Düz 100 İL ƏVVƏL... TİFLİS...

Düz 100 İL ƏVVƏL... TİFLİS...
Yol təəssüratım - TİFLİS

Gürcüstan Cümhuriyyətinin paytaxtı Tiflis şəhərinə daxil olduqda əvvəl Qafqazın əski paytaxtı və sabiq rus hökuməti Qafqaz canişininin məqərri [qərərgahı] olan Tiflis hiss edilirsə də, lakin yavaş-yavaş həmin təəssürat yeni görünən lövhələr və şəkillər sayəsində rəf olub [ortadan qalxıb] gidiyor.
Artıq Rusiyadan burada bir əsər qalmadığı görünüyor.
Əski rus jandarması əvəzində zahir, ondan bir qədər "xəfif" görünən cəmaati-xəvassa müfrəzi "narodno qvardeys", öz vətəninin xidmətində zəif şəkilli, lakin mətanəti-qəlbiyyəsi ilə qəvi [güclü] olaraq gözə görünür. Küçələrin hamısında xalq qvardiyası nəfərləri [əsgərləri] nizam və qaidəyi mühafizə ediyorlar. Ara-sıra milli qoşun əfradı [fərdləri] müşaiyəti altında erməni əsirlərini ora-bura aparırlar.

Erməni-gürcü müharibəsi münasibətiylə bura ermənilərinin başları aşağı sallanıbdır. Ermənilərin bu hallarına bər-əks [əksinə] olaraq, müsəlman əhalisi kəmali-təmkin və vüqarla "papaqları gözləri üstə" şəhərin küçələrində asudə gəziyorlar. Bunların böylə bir şəkildə görünüşləri, İslam əhalisinin mehriban və dost bir məmləkətdə yaşamalarına dəlalət ediyor.


Qolovinski prospektdə gəzərkən böylə bir mənzərəyə tesadüf etdim: Gürcü qoşun dəstələri musiqi ilə arkadaşlarından birini darülbəqaya müşaiyət ediyorlar. Bu dəstənin qarşısına küçənin sağ tərəfindən başqa bir dəstə gəliyor. Burada acaralılar dəstəsi, xalq qvardiya nəfərləri, könüllü müsəlman dəstələri, hamısı müsəllah olaraq kəmali-qaidə və nizam ilə bir nəfər gürcü təbəəsi olan müsəlman cənazəsini təşyi ediyorlar. Orada musiqi Şopenin qəmli marşını çalıyor. Burada isə cənazənin qarşısında gedən mollanın uca səslə oxuduğu "lahavləvəla"sı bir əməl ilə birləşmiş və həmin əməl yolunda qurbanlar vermiş iki mədəniyyətin asarını [əsərlərini] samilərin [eşidənlərin] qulaqlarına eşitdiriyor.

Əvət, bu gün gürcü millətçiləri böylə söylüyorlar: Bizi indiyə kimi böylə güman ediyorduk ki Zaqafqaziyada üç qism millət yaşıyor. Lakin şimdi artıq düşündük ki, bunlar üç deyilmiş, yalnız iki imiş. Şərqdə Azəri türkləri, qərbdə gürcülər. Mavərayi-Qafqaz, yalnız bu iki milləti təşkil ediyor.

Qafqaz millətlərinin bir bu qədər bəla və müsibətdən sonra öz hüquqlarını qazanmaq üçün səy və kuşiş etdikləri əsnada və böylə imtahan günlərində ölkədə ixtilaf çıxarıb da Rusiyadan ayrılmış Qafqaz məmləkətlərinin istiqlaliyyətə nail olmaq ümidlərini puç etmək fikri ilə bunlar arasında qanlı müharibə salan erməni daşnak məhafilinə qarşı filhəqiqə gürcüler miyanında [arasında] qayət şiddətli bir nifrət vardır ki, həmin nifrət nəinki yalnız biz millətçilər, hətta gürcü sosyalistləri tərəfindən dəxi ibraz olunuyor. Demək olar ki, daşnaklar əleyhinə mövcud olan nifrət, bütün erməni millətinə qarşı nifrətamiz bir hissiyyata müncər olmuşdur [bağlanmışdır] və bu nifrət daşnakların hökumət başında durmağı davam etdiklərinədək yaşayacaqdır.

Erməni nümayəndəsi Gürcüstan parlamanında Gürcüstan ermənilərinin "sədaqətindən" dəm vurduqda gürcülər tərəfindən "bəs Şulaveri xəyanəti necə olsun?" kimi iradlar olunur. Ermənilərə inanan yoxdur.

Bu gün gürcülərin hər bir sinifləri arasında böylə iman vardır ki, ermənilərin bu fövqəladə və qayət namünasib bir zamanda Qafqazda müharibə salmalarından məqsəd, yalnız Qafqazda bir şuriş [qarışıqlıq] yapıb burasını müttəfiqlər nəzərində yaman qələmə vermək imiş. Başqa bir səbəb görmüyorlar.

Müttəfiqlərin müdaxiləsi sayəsində qət olmuş [kəsilmiş, bitmiş] erməni-gürcü müharibəsində ümumən kim qazandı, kim qaib etdi? Bu məsələ hələ dürüst bəlli deyildir. Gürcü mətbuatına baxdıqda qaib edənlər ermənilər olmuşlar. Lakin "əhli-xibre"lər böylə söylüyorlar ki, həmin müharibədə mütəzərrir olan [zərər görən] yenə də gürcülər olmuşlar. Artıq tələfatla bir çox əsir vermişlər və nəhayətdə mübahisəli yerlər ingilislər tərəfindən işğal edilmişdir. Bunlar sonra kimə veriləcəyi yəqindir ki, başqa bir mübahisəyə səbəb olacaqdır. Hər halda bir çox tələfat verdikdən sonra üzərlərinə təmayül edən müvəffəqiyyətə ki, bəhrəmənd olmayan gürcülər müharibənin böylə bir nəhayətə varmasından razı qalmamışlardır.

Burada rus ünsürü artıq görünmüyor gibidir. Hər halda gürcülərin paytaxtı "girdə papaq" süvari həriflərdən masundur. Lakin ingilislər vardırlar və hər gün buradaki qüvvələrinin artırılması söyleniyor. Bununla belə, ingilislər buraya mehman sifətində gəldikləri və Tiflisdə idarə tamamilə gürcülər əlində olmasına dair sübutlardan biri də onların böyükləri, heyətləri, genralları avtomobillə Gürcüstan Cümhuriyyəti ricali-hökumətinin [hökümət adamlarının] nəzdinə gəldikləridir. Bunu gördükdə hər bir azərbaycanlının qəlbində müxtəlif hisslər oyanıyor.

Ömər Faiq əfəndi ilə görüşdüm
. Tevqifdən [tutulmaqdan] azad olub da hanənişinliyə [ev həbsinə] məhkum olduğunu bəyan etdilər. Mumaileyh [adı keçən şəxs], bu rəsmiyyət üstündən götürülürkən Baküyə gədəcəklərmiş. Ömər Faiq kimi qəyur [geyrətli] bir zatın Baküyə vürudu [gəlməsi], səmərəsiz qalmayıb nadir olan fəal mücahidlərimizin qüvvəsi artmağa inanıyoruz.

Bu gün siyasi nümayəndəmiz Məhəmməd Yusif Cəfərov tərəfindən müsafir olduq. Burada iki gün qalıb lazımi material cəm etməyə və həm də dağıstanlı arkadaşlarımızı gözləməyə sərf edəcək idik. Lakin eşitdik ki gürcü heyəti-mürəxxəsəsi bizdən bir gün əvvəl Batuma getmişlər. Bunun üçün yarın Batuma tərəf getməli olduq.

Ceyhun DAĞISTANİ (HACIBƏYLİ)

"Azərbaycan" qəzeti,
№ 98, 28 kanunisani/yanvar 1919


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-da Ceyhun Hacıbəylinin 125 illik yubileyi qeyd olunub

AMEA-da Ceyhun Hacıbəylinin 125 illik yubileyi qeyd olunub

"Zirvə"
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

"Zirvə"
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Yeni nəşrlər, Humanitar elmlər, Elanlar
“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

"Zirvə"
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının “Məhəmmə ...

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının “Məhəmmə ...

"Zirvə"
“Məhəmməd ağa Şahtaxlının publisistikası” adlı monoqrafiya işıq üzü görüb

“Məhəmməd ağa Şahtaxlının publisistikası” adlı monoqrafiya işıq üzü görüb

Naxçıvan, Ədəbi əlaqələr
Akademik Rafael Hüseynovun “Millət yaddaşının keşikçisi” kitabı çapdan çıxı ...

Akademik Rafael Hüseynovun “Millət yaddaşının keşikçisi” kitabı çapdan çıxı ...

Yeni nəşrlər, Humanitar elmlər
Mühacirətşünaslığın uğur və perspektivləri: ədəbiyyatşünaslıq aspekti

Mühacirətşünaslığın uğur və perspektivləri: ədəbiyyatşünaslıq aspekti

Humanitar elmlər
Azərbaycan dilində çıxan ilk qəzet:

Azərbaycan dilində çıxan ilk qəzet: "Tiflis əxbarı"

Tiflis
STALİN LORENİ ERMƏNİLƏRƏ NECƏ VERDİ

STALİN LORENİ ERMƏNİLƏRƏ NECƏ VERDİ

Bədii Tərcümə, Gürcüstan, Tarix, Qərbi Azərbaycan
Gürcü alim 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin Ermənist ...

Gürcü alim 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin Ermənist ...

Elm, Gürcüstan, Tiflis
VAQİF SULTANLININ AZƏRBAYCAN  MÜHACİRƏT ƏDƏBİYYATI İLƏ BAĞLI KİTABI YAYINLA ...

VAQİF SULTANLININ AZƏRBAYCAN MÜHACİRƏT ƏDƏBİYYATI İLƏ BAĞLI KİTABI YAYINLA ...

Yeni nəşrlər, BDU
“Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)”

“Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)”

Yeni nəşrlər, Humanitar elmlər, "Elm və Təhsil"
YÜZ YAŞLI

YÜZ YAŞLI "GƏNCLƏR YURDU"

MEDİA, Ədəbi əlaqələr, Tiflis, Tarix
VAQİF VƏ GÜRCÜSTAN

VAQİF VƏ GÜRCÜSTAN

Bədii Tərcümə
Mirzə Fətəli Axundovun dəfni ilə bağlı Gürcüstanda ARXİVDƏN FOTOLAR TAPILIB

Mirzə Fətəli Axundovun dəfni ilə bağlı Gürcüstanda ARXİVDƏN FOTOLAR TAPILIB

Ədəbi əlaqələr, Tiflis
Mühacir ədəbiyyatımızın tədqiqi

Mühacir ədəbiyyatımızın tədqiqi

Ədəbi tənqid
Aleksandr Abdaladze: ERMƏNİSTAN İLƏ GÜRCÜSTAN ARASINDA «GÖRÜNMƏMİŞ» MÜHARİB ...

Aleksandr Abdaladze: ERMƏNİSTAN İLƏ GÜRCÜSTAN ARASINDA «GÖRÜNMƏMİŞ» MÜHARİB ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis, Tarix
Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Ədəbi əlaqələr, Bədii Tərcümə
Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk parlamentli respublika

Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk parlamentli respublika

Azərbaycan
Rəy yazın: