AMEA nümayəndələri Qazaxıstan Respublikası Elmlər Akademiyasının 70 illik yubileyində iştirak edəcəklər Digər bölmələr, Orta Asiya 21 февраля 2017 2017-ci il fevral ayının 22-də Qazaxıstanın Almatı şəhərində Qazaxıstan Respublikası Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunan Ümumi yığıncaq keçiriləcək.AMEA-dan ZiM.Az-a bildiriblər ki, Yubiley tədbirində iştirak etmək üçün AMEA-nın vitse-prezidenti v.i.e., akademik Dilqəm Tağıyev və AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, professor Əminağa Sadıqov Qazaxıstanda rəsmi səfərdədirlər.Qeyd edək ki, böyük ənənələrə və zəngin təcrübəyə malik Qazaxıstan Elmlər Akademiyası dünya elminə dəyərli töhfələr vermiş nüfuzlu elm ocağıdır. AMEA ilə bu qurum arasında mövcud olan sıx əməkdaşlıq ildən-ilə inkişaf edərək daha da möhkəmlənir.Müşfui BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.