Leyla Quliyeva: "Öyrənmək üçün Qiymətləndirmə" Elm » Elmi Məqalələr 10 февраля 2022 Leyla QuliyevaBakı Slavyan Universitetinin Xarici dillər kafedrasının müəlimi, müdir müavini, ingilis dili mütəxəsisi, DIM eksperti, İT doktorantıLeyla Gəncivan qızı Quliyeva - əmək fəaliyyətinə 2008-ci ildə Bakı Slavyan Universitetində (BSU-da) başlayıb. Müxtəlif illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutunun elmi işçisi, baş elmi işçisi, doktorantı (Ümumi pedaqogika, pedaqogikanin və təhsilin tarixi) olub. 2013-cü ildən isə Bakı Slavyan Univeristetinde Xarici dillər kafedrasının müdir müavini və müəllimi kimi fəaliyyətinə göstərir. Tələbələrin sevimlisidir.L.Quliyeva Yeni Azərbaycan Partiyasının, Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətər regionşünaslıq və jurnalistika fakültəsinin Elmi Şurasının, Azərbaycan Respublikası İngilis dili Müəllimlər Birliyinin üzvüdür. Bakı 1-ci Olimpiya oyunları zamanı “BEGOC”-da fəaliyyət göstərib. İnteraktiv texnologiyalarla tədris üzrə beynəlxalq sertfikatın sahibi olan L.Quliyeva Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “Ümumi təhsildə kurikulum islahatı və onun idarə olunması”, “Məktəb və uşağın Dostu”, “Mükəmməl Pedaqoq”, “Öyrədənlərin öyrədəni” və s. layihələrin iştirakçısı, Ümumtəhsil məktəblərinin kurikulumları üzrə kordinatoru və kordinator qrupunun əlaqələndiricisi olub. Fəaliyyəti Azərbaycanla məhdudlaşmayıb, Bakıda və Respublikamızın müxtəlif bölgələrində olduğu kimi, Azərbaycandan kənarda da müxtəlif seminar və konfranslarda iştirak edib, rspublikamızı müvəffəqiyyətlə təmsil edib. O cümlədən, Erasmus + PETRA layihəsi üzrə Türkiyənin Gazi Universitetində Azərbaycan universitetlərinin müəllimləri üçün təşkil olunmuş təhsil layihəsinin iştirakçısı olub.2019-ci il aprelin 10-da Bakı Slavyan Universitetində “İkidilliyin effektləri” mövzusunda seminar keçirib və həmin seminar respublika mətbuatında işiqlandırılıb. Bilinqvizm (iki dillilik), iki dilli ailələrdə uşaqların dil qavrama, psixoloji, cəmiyyətə ineqrasiyası, təhsildə şagirdlərin qiymətləndirməsi, təhsildə keyfiyətin ölçülməsində qiymətləndirmənin rolu, təhsildə qiymətləndirmənin prinsipləri, qiymətləndirmə vasitələrinin testoloji aspekti və s. istiqamətlərdə 25-dən çox elmi məqalənin, 8-dən çox universitet dərs proqramının, o cümlədən, BSU Pedagoji fakültəsinin Rus dili müəllimləri ixtisası üzrə, Məktəbəqədər təlim və tərbiyə ixtisasi üzrə, Təhsildə sosial psixoloji xidmət ixtisası üzrə təhsil alan bakalavrlar üçün ingilis dili tədris proqramlarının müəllifidir.“Le Carrefour” qəzetində frasnız dilində tərcümələri dərc edilib. Leyla Quliyeva, eyni zamanda, uzun zamandır uğurlu repetitor kimi də xidmət göstərir. Həm abituriyentlər, həm valideynlər bu müəllimdən olduqca razıdırlar. Leyla müəllimin bir çox şagirdi imtahanlarda uğurlu nəticə göstərmişdir. Bu isə peşəkar müəllimin uğurlarından biridir.Biz də Leyla xanıma yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir məqaləsini dəyərli oxucularımıza təqdim edirik.ZiM.Az Leyla Gəncivan qızı QuliyevaBakı Slavyan UniversitetiXarici dillər kafedrasının müəllimi, müdir müaviniDİM eksperti, Tİ doktorantı[email protected]Öyrənmək üçün QiymətləndirməHər zaman bizdə önəmli olan fikir mövutdur, təhsil millətin gələcəyidir. Bu fikir illərdən bəri əsas amil kimi bizə mayak olub və onun inkişafı üçün hər bir elm adamı bu istiqamətdə var gücü ilə çalışır. Vygotskynin nəzəriyyəsindən çıxış edərək, onun sosial-mədəni nəzəriyyəsi cəmiyyətin fərdi inkişafa verdiyi əhəmiyyətli töhfələrə baxan psixologiyada, insanların inkişafı ilə yaşadıqları mədəniyyət arasındakı qarşılıqlı əlaqəni vurğulayır. İnsanın öyrənməsinin böyük ölçüdə sosial bir proses olduğunu göstərir. Vygotsky nəzəriyyələrində, cəmiyyətin "məna vermək" prosesində mərkəzi rol oynadığına inandığından, idrakın inkişafında sosial qarşılıqlı əlaqənin təməl rolunu vurğulayır. Təhsil alanların, inkişafının onların öyrənməsindən əvvəl olması lazım olduğunu iddia edən Piagetin əksinə olaraq Vygotsky, öyrənmənin, xüsusən də insanın psixoloji funksiyası baxımından mədəni cəhətdən təşkil olunmuş inkişaf prosesinin universal və zəruri bir tərəfi olduğunu iddia edir. Başqa sözlə, sosial öyrənmə inkişafdan əvvəl gəlir. Ən əla nəticələr isə birlikdə davam edən proseslərin yekununda əldə edilir.Azərbaycan Respublikasının təhsil inkişaf konsepsiyasına uyğun olaraq hər bir şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi təhsil sisteminin əsaslarını, infrastrukturu və insan resursları inkişaf etdirilməsi prinsipi ilə fəaliyyət göstərir. Həmçinin təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradam amillərdəndir. Təhsil alan şəxslər üçün onlara texnologiyalarıdaha sürətli mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verən başlıca amillərdəndir.Təhsil sisteminin əsasını da təşkil edən sahələrdən biri qiymətləndirmədir. Hər bir təhsil alana stimul mənbəyi qiymətləndirmə hesab edilir, şagirdlər ilk olaraq hər bacarıqlarının qiymətləndirilməsində mativasiya yaradır yeni stimul olur, lakin bu proses ölkələrə görə dəyişir. Bəzi ölkələrdə qiymətləndirmə ibtidai sinifdən, bəzilərində yuxari siniflərdə və ya ümumiyyətllə qiymətləndirmə prosesindən imtina edən ölkələrdə var. Bəzi alimlər bunu təhsil alanların tədris fəaliyyətlərində psixoloji təsirlərini yaranan müanslarada açıqlamalarında gətiriblər. Qiymətləndirmələr dedikdə bugünkü tədris, öyrənmə və məlumatlara əsaslanan qərar qəbuletmə səylərinin ayrılmaz hissəsinə çevrilmişdir. Qiymətləndirmə prosesində iki əsas ideologiya fəaliyyət göstərir: öyrənmə üçün qiymətləndirmə və öyrənmənin qiymətləndirilməsi. Qiymətləndirmə dedikdə əsas məqsədi şagirdlərin bilik, bacarıq səviyyələrinin il boyu müntəzəm olaraq yoxlanılmasını təşkil etmək və onun qiymətləndirilməsində və orada obyektivlik və ədalət prinsipini həyata keçirməkdir.Bu istiqamətdə aparılan qiymətləndirmə sistemi imkan verir ki, şagirdlərin güclü və zəif tərəfləri vaxtında aşkarlansın, onlara münasibətdə differensial yanaşma ilə həyata keçirilsin və nəzarət edilsin. Ölkəmizdə təsdiq olunmuş standartlara əsasən dünya qiymətləndirmə standartlarına uyğun qururlur. Tədris prosesində qiymətləndirmənin bütün növlərinin (diaqnostik, formativ, summativ) düzgün tətbiq edilməsinə xüsusi nəzarət mexanizmi həyata keçirilir.Qiymətləndirilmə zamanı təhsil alanın elmi əsaslar üzərində qurulmasını təmin etməklə yanaşı, məktəb fəaliyyətində özünüqiymətləndirməni ən mühüm şərtlərdən biri hesab edir. Bu isə hər zaman təhsilin keyfiyyətinin yüksəldilməsinə və şagirdin öz güvənin formalaşmasına xidmət edir. Şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi, tədrisdə keyfiyyət göstəricilərinin müəyyən edilməsi müəssənin tətbiq olunan “Qiymətləndirməsiyasəti” əsasında aparılır.Tədris prosesi zamanı ümumilikdə qiymətləndirmənin hər iki forması fərqli və ya güclü məqsədə xidmət edir və onların bir-birini necə əvəzlədiyini başa düşmək və nəticədə tədrisin təlimatını, müdaxiləni və şagird nailiyyətlərini artırmaqda vacib amil hesab edilir.Digər istiqamətdən isə tədris prosesində auditoriyada dərs zamanı təhsil alana dərs zamanı öyrənmənin qiymətləndirilməsi dedikdə, adətən dərsin bir bölməsinin və ya qiymətləndirmə dövrünün sonunda həyata keçirilir. Qeyd etdiyimiz kimi, şagirdin və ya tələbənin onun dərs zamanı nailiyyətlərini sinif, və ya ümummilli meyar standartla müqayisə etməklə tələbənin tədris proqramını qavramasını qiymətləndirir. Məlum olduğu kimi bizim tədris prosesində qiymətləndirmə üç formada aparılır onlardan formativ və summativ qiymətləndirmə arasında fərqlərin nələr olmasına baxsaq formativ qiymətləndirmədə ilk mühüm olan məqsədi müəllimlər tərəfindən tədrisi təkmilləşdirmək və tələbələr tərəfindən öyrənmələrini təkmilləşdirmək üçün istifadə edilə bilən davamlı rəy təmin etmək üçün tələbəyönümlü və onun öyrənməsinə nəzarət etmək əsas prinsipdir. Daha konkret desək, formativ qiymətləndirmələr, güclü və zəif tərəflərini müəyyən etməyə və öz üzərlərindı işə ehtiyacı olan sahələri hədəfləməyə kömək edilməli və tələbələrin hansı sahə üzrə dahada mübarizə apardığını tanımağa və problemləri dərhal həll etməyə kömək edir desək daha doğru səslənmiş olardı. Formativ qiymətləndirmələr ümumiyyətlə aşağı qiymətlər hesab edilir, bu o deməkdir ki, onların bal dəyəri azdır və ya yoxdur. Formativ qiymətləndirmələrə misal olaraq tələbələrdən xahiş etmək daxildir: məsəl üçün hər hansı bir mövzunu başa düşdüklərini ifadə etmək üçün sinifdə ümumu plan çəkin mühazirənin əsas fikrini müəyyən edən bir və ya iki cümlə təqdim edin ilk rəy üçün tədqiqat təklifnii verilsin. Formativ qiymətləndirmə şagirdin məzmun standartlarından irəli gələn bilik və bacarıqların mənimsənilməsinə yönəlmiş fəaliyyətini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və təhsilalanı istiqamətləndirmək məqsədilə aparılır. Formativ qiymətləndirmə dərsi müşayiət edən prosesdir. Fənn üzrə aparılan formativ qiymətləndirmə şagirdin ehtiyaclarını öyrənmək, uğur qazana bilməməsinin səbəblərini araşdırmaq və onun inkişafını təmin etmək məqsədilə müntəzəm olaraq həyata keçirilir.Summativ qiymətləndirmə də isə məqsədi tədris bölməsinin sonunda tələbə öyrənməsini bəzi standart və ya olanlarla müqayisə edərək qiymətləndirməkdir. Summativ qiymətləndirmələr çox vaxt yüksək qiymətlərdir, yəni onların yüksək bal dəyəri vardır. Summativ qiymətləndirmə nümunələrinə aşağıdakılar daxildir:-aralıq imtahanı-yekun layihəŞagirdlər və ya müəllimlər sonrakı pillələrdə öz səylərini və fəaliyyətlərini istiqamətləndirmək üçün ondan istifadə etdikdə, summativ qiymətləndirmələrdən əldə edilən məlumat formativ olaraq istifadə edilə bilər. Edilən bəzi dəyişikliklərə nəzərən şagirdlərin qiymətləri balla dəyərləndiriləcək, illik və yarımillik qiymətlər də onların topladıqları bal əsasında hesablanacaq. Şagirdlərin psixoloji gərginliyini azaltmağa xidmət edən bu dəyişikliklər nəticəsində müəllimlər də həmin vaxtdan daha səmərəli istifadə etməyə nail ola biləcəklərdi düçünülmüşdür. Dəyişiklik summativ qiymətləndirmələrdə olsa da, məktəbdaxili qiymətləndirmənin bütün növlərinə eyni dərəcədə əhəmiyyətli hesab edilir. Məktəbdaxili qiymətləndirmənin qeyd etdiyimiz kimi 3 növü var: diaqnostik, formativ və summativ qiymətləndirmə. Bunların hər birinin öz dəyəri, çəkisi və şagirdin keyfiyyətli təhsil almasında rolu var. Odur ki, summativlə yanaşı, qiymətləndirmənin digər növlərinə də yeni yanaşmada diqqət göstərilib. Hesab edirik ki, şagird gündəliklərində onların formativ qiymətləri öz əksini tapmalıdır”. Yeni yanaşmada əsas dəyişiklik olan hissələr summativ qiymətləndirmə ilə bağlıdır. Belə ki, ibtidai təhsil səviyyəsindən tutmuş bütün siniflərdə həyata keçirilən summativ qiymətləndirmələrdə dəyişiklik edilib. Məsələn, birincilərin yaş və psixoloji xüsusiyyətləri ilə əlaqədar həmin siniflərdə nə kiçik, nə də böyük summativ qiymətləndirmənin keçirilməsi nəzərdə tutulub. Bu o deməkdir ki, hər birinci sinif şagirdi 72 summativ qiymətləndirmə yükündən azad olub.Təhsil alanlar bu prinsipləri bildikdə və başa düşdükdə, öyrənmə keyfiyyəti yaxşılaşacaq prinsipi ilə davam edilir. Bu məlumatları öyrənənlərlə bölüşmək öyrənmə məqsədlərinə sahib olmağı və bu məqsədlərə nail olmaq üçün müəllim və şagird arasında ortaq məsuliyyət hissini inkişaf etdirəcək. Tələbələrin inamının və özünə hörmətinin yüksəldilməsi tələbələrin işinə müsbət təsir göstərir və onların motivasiyası yaxşılaşır.Öyrənmənin artırmaq üçün müəllimlərin qiymətləndirmə meyarlarını öyrənənlərlə bölüşməsi çox vacibdir. Qiymətləndirmə meyarları aydın olmalıdır və tələbələr müəyyən tapşırıq üçün işi yaratdıqdan sonra əlavə edilməməlidir. Buna görə bütün şagirdlərin müəyyən bir tapşırıqda nəyə nail olmağa çalışdıqlarını və bunu niyə etdiklərini başa düşmələri çox vacibdir. Müəllimlər şagirdlərin bir tapşırığa sadiqliklərini başa düşmələrini və nümayiş etdirmələrini istəyirlərsə, onlar, mümkün qədər, məqsədlərə qərar verməlidirlər və onların irəliləyişlərinin qiymətləndiriləcəyi qiymətləndirmə meyarlarını müəyyən etməlidirlər.Ədəbiyyat siyahısı:1.Eberly Center for Teaching Excellence & Educational Innovation at Carnegie Mellon University. “What is the difference between formative and summative assessment?” Accessed May 3, 20172. Ehringhaus, Michael Ph. D., Garrison, Catherine. NYC Department of Education. “Formative and Summative Assessments in the Classroom.” Accessed May 4, 2017.3.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.