Akademik Feyzulla Qasımzadənin 120 illik yubileyi AMEA-da qeyd olunub

Akademik Feyzulla Qasımzadənin 120 illik yubileyi AMEA-da qeyd olunub Akademik Feyzulla Qasımzadənin 120 illik yubileyi AMEA-da qeyd olunub Akademik Feyzulla Qasımzadənin 120 illik yubileyi AMEA-da qeyd olunub Akademik Feyzulla Qasımzadənin 120 illik yubileyi AMEA-da qeyd olunub Akademik Feyzulla Qasımzadənin 120 illik yubileyi AMEA-da qeyd olunub 2018-ci il martın 5-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik Feyzulla Qasımzadənin 120 illik yubileyinə həsr olunan
elmi konfrans keçirilib.


Əvvəlcə iştirakçılar ədəbiyyatşünas alimin əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək F.Qasımzadənin Azərbaycan ədəbiyyatşünaslığının təşəkkülündə və formalaşmasında yaxından iştirak etdiyini, onun tədqiqatları nəticəsində bir sıra ədəbi-tarixi faktların üzə çıxarılaraq sistemləşdirildiyini söyləyib. Bildirib ki, ensiklopedik biliyə malik olan alim əsas ədəbi-elmi marağını ilkin mənbələr, əlyazmalar, dövri mətbuat və arxiv materialları əsasında XIX əsr Azərbaycan ədəbiyyatının öyrənilməsinə yönəltmişdi.

Akademik İ.Həbibbəyli ədəbiyyatşünas alimin M.F.Axundzadə, A.Bakıxanov, N.B.Vəzirov, S.Ə.Şirvani, İ.Qutqaşınlı, M.Ş.Vazeh və digərləri barəsində dəqiq məlumatlar toplayaraq, "M.F.Axundovun yaradıcılıq yolu", "N.B.Vəzirov", "Abbasqulu ağa Bakıxanov Qüdsi", "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi oçerkləri" kimi unikal əsərlər ərsəyə gətirdiyini bildirib. Qeyd edib ki, F.Qasımzadə XIX əsr mərsiyə ədəbiyyatının tədqiq olunmayan nümayəndələri Raci, Qumri, Muqbil və digərlərinin də yaradıcılığını üzə çıxarmışdır.

AMEA-nın vitse-prezidenti görkəmli tədqiqatçının uzun illik elmi axtarışları nəticəsində "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərsliyini ərsəyə gətirdiyini və sözügedən əsərin bu gün də ali məktəblərdə tədris edildiyini diqqətə çatdırıb. Böyük ədəbiyyatşünaslar nəslinin yetişməsində görkəmli alimin müstəsna xidmətlərindən danışan akad. İ.Həbibbəyli onun 30 elmlər doktoru və 120 elmlər namizədi yetişdirdiyini deyib.

Akademik Feyzulla Qasımzadənin 120 illik yubileyi AMEA-da qeyd olunubAkademik Feyzulla Qasımzadənin 120 illik yubileyi AMEA-da qeyd olunub Sonra çıxış edən Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov böyük ədəbiyyatşünas alimin həm də zəngin daxili mənəviyyata, yüksək insani keyfiyyətlərə malik olduğunu qeyd edib. O, F.Qasımzadənin ədəbi tənqid sahəsində də səmərəli fəaliyyət göstərdiyini, əsərlərində Azərbaycan ədəbiyyatının obyektiv təhlilini apardığını diqqətə çatdırıb. Bildirib ki, XIX əsrə aid əlyazmalar üzərində işləyən F.Qasımzadə həmin dövr Azərbaycan ədəbiyyatının nümayəndələri ilə ünsiyyətdə olmuş şəxslərdən dinlədiyi məlumatlar əsasında ideologiyadan uzaq sanballı əsərlər ortaya çıxarıb.

Akademik R.Hüseynov bu gün F.Qasımzadə barəsində tədqiqatların aparıldığını, alimin kitablarının yenidən nəşr olunduğunu bildirib.

Akademik Feyzulla Qasımzadənin 120 illik yubileyi AMEA-da qeyd olunub Akademik Feyzulla Qasımzadənin 120 illik yubileyi AMEA-da qeyd olunub Akademik Feyzulla Qasımzadənin 120 illik yubileyi AMEA-da qeyd olunub Akademik Feyzulla Qasımzadənin 120 illik yubileyi AMEA-da qeyd olunub Konfransda AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov, Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əməkdaşı, professor Yeganə İsmayılova və digərləri çıxış edərək F.Qasımzadənin Azərbaycan ədəbiyyatı tarixinin inkişafındakı xidmətlərindən danışıblar.

Tədbirdə, həmçinin Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Zaman Əsgərlinin "Akademik Feyzulla Qasımzadənin həyatı və fəaliyyəti", həmin institutun şöbə müdiri, professor Tahirə Məmmədin "Akademik Feyzulla Qasımzadənin tədris-təşkilatçılıq sahəsində xidmətləri", institutun baş elmi işçisi, f.e.d. Məhəmmədəli Mustafayevin "Akademik Feyzulla Qasımzadənin ədəbiyyatşünaslıq görüşləri" və ADPU-nun kafedra müdiri, professor Himalay Qasımovun "Akademik Feyzulla Qasımzadə və müasirləri" mövzusunda məruzələri dinlənilib.

Sonda mərhum akademikin qızı, ADPU-nun Ədəbiyyatın tədrisi və metodikası kafedrasının əməkdaşı, f.ü.f.d. Nigar Qasımzadə ailəsi adından atasının xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçıları və iştirakçılarına minnətdarlığını bildirib.

Aygül ÇOBANOVA,
AMEA-nın dissertantı

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinin təqdimatı olub

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinin təqdimatı olub

Humanitar elmlər, Digər bölmələr, "Zirvə", Tv
AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika k ...

AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika k ...

"Zirvə"
Tanınmış ədəbiyyatşünas alim Əli Sultanlının 110 illiyinə həsr olunan elmi  ...

Tanınmış ədəbiyyatşünas alim Əli Sultanlının 110 illiyinə həsr olunan elmi ...

"Zirvə"
Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Elm, "Zirvə"
Akademik Kamal Talıbzadənin kitablarının təqdimatı olub

Akademik Kamal Talıbzadənin kitablarının təqdimatı olub

"Zirvə"
AMEA-da professor Qəzənfər Kazımovun 80 illik yubileyi qeyd olunub

AMEA-da professor Qəzənfər Kazımovun 80 illik yubileyi qeyd olunub

Humanitar elmlər
Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş  ...

Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş ...

Humanitar elmlər, "Zirvə", UNUTSAQ, UNUDULARIQ!....
“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

"Zirvə"
Professor Pənah Xəlilovun 90 illik yubileyi

Professor Pənah Xəlilovun 90 illik yubileyi

Əsas xəbər, BDU, Borçalı
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

"Zirvə"
“Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi kon ...

“Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi kon ...

Humanitar elmlər
Tanınmış alim Vaqif Arzumanlının 70 illik yubileyi qeyd olunub

Tanınmış alim Vaqif Arzumanlının 70 illik yubileyi qeyd olunub

Humanitar elmlər
AMEA-nın vitse-prezidenti Tbilisidə akademik Elizbar Cavelidzenin 80 illik  ...

AMEA-nın vitse-prezidenti Tbilisidə akademik Elizbar Cavelidzenin 80 illik ...

"Zirvə", Ədəbi əlaqələr, Tiflis
Tanınmış filosof alim Solmaz Rzaquluzadənin 85 illik yubileyi qeyd olunub

Tanınmış filosof alim Solmaz Rzaquluzadənin 85 illik yubileyi qeyd olunub

İctimai elmlər
Ədəbiyyatşünas alimlər cari ilin hesabatını veriblər

Ədəbiyyatşünas alimlər cari ilin hesabatını veriblər

"Zirvə"
AMEA-da Ceyhun Hacıbəylinin 125 illik yubileyi qeyd olunub

AMEA-da Ceyhun Hacıbəylinin 125 illik yubileyi qeyd olunub

"Zirvə"
Priofessor Vəli Osmanlının 80 illik yubiley – anım mərasimi

Priofessor Vəli Osmanlının 80 illik yubiley – anım mərasimi

Elm, Borçalı
“Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfrans ...

“Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfrans ...

Humanitar elmlər
“Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfr ...

“Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfr ...

İctimai elmlər, "Zirvə"
Rəy yazın: