"Qafqaz böyük sarsıntılar şəraitində: tarixi təcrübə, müasir dövr və perspektivlər" mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib

"Qafqaz böyük sarsıntılar şəraitində: tarixi təcrübə, müasir dövr və perspektivlər" mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib"Qafqaz böyük sarsıntılar şəraitində: tarixi təcrübə, müasir dövr və perspektivlər" mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib Dekabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyasında Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə "Qafqaz böyük sarsıntılar şəraitində: tarixi təcrübə, müasir dövr və perspektivlər" mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib.

Tədbirdə AMEA-nın Qafqazşünaslıq, Fəlsəfə, İqtisadiyyat, Şərqşünaslıq, Tarix institutları, Bakı Dövlət, Azərbaycan Dillər, Bakı Slavyan, Sumqayıt Dövlət, Azərbaycan Turizm və Menecment, Bakı Avrasiya universitetləri, digər elm və təhsil müəssisələrindən 100-dən çox alim və tədqiqatçı iştirak edib.

Mərkəzi Elmi Kitabxanada təşkil olunan konfrans Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlayıb.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tədbiri açaraq giriş sözü ilə çıxış edib. Akademik konfransın mühüm ictimai və siyasi əhəmiyyətə malik olduğunu bildirib, iştirakçılara uğurlar arzulayıb. İsa Həbibbəyli Qafqazşünaslıq İnstitutunun fəaliyyətə başladığı qısa müddət ərzində xeyli uğurlu işlər həyata keçirməsinin, irəli sürdüyü problemlərə gənc tədqiqatçıların xüsusi maraq göstərməsinin təqdirə layiq olduğunu vurğulayıb.

Tədbirdə AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundovada çıxış edib. Akademik XVIII əsrdən başlayaraq kəskin geopolitik rəqabət meydanına çevrilən Qafqaz regionunun bu günə qədər dünyada gedən siyasi və iqtisadi proseslərin təsiri altında olduğunu bildirib: "Minilliklərlə Avropanı Asiya ilə birləşdirən Qafqaz regionu həm də xristian və islam sivilizasiyalarının qovuşduğu məkandır. Bu region vacib strateji platforma olaraq müasir dövrün ziddiyyətlərinin və sarsıntıların mərkəzinə çevrilib. Bunlardan regionda müxtəlif dövlətlərin geosiyasi, iqtisadi maraqlarını və müxtəlif etno-konfessional toqquşmaları göstərmək olar".

Sonra Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı "Cənubi Qafqaz 100 il əvvəl və indi: müqayisəli təhlil" mövzusunda məruzə ilə çıxış edib. Natiq məruzəsində 1917-ci ildə Rusiya imperatorluğu dağıldıqdan sonra Qafqazda yaranmış ictimai-siyasi, iqtisadi və hərbi şəraiti 1991-ci ildə SSRİ dağıldıqdan sonra Qafqazda yaranmış müvafiq şəraitlə müqayisəli təhlil edib. Alim azərbaycanlı torpaqlarında süni surətdə qurulmuş daşnak Ermənistanının və Ermənistan Respublikasının hər iki mürəkkəb şəraitdə Azərbaycana qarşı əsassız ərazi iddialarının, qanlı işğal siyasətinin mahiyyətini açıb. M.Qasımlı eyni zamanda daşnak Ermənistanının Gürcüstan ilə müharibəsinin, gürcü torpaqlarına iddiaları, münaqişələrin törədilməsində xarici amilin rolu üzərində dayanıb. Məruzədə hər iki dövrdə Şimali Qafqazda yaranmış şəraitin də ümumi təhlili verilib, beynəlxalq təşkilatların və böyük dövlətlərin region siyasəti, həyata keçirilən beynəlxalq layihələr, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Qafqazdakı şəraitlə bağlı fikirləri təhlil edilib.

Konfrans öz işini görkəmli alimlərin sədrliyi ilə bölmə iclaslarında davam etdirib."Qafqaz ölkələri birinci və ikinci müstəqillik dövrlərində: müqayisəli-politoloji təhlil", "Qafqazda münaqişələr, ərazi işğalları və terror", "Qafqaz ölkələrində daxili ictimai-siyasi şərait", "Qafqaz dövlətlərinin xarici siyasəti və qarşılıqlı münasibətləri" adlı bölmə iclaslarında birinci və ikinci müstəqillik illərində Qafqaz ölkələrinin daxili ictimai-siyasi şəraiti, Qafqazda münaqişələr, ərazi iddiaları və işğalları, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsi, erməni terroru, Qafqaz dövlətlərinin qarşılıqlı münasibətləri, xarici siyasəti, böyük dövlətlərin və beynəlxalq təşkilatların region siyasəti, erməni təşkilatlarının Gürcüstan, İran və Rusiya əleyhinə fəaliyyətləri və digər problemlərə həsr edilmiş məruzələr dinlənilib, geniş müzakirələr aparılıb.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Qafqazşünaslıq İnstitutunda elmi şuranın iclası keçirilib

Qafqazşünaslıq İnstitutunda elmi şuranın iclası keçirilib

İctimai elmlər
Qafqazşünaslıq İnstitutunda Ulu öndər Heydər Əliyevin anım gününə həsr olun ...

Qafqazşünaslıq İnstitutunda Ulu öndər Heydər Əliyevin anım gününə həsr olun ...

İctimai elmlər
AMEA QAFQAZŞÜNASLIQ İNSTİTUTUNDA 2O YANVARA HƏSR OİLUNMUŞ DƏYİRMİ MASA KEÇİ ...

AMEA QAFQAZŞÜNASLIQ İNSTİTUTUNDA 2O YANVARA HƏSR OİLUNMUŞ DƏYİRMİ MASA KEÇİ ...

Digər bölmələr
Qafqazşünaslıq İnstitutunda

Qafqazşünaslıq İnstitutunda

İctimai elmlər
“Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlx ...

“Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlx ...

Elm, "Zirvə"
“Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfr ...

“Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfr ...

İctimai elmlər, "Zirvə"
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Kon ...

“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Kon ...

Elm, "Zirvə"
Coğrafiya İnstitutunun şöbə müdiri Tiflisdə olmuşdur

Coğrafiya İnstitutunun şöbə müdiri Tiflisdə olmuşdur

Digər bölmələr, Tiflis
Bakıda “Qarabağın arxeoloji irsi” mövzusunda beynəlxalq elmi konfrans təşki ...

Bakıda “Qarabağın arxeoloji irsi” mövzusunda beynəlxalq elmi konfrans təşki ...

Elm, "Zirvə"
“İslam maarifçiliyi və müasir dövr” mövzusunda konfransın materiallarından  ...

“İslam maarifçiliyi və müasir dövr” mövzusunda konfransın materiallarından ...

Elm, "Zirvə"
AMEA-nın İctimai Elmlər Bölməsinin büro iclası keçirilib

AMEA-nın İctimai Elmlər Bölməsinin büro iclası keçirilib

İctimai elmlər
“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

"Zirvə"
Professor Əli Həsənov AMEA Rəyasət Heyətinin iclasında məruzə ilə çıxış edi ...

Professor Əli Həsənov AMEA Rəyasət Heyətinin iclasında məruzə ilə çıxış edi ...

Elm
Cümhuriyyətin 100 illiyinə həsr olunan kitabın təqdimatı keçirilib

Cümhuriyyətin 100 illiyinə həsr olunan kitabın təqdimatı keçirilib

Yeni nəşrlər, Elm, Humanitar elmlər, İctimai elmlər, "Zirvə"
AMEA-da “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keç ...

AMEA-da “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keç ...

Humanitar elmlər, "Zirvə"
AMEA-da Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş

AMEA-da Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş "Müst ...

"Zirvə"
Qafqazşünaslıq İnstitutunda 20 yanvar anım gününə həsr edilmiş dəyirmi masa ...

Qafqazşünaslıq İnstitutunda 20 yanvar anım gününə həsr edilmiş dəyirmi masa ...

İctimai elmlər, Hüquq
Azərbaycanlı alimlər İranda Saib Təbrizi yaradıcılığına həsr olunan beynəlx ...

Azərbaycanlı alimlər İranda Saib Təbrizi yaradıcılığına həsr olunan beynəlx ...

Humanitar elmlər, "Zirvə", Ədəbiyyatşunaslıq, Turan, Cənubi Azərbaycan
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
Rəy yazın: