ŞƏRƏFLİ ÖMÜR YOLU

ŞƏRƏFLİ ÖMÜR YOLUÖmür yolu o zaman şərəfli və şöhrətli olur ki, o insan ağlına gəlməyən çətinliklərə düçar olsun, qarlı aşırımlardan, əlçatmaz, ünyetməz zirvələrdən aşsın, dərin dərələrdən, sıldırımlı qayalardan vüqarla və cəsarətlə keçsin.

Azərbaycanın neftçıxarma sənayesinin ən görkəmli nümayəndəsi, şöhrətli alimi, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Fəxri neftçi, texnika elmləri doktoru, professor Ramiz Seyfulla oğlu Qurbanovun ömür yolu da, belə uca zirvələrdən, daşlı, çınqıllı aşırımlardan, görənləri vahiməyə salan dərin dərələrdən, sıldırımlı yarğanlardan keçərək görkəmli alimə şərəf və şöhrət gətirmişdir. Hazırda Azərbaycanın, eləcə də dünyanın neftçi alimləri arasında Ramiz Qurbanovun adı hörmətlə çəkilir və elmi axtarışlarından, ixtira və kəşflərindən dünyanın neftçıxarma sənayesində istifadə edilir.

Biz gənclər qocaman alimin inamla və cəsarətlə keçdiyi çətindən də çətin və həm də mənalarla dolu olan şərəfli ömür yoluna nəzər saldıqda heyrətdən yerimizdəcə donub qalırıq. İnsan nə qədər ağrılara, əzablara, məşəqqətlərə, təhlükələrə, adamları dərd dəyirmanında üyüdən qeyri əzablara qatlansın ki, bu ağrı-acılara, qınaqlara, iradlara dözə-dözə inam və əqidəsinə sadiq qalaraq biz gəncləri heyrətdə qoyan şərəfli ömür yolunun alnı açıq, üzüağ yolçusu olsun.


ŞƏRƏFLİ ÖMÜR YOLU Ramiz Qurbanovun uşqalığı və ilk gənclik illəri çətin bir dövrdə - Sovet totalitar dövrünün diktatura rejiminə düşüb. Elə bir rejimə ki, insanlar onun önündə əzilib, sındırılıb, lincləsdirilib və həm də gələcəyə böyük ümidlə yaşayıb. Ramiz və kiçik qardaşı Rafiq də bu dəhşətli rejimin övladlarıdır. Bir və iki yaşlarından ata nəvazişindən, ata sevgisindən uzaq düşüblər.

Ramiz Qurbanovun o çətin, hər addımı təhlükələrlə dolu olan uşaqlıq və ilk gənclik çağları barədə, Azərbaycanın məşhur tarixçisi, akademik Əlövsət Quliyev belə təsəvvür edir: «Bu çəlimsiz insan - Ramiz Qurbanov yanmış adamın sönmüş külünün içindən çıxıb». Doğrudan da o, sönmüş külün içində işartısı hələ sönməmiş bir çınqı qığılcım qalıbmış və o qığılcım həyatın-zamanın amansız tufanları, həmin o bir çınqı işartısını söndürə bilməmiş, həmin qığılcım nəhəng tonqala dönərək aləmi işıqlandırmışdır.

Mən isə hörmətli akademikimizdən fərqli olaraq əziz və hörmətli müəllimimin hər günü faciələrlə, qayğı-qəhərlə dolu olan uşaqlıq və ilk gənclik illərini başqa bir varlığa bağlayıram. Bu, ocaq yerinin yanmış torpağında, susuz bir məkanda bitən pişpişi bitkisinə bənzədirəm. El içində həmin ota bəzən «qatır quyruğu» da deyirlər. Həmin bitki, zamanın küləklərinə, həyatın dözümsüzlüyünə baxmayaraq həmin ocaq yerindəki yanıq torpaqda bitir, göyərir və ucalır. Bax, belə bir məkanda, sonmüş ocağın yanmış torpağında heç bir bitkinin göyərib boy verməyən yerində bitmiş, boy yatıb ucalmış, özünəbənzər toxumlar - nəsil vermişdir.

Bu fikrə mən hörmətli müəllimimin səksən illiyinə həsr edilmiş «Alim və İnsan» kitabını diqqətlə oxuyandan sonra gəldim və fikrimdə də qalıram. Çünki Ramiz müəllim də heç bir bitkinin, tozunun cücərib, boy verməyən dəhşətli bir məkanda və zamanda cücərib, boy verib ucalmışdır.

Ramiz muəllim çox təhlükəli bir zamanda Ana Kürün qırçın dalğaları ayağını yuyub, başına sığal çəkdiyi qədim Azərbaycan şəhəri, ülamələr və mömin müsəlmanlar yurdu olan Salyan şəhərində ziyalı ailəsində - Gəncliyindən Sovet hökumətin bərqərar olub bərkiməsində fəal iştirak edən, komsomol və partiya orqanlarında qüsursuz işləyən, 1906-cı ildə Salyanda Məmmədəli kişinin ailəsində doğulan Qurbanov Seyfullanın ilk övladı olmuşdur.

Lakin həyatın keşməkeşli anları, zamanın dəhşətli qasırğaları körpə Ramiz və ondan kiçik qardaşı Rafiqi ata sevgisinə, ana qayğısına həsrət qoymuşdur.

Həmin o dəhşətli 1937-ci ilin repressiyası çoxları kimi həmin vaxt Kürdəmir Rayon Partiya Komitəsinin birinci katibi işləyən, Azərbaycan KP. Mərkəzi Komitəsinin büro üzvü və SSRİ Ali Soveti, Millətlər Sovetinə deputatlığa namizəd göstərilən Seyfulla Qurbanovun da qapısını döydü. 30 yaşı yenicə tamam olan bacarıqlı bir təşkilatçı rəhbəri bir-iki nəfər gözügötürməyənlərin yazdığı donosla elə həmin ilin noyabr ayında həbs edib, "ucluyun” cəmi-cümlətani 20 dəqiqə çəkən məşvərətinin qərarı ilə 48 nəfər qeyrətli vətən oğlu ilə birlikdə Seyfulla Qurbanov da güllələndi və adı «xaq düşmənlərinin siyahısı»na yazıldı.

Elə həmin gündən də gənc alimin amansız, dəhşətli günləri başlandı. Özündən sonra istəkli həyat yoldaşı Raziyyə Hənifə qızı Qurbanovanı da xalq düşməninin arvadı kimi Qazaxıstanın Karaqanda şəhərinə sürgün edib, məcburi əməyə cəlb etdilər və başsız qalan iki körpə uşağı - dörd yaşlı Ramiz və iki yaşlı Rafiqi Şüvalan uşaq evinə göndərdilər.

Az sonra onların səsi-sorağı Şamaxı rayonunun Çuxuryurd kəndindəki və Xızıdakı uşaq evlərindən gəlir. Doğma dayısı Xızıya gələrək Ramiz və kiçik qardaşı Rafiqi uşaq evindən götürüb Bakıya gətirir və iki gündən sonra Salyana - özünün yaşadığı Qızılağac kəndinə aparır.

Böyük Vətən Müharibəsi başlayanda dayısı iki bacı uşağını - Ramizi və Rafiqi qoca anasının ümidinə qoyub cəbhəyə gedir və orada həlak olur. Bundan sonra qardaşları yenidən Salyandakı uşaq evinə verməli olurlar.

Xızıda və Qızılağac kəndində olduğu kimi burada da Ramiz kiçik qardaşı Rafiqi özündən bir addım da kənara buraxmır. Onu yedizdirir, geyindirir. Yatanda da bir yerdə yatırlar. Böyük qardaşların kiçiyə olan qayğı-sayğısını uzun illər həmin uşaq evinin xidmətçiləri və nəzarətçiləri xoş bir xatirə kimi danışmışlar.

Sürgün illərini başa vuran Raziyyə xanım Salyana qayıdır, balaları yaşayan uşaq evində xidmətçi işləyir və kirayəşin yaşayır. Çünki onların Bakıdakı M.Maqomayev adına filarmoniya ilə üzbəüz olan evlərindən Raziyyəni və uşaqlarını «xalq düşməninin» ailəsi kimi çıxarıb, evi başqalarına vermişdilər.

Burada da onu gözügötürməyənlər oldu. «Xalq düşməninin arvadı, Sovet tərbiyəsi alan uşaqlarla bir yerdə işləyə bilməz» - deyərək Raziyyəni uşaq evindən çıxartsalar da, analıq haqqını əlindən ala bilmirlər, hər həftə doğma balalarını uşaq evindən götürüb kirayə qaldığı evə aparır, onları çimizdirib yedirir.

Beləliklə, qardaşlar orta məktəbi bitirənə qədər uşaq evində, lakin analarının himayəsində qalırlar. Bu çətinliyə, dözülməz həyat şəraitinə baxmayaraq qardaşlar - Ramiz və Rafiq daha səylə çalışaraq, orta məktəbi «gümüş medal»la bitirirlər. İnanın, ataları «xalq düşməni» kimi həbs olunmasaydı, həmin gümüş medal «qızıl medal»la əvəzlənəcəkdi.

Elə həmin il Ramiz sənədlərini o zaman ən hörmətli ali məktəblərdən birinə - Azərbaycan Sənaye İnstitutuna verdi və Neft mədən fakültəsinə qəbul olundu. Burada oxumaq nə qədər çətin olsa da Ramiz Qurbanov bütün çətinliklərin öhdəsindən bacarıqla gəlib, institutu fərqlənmə diplomu ilə başa vurdu. Onun təyinatını Bibiheybət neft-çıxarma mədənlərinə verdilər. Burada o, öyrəndiyi nəzəri bilikləri texnikaya tətbiq edə-edə fəhləlikdən mədən müdirinin müavini - baş mühəndis vəzifəsinə qədər yüksəldi. Qabaqcıl gənclər briqadası kimi şöhrətləndi. Haqqında Respublika qəzetləri neçə dəfə məqalələr yazaraq, qabaqcıl, zərbəçi gənclər briqadasının iş təcrübəsini bütün neft mədənləri arasında yaymağa başladılar.

Həmin vaxtlar məşhur neft alimi, professor Azad Mirzəcanzadə tez-tez Bibiheybət mədənlərinə gəlirdi. Gəlişlərinin birində akademik keçmiş tələbəsi Ramiz Qurbanovla söhbət elədi:

- Daha bəsdir, təcrübə toplamağın. Sən ancaq elm dalınca getməlisən. Bir azdan aspiranturaya qəbul başlanır. Sənədlərini təcili hazırlayıb, kafedraya yanıma gəl.

Ramiz Qurbanov sevimli müəlliminin dediyi kimi də elədi. Sənədlərini institutun qiyabi aspiranturasına verib, qəbul olundu. Mirzəcanzadənin rəhbərliyi ilə mövzu götürüb institutda assistent kimi işləməyə və dissertasiyasını yazmağa başladı. 1963-cü ildə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib texnika elmləri namizədi adını aldı və bundan sonra bütün həyatını doğma instituta bağladı.

Müdafiə zamanı elmi rəhbəri Azad Mirzəcanzadə gənc alimi təbrik edərək dedi:

- Dayanma, bundan sonra doktorluq işinə giriş. Bu sahədə sənin gələcəyin böyükdür. Mən indidən sənin gələcək uğurlarını görürəm.

Ramiz Qurbanov akademik Azad müəllimin rəhbərliyi ilə beş il ərzində doktorluq işini tamamlayıb, müdafiə etdi. Texniki elmləri doktoru, professor oldu, institutun «Nəzəri mexanika» kafedrasına rəhbərlik elədi. Daha sonra elmi kollektiv ona daha böyük etimad göstərərək, Azərbaycan Neft və Kimya İnstitutuna tədris işləri üzrə prorektor vəzifəsinə irəli çəkdi.

Artıq Ramiz Qurbanov Azərbaycanın ünlü alimi kimi bütün ölkədə və xaricin elm adamları arasında tanınır və seçilib sayılırdı. Onu neftçıxarma sahəsində gördüyü uğurlu elmi axtarışlar, yazdığı elmi məqalələr, nəşr etdirdiyi fundamental əsərlər, dərsliklər, elədiyi böyük kəşflər və ixtiralar onu şöhrətin zirvəsinə qaldırmışdı.

…1989-ci ildə qəfildən Ramiz müəllimi Azərbaycan KP. Mərkəzi Komitəsinə çağırdılar və təqribən otuz il işlədiyi M.Əzizbəyov adına Neft və Kimya İnstitutundan ayırıb, Ç.İldırım adına Politexnik İnstitutuna rektor olmağı təklif etdilər.

Ramiz müəllim bu təklifə qəti olaraq etiraz etməsinə baxmayaraq Partiyanın sınanmış əsgəri kimi onu həmin vəzifəyə təyin etdilər.

Ramiz müəllim bilirdi ki, instituta rəhbərlik etmək, təmiz, pak bir insanın çamurluğa atılması kimi bir şeydir. Onda gərək yuxarılardan gələn sifarişlərə, tapşırıqlara, əmrlərə tabe olasan və beləliklə də haqqı nahaqqın ayağına verəsən.

Buna cavab olaraq yeni gələn Respublika rəhbəri onu inandırdı ki, onun gəlişilə respublikada abu-hava dəyişəcək şəffaflıq və aşkarlıq mühiti yaradılacaq.

Lakin belə olmadı, az müddət keçdikdən sonra xahişlər, tapşırıqlar, telefon zəngləri başladı. Yuxarıdan gələn bu zəngləri, xahişləri qəbul etməyən, ömrü boyu, halallığı, paklığı, düzlüyü, haqqı-həqiqəti özünə peşə edən əli əyriliyə, rüşvətə nifrət edən bir şəxsiyyət şübhəsiz ki, belə bir vəziyyətdə işləyə bilməzdi. Ona görə də Ramiz Qurbanov öz ərizəsi ilə vəzifədən istefa verdi. Əslində həmin əli rüşvətə, dili yalana öyrəşmiş adamları, bu istefa sevindirdi.

Bundan sonra Ramiz Qurbanov öz doğma institutuna - Neft və Kimya İnstitutuna qayıdıb Nəzəri mexanika, sonra isə Maşınların dinamikası və möhkəmliyi kafedrasına rəhbərlik etdi. Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçildi. AMEA-nın Fizika-Riyaziyyat Mexanika və Texniki bölmələrinə büro üzvü oldu və indiyədək də AMEA-nın Mexanika Problemləri Şurasının sədridir.

Həmin illərdə Ramiz Qurbanov yazdığı «Neft layının fizikası» dərsliyinə görə növbəti mükafatın laureatı adını aldı.

Artıq Ramiz elmin uca zirvələrini fəth etməkdə olsa da, öz müəllim - öyrətmən peşəsinə sadıq qalmışdır. Vaxtilə Azad Mirzəcanzadə kimi qüdrətli elm və bilik sahiblərindən öyrənən və öyrənə-öyrənə də yüksələn Ramiz müəllim indi yüksək bilik və bacarığını, elmi axtarış yollarını başqalarına öyrədirdi. Onun rəhbərliyi ilə 30-dan çox elm adamı elmlər namizədi və elmlər doktoru yetişdirərək Azərbaycan elmini zənginləşdirmişdir.

İndi onun adı dünyanın bir neçə elm karifeyləri ilə - Lütvüzadə, A.Mirzəcanzadə, Rafiq Əliyev, Yusifbəyov və qeyriləri ilə bir sırada çəkilir. O da çox maraqlıdır ki, həmin korifeylər və daha neçə-neçə dostları Ramiz Qurbanovun 80 illik yubiley şənliyinə qoşulmuş, əziz dostlarını doğum günü münasibətilə ürəkdən təbrik etmişlər.

Böyük şair, dramaturq Hüseyn Cavid demişkən Ramiz Qurbanovun Allahı onun pak vicdanında, halallığında, mənəvi təmizliyində qərar tutub. Hörmətli professorun çoxsaylı və çoxminli tələbələrindən biri olmaqla, Allahım və vicdanım qarşısında and içə bilərəm ki, onun necə ki, əli, hətta barmaqları harama, rüşvətə dəyməmişdir. Onu ucaldan şöhrətinin zirvəsinə qaldıran yorulmaz, yaradıcı əməyi ilə bahəm bir də halallığı, insanpərvərliyidir.

Bu halallıq, pak vicdan onu Allaha, Peyğəmbərə, imamlara və müqəddəslərə daha da yaxınlaşdırır. İmana, dinə bağlayır. Elə buna görə də Ramiz müəllim Məşhəd və xanımı Kamilə xanımla birlikdə Həcc ziyarətində olub, müqəddəslərin iman yerini və qəbrlərini ziyarət edərək, daha da müqəddəsləşib, paklaşıb. İndi onun elmi adları ilə yanaşı daha bir adı da var - «Hacı Ramiz Seyfulla oğlu».

Ramiz müəllim elm sahəsində ucaldığı kimi, bir ailə başçısı ata-baba və babaların babası kimi də xoşbəxtliyin, bəxtəvərliyin ucalığında dayanır. O xoşbəxt ərdir ki, tale-bəxt, onu - Ramizi Kamilə xanım kimi ülviyyətli,mehriban xanımı ozunə dost,ailə seçib. Kəmalə Qurbanova Qurbanovlar ailəsinə qovuşduğu gündən həm onun vəfalı, cəfalı və şəfalı həyat yodaşı, həm də ən yaxın dostu, sirdaşı, dar gününün gərəyi, ucalığının dirəyi olub.

Həm də bir ana kimi Ramiz müəllimə və onun soyuna-nəslinə iki oğul, bir qız əta eləyib. Onları böyüdüb, ərsəyə gətirib, ailəli, övladlı, ev-eşik sahibi səviyyəsinə qaldırıb.

İndi nənə, baba Hacı Ramiz və Hacıxanım Kamilə yeddi bəxtəvər və bəxtiyar nəvələrin, ən layiqli nəvələrin babaları və nənələridir. Məncə insana vardan, dövlətdən, vəzifədən, təhsildən ən qiymətli bu oğullar və nəvələrdir. Məhz bu xoşbəxtliyi Həzrəti peyğəmbərim, Həzrəti Məhəmməd(s.ə.s.)duyaraq demişdir: «Valideynlər üçün ən qiymətli nemət və ən dəyərli qiymət, ağıllı övladlar yetişdirməkdir».

İndi professor Ramiz müəllim və Hacı Ramiz Seyfulla oğlu ömrünün ən mötəbər, müdriklik çağlarını yaşayır. Ömrü 85 yaşı arxaya atsa da, yazmaqdan, yaratmaqdan, elmi axtarışlarından ayrılmır, yaşayır, qurur, yaradır. Başqa xoşbəxtliklərlə yanaşı bu ailə, ağsaqqal, müdriklik zirvəsində də hörmətli və əziz Ramiz Seyfulla oğluna - Hacı Ramizi və həmçinin də bütün həyatı boyu birgə yasadığı ömür-gün yoldaşına həyan, havadar və vəfadar olan Hacı Kamilə xanıma, onların övladlarına - Seyfulla və Kamal Qurbanovlara, qızı Nigar xanıma və yeddi ülkər kimi, baş-başa verən bəxtəvər nəvələrinə cansağlığı, ailə xoşbəxtliyi arzulayıram.


Nazim Nəsibov,
texnika elimləri uzrə fəlsəfə doktoru,
”Söhrət” ordeni mukafatı laureatı


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
RAMİZ ABDULLAYEVə BAŞSAĞLIĞI

RAMİZ ABDULLAYEVə BAŞSAĞLIĞI

Nekroloqlar
ŞƏHİD Saraclı Əliyev Ramiz Sayad oğlu (25.08.1968-15.01.1993)

ŞƏHİD Saraclı Əliyev Ramiz Sayad oğlu (25.08.1968-15.01.1993)

ŞƏHİDLƏRİMİZ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Akademik Ramiz Məmmədov İranda beynəlxalq konfransda iştirak edir

Akademik Ramiz Məmmədov İranda beynəlxalq konfransda iştirak edir

Digər bölmələr, Qarayazı
Akademik RAMİZ MƏMMƏDOVa BAŞSAĞLIĞI

Akademik RAMİZ MƏMMƏDOVa BAŞSAĞLIĞI

Qarayazı, Nekroloqlar
RAMİZ ABDULLAYEVə BAŞSAĞLIĞI

RAMİZ ABDULLAYEVə BAŞSAĞLIĞI

Nekroloqlar
Ramiz QUSARÇAYLIya BAŞSAĞLIĞI

Ramiz QUSARÇAYLIya BAŞSAĞLIĞI

Nekroloqlar
Ramiz ABDULLAYEV: Qəzəl

Ramiz ABDULLAYEV: Qəzəl

Tv, Ramiz Abdullayev
Ramiz ABDULLAYEV: Bayraq!..

Ramiz ABDULLAYEV: Bayraq!..

Bakı, Tv, Ramiz Abdullayev
Ramiz ABDULLAYEV: Şeir qanadlarında...

Ramiz ABDULLAYEV: Şeir qanadlarında...

Bakı, Tv, Ramiz Abdullayev
Ramiz MƏMMƏDOV: Başkeçidim

Ramiz MƏMMƏDOV: Başkeçidim

Poeziya, Borçalı, Başkeçid
AzTU-nun Milli Qəhrəmanı Çingiz Qurbanovun ölümündən bir il keçdi

AzTU-nun Milli Qəhrəmanı Çingiz Qurbanovun ölümündən bir il keçdi

AzTU
AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU, İqtisadiyyat
BAŞKEÇİDLİ ŞƏHİD Ramiz Ümid oğlu Əhmədov (1960-1994)

BAŞKEÇİDLİ ŞƏHİD Ramiz Ümid oğlu Əhmədov (1960-1994)

ŞƏHİDLƏRİMİZ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
RAMİZ AYVAZ OĞLU HƏSƏNOV

RAMİZ AYVAZ OĞLU HƏSƏNOV

"XXI əsrin Ziyalıları", Borçalı
Milli Azərbaycan Ədəbiyyatı Muzeyində tanınmış ictimai-siyasi xadim Ramiz A ...

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində tanınmış ictimai-siyasi xadim Ramiz A ...

Humanitar elmlər
ALİ ATTESTASİYA KOMİSSİYASININ YENİ RƏHBƏRİni Ramiz Mehdiyev kollektivə təq ...

ALİ ATTESTASİYA KOMİSSİYASININ YENİ RƏHBƏRİni Ramiz Mehdiyev kollektivə təq ...

Elm
Akademik Həsən Əliyevin fəaliyyəti gələcək nəsillər üçün nümunədir

Akademik Həsən Əliyevin fəaliyyəti gələcək nəsillər üçün nümunədir

Regionlar, Digər bölmələr, UNUTSAQ, UNUDULARIQ!....
AKADEMİK ZAHİD XƏLİLOVUN İKİNCİ DƏFƏ ÇAP OLUNMUŞ “FUNKSİONAL ANALİZİN ƏSASL ...

AKADEMİK ZAHİD XƏLİLOVUN İKİNCİ DƏFƏ ÇAP OLUNMUŞ “FUNKSİONAL ANALİZİN ƏSASL ...

Digər bölmələr, Bolus
Ruhun şad olsun, Ramiz Mirişli!..

Ruhun şad olsun, Ramiz Mirişli!..

Mədəniyyət, Nekroloqlar
Akademik Zahid Xəlilovun kitabı Moskvada təkrar nəşr olunub

Akademik Zahid Xəlilovun kitabı Moskvada təkrar nəşr olunub

Digər bölmələr, Rusiya
Rəy yazın: