AMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunan tədbirdə iştirak ediblər Digər bölmələr, Orta Asiya 24 февраля 2017 2017-ci il fevralın 22-də Almatı şəhərində Qazaxıstan Respublikası Milli ElmlərAkademiyasının 70 illik yubileyinə həsr olunmuş Ümumi yığıncaqkeçirilib. Yubiley tədbirində QR MEA-nın həqiqi, müxbir və fəxriüzvləri, ölkənin ali təhsil müəssisələrinin rəhbərləri, elmi-tədqiqatinstitutlarının direktorları, tanınmış ictimai və mədəniyyətxadimləri, həmçinin Azərbaycan, Rusiya, Gürcüstan, Moldova, Ukrayna,Belarus, Özbəkistan, Cənubi Koreya, Çin və digər ölkələrdən gələnnümayəndə heyətləri iştirak ediblər.Ümumi yığıncaqda çıxış edən Qazaxıstan Respublikasının Prezidenti,akademik Nursultan Nazarbayev sessiya iştirakçılarını qurumun 70 illikyubileyi münasibətilə təbrik edib, Qazaxıstan elminin təşəkkülündəAkademiyanın xidmətlərindən danışıb. Hazırda Elmlər Akademiyasınınölkənin elmi-intellektual mərkəzi oduğunu qeyd edən NursultanNazarbayev dünyada fəaliyyət göstərən elmi mərkəzlərin bir-birilə sıxəməkdaşlıq etməsinin, alimlərin elmin prioritet sahələrində birgətədqiqat işləri aparmasının zəruriliyini vurğulayıb.Sonra QR MEA-nın prezidenti, akademik Murat Jurinov rəhbəri olduğuqurumun ölkə elmi, mədəniyyəti və iqtisadiyyatının inkişafındaoynadığı rolu haqqında məruzə ilə çıxış edib. Elm sahəsində həyatakeçirilən islahatlar və son nailiyyətlər haqqında danışan akademikQazaxstan alimlərinin əldə etdiyi uğurların “EXPO-2017” beynəlxalqsərgisində də nümayiş olunacağını deyib.AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən ZiM.Az-a bildiriblər ki, Yubiley tədbirində respublikamızı Azərbaycan Milli ElmlərAkademiyasının vitse-prezidenti vəzifəsini icra edən, akademik DilqəmTağıyev və AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsininrəisi, professor Əminağa Sadıqov təmsil ediblər. Təbrik nitqində birgəelmi tədqiqatların prioritet sahələrindən danışan akademik DilqəmTağıyev çoxşahəli ikitərəfli əməkdaşlığın gələcəkdə də inkişafedəcəyinə əminliyini bildirib.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.