YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ QƏZƏNFƏR MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ QƏZƏNFƏR MÜƏLLİM!..
Professor Qəzənfər Kazımov 80 yaşında
Bu gün sevimli müəllimimiz, görkəmli dilçi-alim,
Əməkdar elm xadimi,
tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru,
professor Qəzənfər Kazımovun doğum günüdür.
Anadan olmasının 80 illik Yubileyidir!..

Qəzənfər Şirin oğlu Kazımov
- 3 mart 1937-ci ildə Azərbaycan Respublikası, Cəbrayıl rayonunun
Soltanlı kəndində anadan olmuşdur.
Atası Allahverdiyev Şirin Kazım oğlu məktəb direktorluğundan müharibəyə getmiş və
1943-cü ildə cəbhədə həlak olmuşdur.
Anası Verdiyeva Xeyrənsə Fərhad qızı uzun müddət (1960-cı ilə qədər) kolxozda işləmişdir;
12 yanvar 2003-cü ildə vəfat etmişdir.

Q.Ş.Kazımov 1955-ci ildə Soltanlı kənd orta məktəbini,
1960-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) tarix-filologiya fakültəsini bitirmişdir. İki il - 1960-1962-ci illərdə Soltanlı kənd orta məktəbində müəllim işləmiş, 1962-ci ildə Azərbaycan dilçiliyi ixtisası üzrə Pedaqoji İnstitutun əyani aspiranturasına daxil olmuşdur.
1967-ci ildə "Ə.Haqverdiyevin dramaturgiya dili" mövzusunda namizədlik, 1988-ci ildə "Azərbaycan sovet satirik nəsrinin dili. 1920-1940-cı illər (komizmin dil vasitə və üsulları problemi)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1989-cu ildən professordur.

Q.Ş.Kazımov Pedaqoji Universitetdə müəllim (1965-1971), dosent (1972-1988),
professor (1989-1998) vəzifələrində işləmişdir.
1989-1997-ci illərdə Pedaqoji Universitetin filologiya fakültəsinin dekanı olmuşdur.
Bir müddət Pedaqoji Universitetdə müdafiə şurasının sədr müavini (1990-1994),
sonralar Ali Attestasiya Komissiyasında ekspert şurasının üzvü (1996-1999) olmuşdur.
Uzun müddət (1979-2003) Təhsil Nazirliyi nəzdində filologiya üzrə elmi-metodiki Şurada fəaliyyət göstərmişdir.
1999-2000-ci illərdə Nəsimi adına Dilçilik institutunda aparıcı elmi işçi işləmişdir;
2001-ci ildən həmin institutun Azərbaycan dialektologiyası şöbəsinin müdiridir.

Böyük Britaniya və Şimali İrlandiya Asiya Kral Cəmiyyətinin üzvüdür.
Böyük Britaniya, Kembric Bioqrafiya İnstitutunda və ABŞ Bioqrafiya İnstitutunda qeydə alınmışdır.

Qəzənfər Kazımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 noyabr 2015-ci il tarixli
sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

Qəzənfər Kazımov Ədəbi tənqidlə məşğuldur. Respublika Yazıçıları Birliyinin və Respublika Jurnalistlər Birliyinin üzvüdür.
300-yə qədər elmi və elmi-publisistik məqalənin, ali və orta məktəblər üçün 8 proqram müəllifidir.
40-dan artıq kitabın elmi redaktoru, onlarca elmlər doktoru və namizədə opponentlik etmişdir.
5 nəfər aspirant və dissertantı müdafiə edib, bir neçəsinin işi hazırdır.

Ailəlidir. İki övladı və nəvələri var.

Qəzənfər Kazımovun elmi yaradıclığı çoxşaxəli və zəngindir. O, elmi yaradıcılığa 1967-ci ildə başlamışdır.
O dövrdən indiyə qədər qələmi yerə qoymamışdır. Onun mərkəzi mətbuatda 350-dən artıq elmi və elmi-publisistik məqaləsi çap olunmuşdur.

Əsas əsərləri: "Azərbaycan dilindən təcrübi məşğələlər" (1973), "Yazıçı və dil" (1975),
"Komik-bədii vasitələr" (1983), "Bədii ədəbiyyatda komizm üsulları" (1987), "Qurbani" (1990),
"Qurbani və poetikası", (1996), "Sənət düşüncələri" (1997), "Dilimiz-tariximiz" (1998),
"Müasir Azərbaycan dili. Sintaksis" (2000), "Azərbaycan dilinin tarixi (Ən qədim dövrlərdən XIII əsrə qədər)" və s.
Ali və orta məktəblərin "Azərbaycan dili" dərsliklərinin ("Azərbaycan dili", 7-8-ci siniflər üçün dərslik, 1983-cü ildən; "Azərbaycan dili", rus məktəbinin 2-3-cü sinifləri üçün dərslik, 1977-ci ildən; "Azərbaycan dili" – 8-9-cu siniflər üçün – 2003-cü ildən;
"Müasir Azərbaycan dili. Sintaksis", ali məktəblər üçün dərslik, 2000) müəllifidir.
Onun elmi yaradıcılığı ilə bağlı özünün 10 cilddən ibarət olan "Seçilmiş əsərləri"ndə ətraflı tanış olmaq olar.

Prof. Qəzənfər Kazımov həmişə filoloji elmin ən mühüm, aktual, az toxunulan və yaxud da heç toxunulmayan problemlərinə diqqət kəsilmiş, çoxsahəli elmi istiqamətlərdə az-az tədqiatçıya xas olan fəaliyyət göstərmişdir. Onun yaradıcılığına küll halında nəzər salanda adama elə gəlir ki, humanitar elmin elə bir sahəsi olmaz ki, Qəzənfər müəllim orada qadir olmasın! Qəzənfər Kazımov yaradıcılığı, tədqiqat üslubu yalnız filoloji-dilçilik qadirliyi ilə yox, eyni dərəcədə bədii-estetik qadirliyi ilə də müəyyənləşir. Və buna görə də o, təkcə bir elm sahəsində yox, ümumən filoloji-sənət sahəsinin, humanitar elmi sahənin hadisəsinə çevrilir...

Onun məşğul olduğu filoloji elmi istiqamətləri təxmini də olsa təsnif edəsi olsaq,
belə bir mənzərə ilə qarşılaşarıq:


-Azərbaycan dili tarixi;
-müasir Azərbaycan dilinin quruluşu;
-bədii əsərlərin dili;
-komizm (satira və yumor) nəzəriyyəsi;
-üslub və üslubiyyat məsələləri;
folklorşünaslıq;
-ədəbiyyatşünaslıq məsələləri;
-etimologiya;
Azərbaycan dili dərslikləri;
-metodika, dilin tədrisi və s.

Bəli, filologiya elmləri doktoru, professor QƏZƏNFƏR PAŞAYEVin dediyi kimi, "Elm aləmində ciddi tədqiqatlar aparan çağdaş filoloqlarımızdan söz düşəndə göz önünə ilk gələnlərdən biri də f.e.d., prof.Qəzənfər Kazımov olur. Alimin müasir dil, dil tarixi, bədii dil, üslubiyyat, satira dili, etimologiya, leksikologiya, ədəbi tənqid, yazılı abidələr, folklorşünaslıq, klassik və çağdaş yazarlarımızın sənətkarlıq xüsusiyyətləri sahəsində tədqiqatları yaradıcılığının çoxşaxəliliyindən xəbər verir."

Biz də, görkəmli dilçi-alim, tanınmış tədqiqatçı, çox hörmətli filologiya elmləri doktoru,
professor Qəzənfər Kazımovu anadan olmasının 80 illik Yubileyi münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı və elmi yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!..
.


Müşfiq BORÇALI,
Zim.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-da professor Qəzənfər Kazımovun 80 illik yubileyi qeyd olunub

AMEA-da professor Qəzənfər Kazımovun 80 illik yubileyi qeyd olunub

Humanitar elmlər
Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

Gəncə, Təhsil, GDU, Bolus, TDPİ-nin Azərbaycan bölməsi, Təbriklər
Qəzənfər Paşayevin “Xilaskarlar”ı Tehranda işıq üzü görüb

Qəzənfər Paşayevin “Xilaskarlar”ı Tehranda işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər, Cənubi Azərbaycan
Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Humanitar elmlər
YUBİLEYİNİZ MÜBARƏK!.. (Professor TELMAN QULUYEV - 75)

YUBİLEYİNİZ MÜBARƏK!.. (Professor TELMAN QULUYEV - 75)

Gəncə, TDPİ-nin Azərbaycan bölməsi, Təbriklər
Professor ƏJDƏR AĞAYEV vəfat edib

Professor ƏJDƏR AĞAYEV vəfat edib

Nekroloqlar
Doğum gününüz mübarək, hörmətli Həbib müəllim!..

Doğum gününüz mübarək, hörmətli Həbib müəllim!..

Təbriklər
Doğum günün mübarək, Qəzənfər Həmidoğlu!..

Doğum günün mübarək, Qəzənfər Həmidoğlu!..

Təbriklər
ZiM.Az/Tv-nin qonağı ADPU-nun dosenti Vaqif İsrafilovdur

ZiM.Az/Tv-nin qonağı ADPU-nun dosenti Vaqif İsrafilovdur

ADPU, Tv, Təbriklər
Murtuz Novruz oğlu Məmmədov (1943-1988)

Murtuz Novruz oğlu Məmmədov (1943-1988)

Gəncə, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Hüseyn Kürdoğlunun poetik dünyası...

Hüseyn Kürdoğlunun poetik dünyası...

Yeni nəşrlər, Humanitar elmlər, Ədəbiyyatşunaslıq
Professor FİKRƏT BABAYEV vəfat edib

Professor FİKRƏT BABAYEV vəfat edib

AzTU, Nekroloqlar
Fəxrəddin YUSİFOV (1956)

Fəxrəddin YUSİFOV (1956)

ADPU, Başkeçid, Təbriklər
AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

Humanitar elmlər, Təbriklər
Görkəmli Azərbaycan alimi, psixologiya elmləri doktoru, əməkdar elm xadimi, ...

Görkəmli Azərbaycan alimi, psixologiya elmləri doktoru, əməkdar elm xadimi, ...

Nekroloqlar
Professor ASLAN BAYRAMOVLA müsahibə

Professor ASLAN BAYRAMOVLA müsahibə

Sumqayıt, Tv, Qərbi Azərbaycan
BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

ADPU, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb

Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!..

YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!..

BDU, Təbriklər
YADİGAR HÜSEYNOV (1955-2016)

YADİGAR HÜSEYNOV (1955-2016)

"XXI əsrin Ziyalıları", Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: