AMEA QAFQAZŞÜNASLIQ İNSTİTUTUNDA 2O YANVARA HƏSR OİLUNMUŞ DƏYİRMİ MASA KEÇİRİLİB Elm » Digər bölmələr 18 января 2018 20 yanvar – hüzn və qəhrəmanlıq salnaməsinə həsr edilmiş dəyirmi masa 2018-ci il yanvarn 18-də AMEA Qafqazşünaslıq İnstitutunda sovet ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətl hadisəsinin 28 illiyinə həsr olunmuş dəyirmi masa keçirilmişdir.ZiM.Az xəbər verir ki, Dəyirmi masanı İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açmışdır. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. M.Qasımlı 20 Yanvar hadisəsindən danışmış, onu həm hüzn, həm də qəhrəmanlıq səhifəsi kimi səciyyələndirmişdir.Dəyirmi masada Qafqaz siyasəti şöbəsinin müdiri, t.ü.f.d., dosent Ramilə Dadaşova, Gürcüstanşünaslıq şöbəsinin müdiri, f.ü.f.d. Vahid Ömərov, Şimali Qafqaz şöbəsinin müdiri i.e.ü.f.d. Liliya Mirzəzadə, Ermənişünaslıq şöbəsinin əməkdaşı Aydın Eyvazov və digərləri çıxış etmişlər.ZiM.Az.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.