Coğrafiya İnstitutunda Xocalı faciəsinin 28-ci ildönümü qeyd edilib.

Coğrafiya İnstitutunda Xocalı faciəsinin 28-ci ildönümü qeyd edilib. 2020-ci il fevralın 27-də
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)
akademik H.Ə.Əliyev adına
Coğrafiya İnstitutunda
Xocalı faciəsinin
28-ci ildönümü
qeyd edilib.

Tədbirdə AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov da iştirak edib.

Əvvəlcə Xocalı faciəsinin qurbanları bir dəqiqəlik
sükutla yad edilib.


İnstitutun direktoru, akademik Ramiz Məmmədov bildirib ki, Azərbaycan türklərinə qarşı törədilən Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələri və beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Faciə ilə bağlı dəhşətli faktlar dünya ictimaiyyətinə çatdırılıb və çatdırılmaqda davam edir. Artıq milyonlarla insan dünyanın müxtəlif guşələrində erməni təcavüzkarlarının iç üzünü tanıyır. Xocalı soyqırımının dünyanın hər yerində tanınması, cinayətkarların cəzalandırılması, siyasi və qanuni qərarlar qəbul edilməsi üçün Azərbaycan dövləti tərəfindən lazım olan bütün işlərin görüldüyünü deyən akademik faciəni törədənlərin gec-tez Beynəlxalq Tribunal qarşısında duracağına ümid bəslədiyini dilə gətirib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Xanım Rzazadə “Xocalı yaddaşımız” mövzusunda təqdimatla çıxış edərək faciənin yaranma səbəbləri, tarixi, nəticələri barədə danışıb. O bildirib ki, Ermənistan muxtar bölgədə yeganə hava limanı olan və dəmir yolunun keçdiyi strateji əhəmiyyətə malik Xocalını əvvəllər də işğal etmək üçün buraya hücumlar etmiş, dəfələrlə Qarabağın taleyini dəyişdirmək üçün tədbirlər görmüşdü. Keçmiş sovet qoşunlarından alınmış hərbi texnikanın və hərbçilərin köməyi ilə gözü qızmış ermənilərin Xocalıya budəfəki hücumu əsl soyqırımı ilə nəticələndi. Bu amansız qırğının əsas məqsədi isə psixoloji təzyiqlə azərbaycanlıları qorxutmaq və zəiflətmək olub.

Professor H.Qurbanov çıxış edərək o vaxtlar bölgədə olarkən gördüyü, şahidi olduğu hadisələrdən söhbət açıb. O, mərd və cəsarətli Xocalı camaatının ermənilərə “qan uddurduğunu”, separatçıların gələcək məqsədlərinə nail olmalarına böyük maneə törətdiklərindən onları xüsusi amansızlıqla məhv etdiklərini diqqətə çatdırıb. Eyni zamanda bildirib ki, Xocalıda həlak olanların sayı göstərildiyi kimi 613 deyil, 763 olub.

İnstitut Həmkarlar Təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev qeyd edib ki, Xocalı faciəsini gələcək nəsillərə çatdırmaq, şəhidlərini daim anmaq, onlara rəhmət diləmək Azərbaycan xalqının mənəvi borcudur.

Sonra Cİ-nin şöbə müdiri, a.ü.f.d. Ənvər Əliyev Xalq Cəbhəsinin üzvü kimi Xocalı faciəsi zamanı qurumun və özünün fəaliyyətindən danışıb.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
XOCALI FACİƏSİNİN 25-Ci İLDÖNÜMÜ YAD EDİLİB

XOCALI FACİƏSİNİN 25-Ci İLDÖNÜMÜ YAD EDİLİB

Humanitar elmlər
AMEA Botanika İnstitutunda Xocalı Soyqırımına həsr olunmuş Anım tədbiri keç ...

AMEA Botanika İnstitutunda Xocalı Soyqırımına həsr olunmuş Anım tədbiri keç ...

Biologiya və tibb elmləri
Botanika İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Botanika İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Biologiya və tibb elmləri
“Tarixin Xocalı xəcaləti” mövzusunda tədbir keçirilib

“Tarixin Xocalı xəcaləti” mövzusunda tədbir keçirilib

Humanitar elmlər, "Zirvə"
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Xocalı Soyq ...

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Xocalı Soyq ...

Biologiya və tibb elmləri
Xocalı soyqırımının 24-cü ildönümü Dilçilik İnstitutunda qeyd edilib

Xocalı soyqırımının 24-cü ildönümü Dilçilik İnstitutunda qeyd edilib

"Zirvə"
AzTU-da Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan videokonfrans keçiri ...

AzTU-da Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan videokonfrans keçiri ...

AzTU
AzTU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

AzTU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

AzTU
AMEA-nın kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

AMEA-nın kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

"Zirvə"
AzTU-da Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan anım tədbiri keçir ...

AzTU-da Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan anım tədbiri keçir ...

AzTU
Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzində  Xocalı soyqırımını ...

Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzində Xocalı soyqırımını ...

Qarabağ
AzTU-da Xocalı soyqırımı qurbanlarının anım günü keçirilib

AzTU-da Xocalı soyqırımı qurbanlarının anım günü keçirilib

AzTU
AzTU-da Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

AzTU-da Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Əsas xəbər, AzTU
AzTU kollektivi Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar ümumxalq yü ...

AzTU kollektivi Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar ümumxalq yü ...

AzTU
Xocalı soyqırımı barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq hər bir  ...

Xocalı soyqırımı barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq hər bir ...

Tiflis
Millət vəkili Azər Süleymanov: “25 il öncə mənim xalqıma qarşı Xocalıda van ...

Millət vəkili Azər Süleymanov: “25 il öncə mənim xalqıma qarşı Xocalıda van ...

Qarabağ, Tiflis, Siyasət
Coğrafiya İnstitutunda 20 Yanvar faciəsi anılıb

Coğrafiya İnstitutunda 20 Yanvar faciəsi anılıb

Digər bölmələr, UNUTSAQ, UNUDULARIQ!....
AzTU-da Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

AzTU-da Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

AzTU-nun MƏZUNLARI, AzTU
Yeni yaradılmış Bakı Mühəndislik Universitetində “Xocalı harayı” adlı tədbi ...

Yeni yaradılmış Bakı Mühəndislik Universitetində “Xocalı harayı” adlı tədbi ...

BMU
AMEA Nəsimi adına Dilçilik İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ...

AMEA Nəsimi adına Dilçilik İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ...

Humanitar elmlər
Rəy yazın: