Türk-tatar dili ...

AMEA-da Mirzə Kazımbəyin Azərbaycan dilinə tərcümə edilmiş “Türk-tatar dili ...

Humanitar elmlər, İctimai elmlər
“Azərbaycan-Türkiyə: yeddi ulu ozan” mövzusunda Beynəlxalq elmi simpozium

“Azərbaycan-Türkiyə: yeddi ulu ozan” mövzusunda Beynəlxalq elmi simpozium

Elm
“Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi kon ...

“Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi kon ...

Humanitar elmlər

"Atebetül Hakayik ve ilk dönem Türkçe Elmi Eserler" simpoziumu

Humanitar elmlər, Turan
Dilçilik İnstitutunda Türk Dil Qurumunun sabiq sədri, professor Şükrü Haluk ...

Dilçilik İnstitutunda Türk Dil Qurumunun sabiq sədri, professor Şükrü Haluk ...

Humanitar elmlər, Turan
“Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlx ...

“Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlx ...

Elm, "Zirvə"
AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika k ...

AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika k ...

"Zirvə"
Akademik Feyzulla Qasımzadənin 120 illik yubileyi AMEA-da qeyd olunub

Akademik Feyzulla Qasımzadənin 120 illik yubileyi AMEA-da qeyd olunub

Humanitar elmlər, "Zirvə"
Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Humanitar elmlər
AMEA-nın Folklor İnstitutu Türkiyənin İLESAM təşkilatı ilə əməkdaşlıq edəcə ...

AMEA-nın Folklor İnstitutu Türkiyənin İLESAM təşkilatı ilə əməkdaşlıq edəcə ...

Humanitar elmlər, Folklor
AMEA-da “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzu ...

AMEA-da “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzu ...

Humanitar elmlər, "Zirvə", Ədəbi əlaqələr, Turan, Asiya, Orta Asiya, Müşfiq Borçalı
“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Kon ...

“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Kon ...

Elm, "Zirvə"
AMEA-da Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş Beynəlxalq ko ...

AMEA-da Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş Beynəlxalq ko ...

Elm, "Zirvə", Turan
Şirazi və onun Gülşən-i Raz Tərcüməsi

Şirazi və onun Gülşən-i Raz Tərcüməsi

Yeni nəşrlər, Turan
“Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabı təqdim edildi

“Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabı təqdim edildi

Naxçıvan, "Zirvə"
Türk-islam ədəbiyyatının ilk bədii əsəri “Qutadqu-bilik”

Türk-islam ədəbiyyatının ilk bədii əsəri “Qutadqu-bilik”

Naxçıvan
“İzahlı dilçilik terminləri lüğəti”nin təqdimatı olub

“İzahlı dilçilik terminləri lüğəti”nin təqdimatı olub

Yeni nəşrlər, Humanitar elmlər, "Zirvə"
AMEA TÜRK DÜNYASI ELMLƏR AKADEMİYALARI BİRLİYİNƏ SƏDRLİK EDƏCƏK

AMEA TÜRK DÜNYASI ELMLƏR AKADEMİYALARI BİRLİYİNƏ SƏDRLİK EDƏCƏK

"Zirvə", Turan
GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB

GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB

"Zirvə"
Rəy yazın: