TƏBRİK EDİRİK!... DAHA BİR BORÇALI ÖVLADI - AKADEMİK RAMİZ MƏMMƏDOV AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜKAFATINA LAYİQ GÖRÜLDÜ...

TƏBRİK EDİRİK!... DAHA BİR BORÇALI ÖVLADI - AKADEMİK RAMİZ MƏMMƏDOV AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜKAFATINA LAYİQ GÖRÜLDÜ...
TƏBRİK EDİRİK!...
ƏZİZ BORÇALILILAR!..
GÖZÜMÜZ AYDIN!..

DAHA BİR BORÇALI ÖVLADI ELİMİZİN, OBAMIZIN ADINI BİR DAHA YÜKSƏKLƏRƏ QALDIRDI!..

AKADEMİK RAMİZ MƏMMƏDOV AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜKAFATINA
LAYİQ GÖRÜLDÜ...

HƏM DƏ MÜQƏDDƏS BİR BAYRAM GÜNÜNDƏ...

BƏLİ, BÖYÜK FƏXR VƏ QÜRURLA BİLDİRİRİK Kİ, BU GÜN 28 MAY - RESPUBLİKA GÜNÜNDƏ
DAHA BİR ŞAD XƏBƏR BİZİM BAYRAM SEVİNCİMİZƏ XÜSUSİ RƏNG, XÜSUSİ ÇALAR, XÜSUSİ SEVİNC QATDI...
BİZLƏRİ DAHA SEVİNDİRDİ...

Belə ki, ZiM.Az xəbər vermişdir ki, mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda Dövlətimizin başçısı 2016-cı il üçün elm və ədəbiyyat sahələrində dövlət mükafatlarını təqdim edib.

TƏBRİK EDİRİK!... DAHA BİR BORÇALI ÖVLADI - AKADEMİK RAMİZ MƏMMƏDOV AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜKAFATINA LAYİQ GÖRÜLDÜ...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "2016-cı il üçün Azərbaycan Respublikasının elm və ədəbiyyat sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında"
26 may 2016-cı il tarixli Sərəncamı ilə
2016-cı il üçün elm sahəsində Dövlət mükafatına layıq görülənlər arasında dəyərli soydaşımız, AMEA H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü, akademik, Azərbaycanda və beynəlxalq miqyasda Xəzər dənizinin tədqiqatları üzrə tanınmış tədqiqatçı, görkəmli alim, texnika elmləri doktoru, professor Ramiz Mahmud oğlu Məmmədov da var. O, bu yüksək mükafata "Azərbaycan Respublikasının coğrafiyası" üçcildlik monoqrafiyaya görə layiq görülüb.



Ramiz Mahmud oğlu Məmmədov 1950-ci ildə Ulu Borçalımızın qədim Qarayazı bölgəsindəki (indiki Gürcüstan Respublikasının Qardabani rayonundakı) Qaracalar kəndində anadan olmuşdur. 1967-ci ildə həmin kəndin orta məktəbini bitirmiş və Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) fizika fakultısinə qəbul olunmuş və 1972-ci ildə ali təhsilini başa vurmuşdur.

O, 1973-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyası Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzində elmi fəliyyətə başlamışdır. Coğrafiya İnstitunun Elmi Şurasının qərarı ilə 1975-1976-ci illərdə Moskva Okeanologiya İnstitutunda stajor olmuş, 1977-ci ildə isə həmin institutun əyani aspiranturasına qəbul olunmuşdur. 1980-ci ilin yanvar ayında Moskva Okeanologiya İnstitunun Dissertasiya Şurasında «Okeonologiya» ixtisası üzrə “Dayaz dənizlərdə və şirinsulu sututarlarında turbulent mübadilə” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi adını almışdır.

Bakıya qayıtdıqdan sonra o 1980-1985-ci illərdə Azərbaycan «Kosmik Tədqiqatlar» Elm-İstehsalat Birliyində «Xəzər elmi tədqiqat stansiyasının» müdiri vəzifəsində çalışmış, 1985-ci ildə AEA Rəyasət Heyyətinin qərarı ilə əvvəl Geologiya, 1989-cu ildə isə yenidən Coğrafiya İnstitutuna işə qaytarılmışdır.
1991-ci ildən Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzinin müdiri, 1995-2013-cü illər ərzində isə həmin institutun elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir.
2013-cü ildən AMEA H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru vəzifəsində çalışır.

1995-cı ildə „Xəzər dənizinin hidrofiziki sahələrinin dəyişkənliyi və onların çirkləndiricilərin yaılmasına təsiri“ mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru elmi adını almış, 2001-ci ildə «Coğrafiya» ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.

2009-cu ildə Azərbaycan Ali Attestasiya Komissiyasının qərarı ilə ona hidrologiya ixtisası üzrə professor elmi rütbəsi verilmişdir.

R.M.Məmmədovun elmi tədqiqatları, 40 ildən çoxdur ki, əsasən, Xəzər dənizinin ən aktual problemlərinə - hidrologiyasına, hidrometeorologiyasına, hidrofizikasına, kologiyasına, atmosferlə dənizin qarşılıqlı təsirinə, dənizdə turbulent mübadilə və turbulent diffuziyanın tədqiqinə, səviyyənin dəyişməsinə, iqlim dəyişmələrinin Xəzər dənizinə təsirinə, çirkləndiricilərin dənizdə yayılmasının fiziki-coğrafi modelinin yaradılmasına, sahil zonasının idarəçiliyi və ekocoğrafi problemlərinə, Azərbaycanda səhralaşma probleminə, landşaft planlaşdırılmasına, Xəzər dənizinin status probleminə və ümumiyyətlə, Xəzərin ekocoğrafi problemlərinin tədqiqinə həsr olunmuşdur.

Kür-Araz hövzəsinin transsərhəd su problemləri, Azərbaycanda səhralaşma prosesinin tədqiqi, landşaft planlaşdırılması və ətraf mühitin mühafizəsi də onun əsas tədqiqat istiqamətlərindəndir.

O, ilk elmi-tədqiqat işinə Xəzər dənizinin açıq hissəsində yerləşmiş tərpənməz özül üzərində başlamışdır. 1973-cü ildə, ilk dəfə olaraq tərpənməz özül üzərindən dəniz axınlarının mikropulsasiyalarını ölçməyin metodikasını işləmiş və tədqiqatlar aparmışdır. Alınan nəticələr dünya praktikasında okeanologiya elmində yenilik idi və ona görə də müəllifin aldığı nəticələr fundamental okeahologiya elminə layiqli töhfə omuş, nəticələr SSRİ EA-nın “Fizika atmosferı i okeana” və “Okeanlogiya” jurnallarında dərc olunmuşdur.

Təcrübi işlərlə yanaşı, R.Məmmədov nəzəri tədqiqatlar sahəsində də dəyərli nəticələr əldə etmişdir. Onun işləmiş olduğu yarımempirik modelə görə, dəniz səthində küləyin və istilik axını verilən halda, dənizin müxtəlif dərinliklərində temperaturun paylanmasının proqnozunu vermək, okeanologiyanın ən vacib məsələlərindən biri olan termoklinin yerləşmə dərinliyini müəyyən etmək olar. Sonralar Xəzər dənizinin sahil zonasında temperatur anomaliyalarının modelləşdirilməsi sahəsində alınan nəticələr bu istiqamətdə aparılan tədqiqatların davamıdır.

Onun elmi-tədqiqat apardığı istiqamətlərdən birini də atmosferlə dənizin qarşılıqlı təsirinin öyrənilməsi təşkil edir. Müəllif bu sahədə öz həmkarı ilə birlikdə, digər tədqiqatçılardan irəli gedərək, dəniz-atmosfer sisteminin qeyri-stasionar modelini yaratmışdır.

Çirkləndiricilərin Xəzər dənizində yayılması məsələsi R.M.Məmmədovun daimi tədqiqat obyekti olmuşdur. Bu mövzuya həsr olunmuş əvvəlki işlərdən fərqli olaraq, o təkcə dənizin bu və ya digər hissəsinin hansı dərəcədə çirklənməsi faktını tədqiq etməklə kifayətlənməmiş, müxtəlif rayonlarda, hidrometeroloji şəraitdən asılı olaraq onların yayılma qanunauyğunluqlarını tədqiq etmiş və mühüm nəticələr əldə etmişdir. Bunun üçün ən əvvəl məsələ nəzəri baxımdan araşdırılmış və sonra natural şəraitdə aparılmış təcrübi yollarla dənizdə turbulent diffuziyanın universal qanunauyğunluqları müəyyənləşdirilmişdir. Turbulent diffuziya əmsalının məkan miqyasından asılılıq qanunauyğunluğu alınmış, dənizdə temperatur, sıxlıq və axınların sürətindən asılı olaraq çirkləndiricilərin yayılma hündürlüyü və qalınlığını hesablamaq üçün nəzəri düsturlar verilmişdir. Sonralar isə həmin nəzəri düsturların doğruluğu dəniz şəratində aparılmış təcrübələrlə təsdiq olunmuşdur.

Xəzər dənizinin ətraf mühitini yaxşılaşdırmağın effektiv yollarından biri də qəza hallarında çirklənmənin operativ ləğvi üçün onların yayılma istiqaməti və arealını etibarlı proqnozlaşdırmaqdır. R.M.Məmmədov hidrometeroloji şəraiti, sahil konfiqurasiyasını və dibin morfometriyasını nəzərə almaqla Xəzərdə çirkləndiricilərin yayılmasının fiziki-coğrafi modelini yaratmış, konkret hesablamalar aparmış və təkliflər vermişdir. Müəlifin bu modeli beynəlxalq aprobasiyadan keçmiş, „Oil Spill“ və „Fluid Mekaniks“ kimi məşhur beynəlxalq elmi jurnallarda dərc olunmuşdur. Lukoyl, Exon, Bp kimi beynəlxalq şirkətlər tərəfindən Xəzər dənizində neft axtarışı, hasilatı və nəqli zamanı istifadə olunmuşdur.

Alim bu istiqamətdə işlərini müəllif sonralar da inkişaf etdirmiş, Xəzər dənizinin transsərhəd çirklənməsinin modelini işləmiş və 2000-ci ildə professor Xrist Moors ilə birgə ABŞ-nın Mülki Tədqiqatlar və İnkişaf Fondunun qrantına layiq görülmüşdür. Alınmış nəticələr dünyada bu sahədə ən samballı nəşr sayılan „Spill Science & Technology bulletin” elmi jurnalında çap olunmuşdur.

Məlumdur ki, Xəzər dənizini çirkləndirən əsas mənbələrdən biri sahil zonasında yerləşmiş sənaye və məişət obyektlərindən dənizə çirkab sularının axıdılmasıdır. Alınmış nəzəri nəticələrin tətbiqi kimi, R.M.Məmmədov nisbətən təmizlənmiş çirkab sularının Abşeron sahil zonasına axıdılmasının fiziki-okenaqrafik əsaslarını işləmiş və maksimal özünütəmizləməyə nail olmaq üçün zəruri olan buraxılış dərinliyini və sahildən məsafəni müəyyən etmişdir. Bu nəticə 1997-ci ildə Azərbaycan Ekologiya Komitəsi tərəfindən istifadə üçün Nazirlər Kabinetinə tövsiyə olunmuşdur. Xüsusi qeyd etmək lazımdır ki, bu istiqamətdə elmi praktiki işləri alim Baykal gölü və onu çirkləndirən Baykal Selluloza Zavodu üçün də aparmışdır.

Uzun illərin tədqiqatları nəticəsində Xəzər dənizinin əsas çirklənmə mənbələri müəyyənləşdirilmiş, onların təsnifatı verilmişdir.

2000-ci ildə alimin „Xəzər dənizinin hidrofiziki sahələrin dəyişkənliyi və onların çirklənmənin yayılmasına təsiri“ kitabı nəşr olunur.

Xəzər dənizinin əsas problemlərindən biri olan səviyyənin dəyişməsi və onun uzunmüddətli proqnozunun işlənməsi 1985-ci illərdən başlayaraq R.M.Məmmədovun tədqiqatlarında xüsusi yer tutmuş və müəllif bu sahədə də dəyərli nəticələr əldə etmişdir. Apardığı mühüm elmi axtarışlar səviyyə dəyişmələrinin səbəblərini izah etməyə həsr edilmiş, səviyyə dəyişmələrinin kompleks model-sxemi tərtib olunmuş və onun birinci yaxınlaşmada proqnozu verilmişdir. Xəzər dənizi səviyyəsinin kəskin qalxdığı 1978-1995-ci illərdə tədqiqtçıların onun bundan sonra da qalxacağı proqnozunu versə də 1993-cü ildə R.M. Məmmədov birgə müəlliflə onun səviyyəsinin qalxmasının 1996-cı ildə dayanacağı haqqında proqnoz verdi və bu sonralar özünü doğrultdu. Alınmış nəticələr Parisdə və Tehranda keçirilmiş beynəlxalq simpozium və konfraslarda məruzə olundu və sonralar Bakı bərəsinin və şəhərin sahil zonasındakı milli parkın yenidən layihələşdirilməsində istifadə olunur.

Bu istiqamətdə aparılmış axtarışlardan alınmış vacib nəticələrdən biri Xəzər dənizi səviyyəsi və onun hövzəsinin hidroiqlim şəraitinin ssenarilirənin işlənməsi və onların proqnostik qiymətləndirilməsidir.

Qlobal iqlim dəyişmələri R.Məmmədovun tədqiqatlarından kənarda qalmamışdır. O 1995-ci ildə UNEP proqramı çərçivəsində Azərbaycan Respublikasının ilk Milli Hesabatının müəllifidir. 1998-ci ildə Helsinkidə „İqlim və su“ mövzusunda keçirilmiş beynəlxalq simpoziumda „İqlim anomaliyalarının Xəzər dənizinin səviyyəsinə təsiri“ mövzusunda məruzə ilə iştirak etmişdir. 2008-ci ildə ABŞ-nın Mülki Tədqiqatlar və İnkişaf və Azərbaycan Elm Fondunun „İqlim dəyişmələri və Xəzər dənizinin ekosistemi, model tədqiqatları” mövzusunda birgə qrantına layiq görülmüşdür.

1999-cu ildən başlayaraq onun elmi fəaliyyətində yeni istiqamət, Azərbaycan Respubliksı ərazisinin səhralaşma problemləri xüsusi yer tutur. Bilavasitə onun rəhbərliyi və iştirakı ilə Yer planetinin tədqiqi üçün buraxılmış süni peyklərdən alınmış rəqəmli kosmik şəkillər emal edilmiş, respublikanın 35 min kv.km. ərazisi üçün səhralaşmanın növü, dərəcəsi, yayılma arealı xəritələri tərtib olunmuş, bu neqativ hallara qarşı mübarizə tədbirləri tövsiyə olunmuşdur. Avropa standartlarına uyğun bu elmi tədqiqat işləri Azərbaycanda səhralaşmanın tədqiqinə həsr olunmuş birinci və hələlik yeganədir. R.Məmmədov aldığı nəticələri beynəlxalq konfraslada məruzə etmiş, onun təşkilatçılığı və sədrliyi ilə 2002-ci ildə Tbilisi şəhərində bu mövzuda Beynəlxalq Konfrans keçirilmlşdir. Tbilisi şəhərində keçirilmiş „Qafqaz ölkələri dağ regionlarının davamlı inkişafı (2003)“, „Qlobal iqlim dəyişmələri və Qafqaz regionunda quraqlıq proplemi (2004)“, Nikosiya şəhərində isə „Aralıq dənizi regionunun ətraf mühit problemləri (2002)“ beynəlxalq konfraslarına da o, sədrlik və həmsədrlik etmişdir.

