AMEA-da 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan tədbir keçirilib

AMEA-da 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan tədbir keçirilibAMEA-da 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan tədbir keçirilib AMEA-nın Əsas binasında Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Tədbir çərçivəsində
20 Yanvar
Fondunun direktoru
Şövqi Bünyadov
un Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çap olunmuş
"20 Yanvar hadisəsi və
aprel döyüşlərinin milli ruhumuzun inkişafındakı rolu"
adlı kitabı da təqdim edilib.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq və müstəqilliklə bağlı milli təfəkkürünün inkişafındakı rolundan danışıb. O, xalqın demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədilə sovet rəhbərliyi tərəfindən Bakıya qoşun yeridildiyini və nəticədə 146 nəfərin öldürüldüyünü, 744 nəfərin yaralandığını və 841 nəfərin qanunsuz həbs olunduğunu bildirib. F.Salmanov şəhidlər sırasında AMEA-nın Polimer Materialları və Riyaziyyat və Mexanika institutlarının əməkdaşlarının da olduğunu vurğulayıb.

O, bu qanlı hadisəyə ilk siyasi qiyməti ümummilli lider Heydər Əliyevin 21 yanvar 1990-cı ildə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirdiyi yığıncaqda verdiyini və faciəni törədənləri kəskin şəkildə tənqid etdiyini deyib.

Azərbaycanın geosiyasi cəhətdən mürəkkəb coğrafi regionda yerləşdiyini deyən F.Salmanov baş verən hadisələrin xalqın mübarizə əzmini sındıra bilmədiyini, milli iradə sayəsində ölkəmizin yenidən müstəqillik əldə etdiyini bildirib.

GAMŞ sədri bu gün çağdaş Azərbaycan Respublikasının siyasi, iqtisadi və hərbi cəhətdən önəmli gücə malik olduğunu qeyd edib və 2016-cı ilin aprel döyüşlərində Ermənistan ordusu üzərində əldə edilən qələbənin bunun bariz nümunəsi olduğunu söyləyib.

Sonra Şövqi Bünyadov çıxış edərək müəllifi olduğu kitab barədə tədbir iştirakçılarına məlumat verib. O, nəşrin ən yeni dövr Azərbaycan tarixinin iki önəmli hadisəsinə - 20 Yanvar faciəsinə və 2016-cı il aprel döyüşlərinin təhlilinə həsr edildiyini bildirib. Qeyd edib ki, kitabda iki hadisə arasında müqayisələr aparılıb, lider-millət vəhdətinin əhəmiyyəti araşdırılıb. Ş.Bünyadov, həmçinin nəşrdə ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq hadisələrlə bağlı bəyanatlarının, çıxışlarının, əmr və fərmanlarının təqdim edildiyini söyləyib.

Tədbirdə, həmçinin Şərqşünaslıq İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, Azərbaycan Dövlət İdarəçilik Akademiyasının doktorantı Məzahir Əfəndiyev və digərləri çıxış edərək 20 Yanvar faciəsinin baş verdiyi ərəfədə ölkəmizdə gedən siyasi proseslər, habelə hadisələrə verilən hüquqi qiymət barədə danışıblar.

Aysel MƏDƏDLİ,
AMEA-nın əməkdaşı

ZiM.AZ


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA Nəsimi adına Dilçilik İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ...

AMEA Nəsimi adına Dilçilik İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ...

Humanitar elmlər
AzTU-da 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib

AzTU-da 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib

ŞƏHİDLƏRİMİZ, AzTU
Tiflisdə Azərbaycan səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr ...

Tiflisdə Azərbaycan səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr ...

ŞƏHİDLƏRİMİZ, Tiflis, UNUTSAQ, UNUDULARIQ!...., Diaspora
“Azəryolservis” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

“Azəryolservis” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

ŞƏHİDLƏRİMİZ, Sosial
Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin qurbanları anılıb

Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin qurbanları anılıb

Diaspora
Qafqazşünaslıq İnstitutunda 20 yanvar anım gününə həsr edilmiş dəyirmi masa ...

Qafqazşünaslıq İnstitutunda 20 yanvar anım gününə həsr edilmiş dəyirmi masa ...

İctimai elmlər, Hüquq
Bolnisi rayonunda 20 Yanvar faciəsi anılıb

Bolnisi rayonunda 20 Yanvar faciəsi anılıb

Gürcüstan, Bolus, Diaspora
= AMEA Botanika İnstitutu və Mərkəzi Nəbatat bağında = 20 yanvar hadisələri ...

= AMEA Botanika İnstitutu və Mərkəzi Nəbatat bağında = 20 yanvar hadisələri ...

ŞƏHİDLƏRİMİZ, Biologiya və tibb elmləri, "Zirvə"
AzTU -da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib

AzTU -da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib

AzTU
Tbilisi Açıq Universitetində 20 Yanvar faciəsinin ildönümünə həsr olunan tə ...

Tbilisi Açıq Universitetində 20 Yanvar faciəsinin ildönümünə həsr olunan tə ...

ŞƏHİDLƏRİMİZ, Tiflis, UNUTSAQ, UNUDULARIQ!....
AzTU-da 20 Yanvar faciəsi anılıb

AzTU-da 20 Yanvar faciəsi anılıb

AzTU
AzTU-da 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib

AzTU-da 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib

AzTU
Gürcüstanda 20 Yanvar faciəsinə həsr olunan silsilə tədbirlər keçirilib

Gürcüstanda 20 Yanvar faciəsinə həsr olunan silsilə tədbirlər keçirilib

Gürcüstan, Tiflis, Borçalı, Bolus
AzTU-da 20 Yanvar faciəsi anılıb

AzTU-da 20 Yanvar faciəsi anılıb

AzTU
AMEA FİZİOLOGİYA İNSTİTUTUNDA 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ ANILIB

AMEA FİZİOLOGİYA İNSTİTUTUNDA 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ ANILIB

Biologiya və tibb elmləri
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının cari ilin yekunlarına dair he ...

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının cari ilin yekunlarına dair he ...

Elm, "Zirvə"
Azərbaycanın Batumidəki Baş konsulluğu 20 Yanvar faciəsi ilə bağlı tədbir t ...

Azərbaycanın Batumidəki Baş konsulluğu 20 Yanvar faciəsi ilə bağlı tədbir t ...

Batum
20 Yanvar xalqımızın tarixində qürur və iftixar hissi ilə xatırlanır

20 Yanvar xalqımızın tarixində qürur və iftixar hissi ilə xatırlanır

AzTU
Misirdə 20 Yanvar şəhidləri anılıb

Misirdə 20 Yanvar şəhidləri anılıb

Dünya, Diaspora
Azərbaycan-Gürcüstan FM radiosu 20 Yanvar faciəsi barədə məlumatlar yayıb

Azərbaycan-Gürcüstan FM radiosu 20 Yanvar faciəsi barədə məlumatlar yayıb

Gürcüstan, Tiflis
Rəy yazın: