Tanınmış xəttat Seyfəddin Məsimoğlunun 80 illik yubileyi qeyd olunub Humanitar elmlər, "Zirvə" 23 мая 2016 Azərbaycanda oyma, yonma, cızma üsulu ilə sənət əsərlərinin yaradılması ənənəsi tarixən mövcud olub. Əcdadlarımızın hələ lap qədim dövrlərdə daş üzərində oyub-cızdıqları və müxtəlif adət-ənənələri, əlamətləri özündə əks edirən şəkillər, fiqurlar bu günümüzədək gəlib çıxıb. Ağac üzərində oyma sənətinin tarixi isə yaxın keçmişdən başlayır. Mayın 23-də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının iclasında bu elmi müəssisənin əməkdaşı, tanınmış xəttat, ağac üzərində xətt-oyma sənətinin ustadı Seyfəddin Məsimoğlunun 80 illik yubileyi qeyd olunub.Tədbirdə Humanitar Elmlər Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Teymur Kərimli S.Məsimoğlunu yubileyi münasibətilə təbrik edib, ağac üzərində oyma sənətinin yaranma tarixi, onun özəllikləri, tanınmış xəttatın yaratdığı əsərlər barədə məlumat verib.Sonra bu müəssisənin elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov Seyfəddin Məsumoğlunun həyat və yaradıcılığından, institutdakı səmərəli fəaliyyətindən danışıb.Tədbirdə S.Məsimoğlu 80 illik yubileyi münasibətilə AMEA-nın Əlyazmalar İnstitutunun Fəxri Fərmanı ilə təltif olunub.Tədbir iştirakçıları tanınmış xəttatın əl işlərindən ibarət sərgi ilə də tanış olublar.Qeyd edək ki, sərgi bir ay müddətində Əlyazmalar İnstitutunda nümayiş olunacaq. . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.