R.M.Məmmədovun tədqiqatları öz novatorluğu ilə həmişə fərqlənmişdir. Bu baximdan, Avropa üçün də yenilik olan, Landşaft Planlaşdırılmasına dair onun elmi-praktiki işlərini misal göstərmək olar. Hazırda təbiətdən istifadənin və təbiəti mühafizənin ən müasir vasitələrindən biri sayılan bu metod ilə o ilk dəfə Şirvan Milli Parkı və onun ətraf zonası üçün landşaft planlaşdırılması aparmış, onun inkişafının sahə və inteqrasiya olunmuş məqsədlərini işləmiş, əsas istiqamətlərin və tədbirlərin konsepsiyasını hazırlamışdır. GİS mühitində ayrı-ayrı təbii komponentlərin əhəmiyyətlilik, həssaslıq və inkişafın məqsədləri, bütün ərazi üçün isə landşaft, torpaqdan müasir istifadə, konfliktlər, məqsədlər və tədbirlər xəritələrini tərtib etmişdir. Müəlif bu mövzuda ingilis və azərbaycan dillərində monoqrafiya yazmış, hazırladığı kitablar Avropa İttifaqının Birləşmiş Transsərhəd Katibliyinin dəstəyi ilə Tbilisi şəhərində çap olunmuşdur.

Alimin yaradıcılığında novatorluq cəhətlərdən biri də Xəzər dənizinin tədqiqində yeni texnologiyaların tətbiqidir. Əvvəllər aparılmış tədqiqatların əhəmiyyətini azaltmayaraq qeyd etmək lazımdır ki, onlar real zaman miqyasında müşahidə aparmaq imkanından məhrum idilər və burada çıxış yolu dənizin bir rayonunda alınmış nəticələri digər ərazilərə ekstropolyasiya etmək idi. Nəticədə bu yolda heç də həmişə adekvat nəticələr alınmırdı.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, elmi-texniki prosesin inkişafı nəticəsində Yerin süni peyklərindən yeni müşahidə texnologiyası və metodları yaranmış, onlardan dünya okeanı və dənizlərinin hamısında, Xəzər müstəsna olmaqla, istifadə olunmuşdur.

Bu boşluğu doldurmaq üçün R.M.Məmmədov xeyli cəhd və təşəbbüs göstərmiş, beynəlxalq elm fondlarının dəstəyi ilə Xəzər dənizində su dövranlarının tədqiqi üçün yeni və həm də daha adekvat nəticə verən “drifter” metodunu tətbiq etmiş və yerin süni peyki ilə qurulmuş əlaqə ilə alınmış məlumatlar əsasında Xəzər dənizinin su dövranlarını tədqiq etmiş, əvvəllər bir çox tədqiqatçıların tərtib və təklif etdiyi axınlar sisteminə əsaslı düzəlişlər vermişdir.

Xəzər dənizinin tədqiqinə aid yeni texnologiyalardan biri onun səviyyə dəyişkənliyi, çirklənməsi və başqa problemlərinin öyrənilməsində yerin süni peyklərindən radar altimetriyası ilə tədqiqatların aparılmasıdır. Bu işi o ilk dəfə 2004-cü ildə Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzi ilə başlamış və daha sonra İtaliya, Böyük Britaniya və Alman alimləri ilə tədqiqatlar davam etdirilmiş, nəticələr 2005-ci ildə Venetsiyada “Radar Altimetriyasının 15 illiyinə” həsr olunmuş beynəlxalq simpoziumda təqdim olunmuşdur. Alim bu beynəlxalq simpoziumda da məruzə ilə iştirak etmişdir. Bu tədqiqatlarda əsas məqsəd Xəzər dənizində daimi işləyən Çevik-Monitorinq-Nəzarət-Sisteminin (ÇMNS) yaradılmasıdır. Tədqiqatların nəticəsi məşhur Şpringer nəşriyyatının dəstəyi ilə müəllifin Avropa həmkarları ilə yazdığı kitabda öz əksini tapmışdır.

Onun Xəzər dənizinin informasiya bazasının yaradılmasında da fəaliyyətini qeyd etmək lazımdır. O, Beynəlxalq Okeanologiya Məlumatları və Mübadiləsi Mərkəzinin Azərbaycan üzrə milli koordinatorudur, Xəzər dənizinin informasiya bazasının yaradılması sahəsində Avropa İttifaqının 6 və 7-ci Çərçivə Proqramlarının qrantına layiq görülmüşdür. 1997-ci ildə o, 275 xəritədən ibarət olan “Xəzər dənizinin hidrometeoroloji atlasını” tərtib etmişdir.

Kür-Araz hövzəsinin transsərhəd su problemlərinin tədqiqi də alimin elmi axtarışlarının maraq dairəsindədir. Bu mövzuda önəmli məqamlardan biri onun 2009-cu ildə Cenevrə şəhərində Birləşmiş Millətlər Liqasının “Daşqınların yaranmasının transsərhəd risklərinin idarə olunması” mövzusunda keçirdiyi beynəlxalq seminarda “Su resurslarının inteqrasiya olunmuş metodu ilə Kür hövzəsində daşqınların qarşısının alınması” mövzusunda etdiyi məruzədir.

R.Məmmədov Xəzər dənizində keçirilmiş 15-dən çox dəniz ekspedisiyanın iştirakçısı və çoxunun rəhbəri olmuş, onların tədqiqat planını tərtib etmişdir. O öz tədqiqatları ilə Sakit, Hind okeanlarında, Qara və Baltik dənizlərində, Baykal gölündə keçrilən bir neçə beynəlxalq ekspedisiyaların da iştirakçısı olmuşdur.

2005-ci ildə R.Məmmədov rus alimləri ilə birgə Moskvanın „Nauka“ nəşriyyatının sifarişi ilə „Xəzər dənizinin müasir vəziyyəti“ monoqrafiyasını yazıb. Monoqrafiyada müəlliflər Xəzər dənizinə aid öz tədqiqatlarının nəticələrini təqdim etməklə yanaşı onun müasir vəziyyəti ilə bağlı yeni ümumiləşdirmə verirlər və problemə öz münasibətlərini açıqlayırlar.

2007-ci ildə R.M.Məmmədovun “Hidrometeoroloji dəyişkənlik və Xəzər dənizinin ekocoğrafi problemləri” kitabı işıq üzü görür. Bu monoqrafiyada müəllifin, əsasən, özünün bu sahədə uzunmüddətli tədqiqarlarının ümumiləşdirilmiş nəticələri verilmişdir.

2007-ci ildə alimin gürcü həmkarları ilə birlikdə “Qəza və risklərin coğrafiyası (Qafqaz-Pont regionun rütubətli subtropik zonaları” kitabı Tbilisi şəhərində işıq üzü görür. Gürcüstan və türk alimləri ilə elmi əməkdaşlığı davam etdirən alim 2007-ci ildə Tbilisidə öz həmkarları ilə birgə “Cənubi Qafqazda ətraf mühitin antropogen transformasiyası” kitabını çap etdirir.

R.Məmmədov Azərbaycanda və dünyada, beynəlxalq elm aləmində Xəzər dənizinin tədqiqatları üzrə tanınmış tədqiqatçı-alim və böyük çəkisi olan mütəxəssisdir.
Onun elmi əsərləri dünyanın məşhur elmi juranlları və nəşriyyatlarında (“Şpringer”, “Nauka”, “Akademik Qluavert” və s.) çap olunmuşdur. 250-yə qədər elmi məqalənin, 9 monoqrafiyanın, 1 coğrafi atlasın və 20-yə qədər beynəlxalq elmi layihənin müəllifidr. 20-yə qədər işi AMEA-nın mühüm nəticələrinin siyahısına daxil edilmişdir.
1980-1986-cı illərdə Qarşılıqlı İqtisadi Yardım Şurası ölkələrinin icra etdiyi "Dünya okeanı" mövzusunun idarə heyətinin üzvü olmuşdur.
O, Sakit, Hind və Atlantik okeanlarında beynəlxalq ekspedisiyaların öz tədqiqat mövzusu ilə iştirakçısı olub.
Azərbaycan Respublikasında Xəzərin kompleks tədqiqat planının tərtib etmiş və Bakıda Xəzərə aid beynalxalq və respublika konfranslarının keçirilməsinin təşkilatçısı və aktiv iştirakçılarından biridir.
Təkcə son 10 ildə 30-a qədər ölkədə keçirilmiş beynəlxalq simpozium, konfrans, seminar və toplantıların iştirakçısı olub, məruzə ilə çıxış etmiş, bəzilərinə isə sədrlik etmişdir. O, ümumiyyətlə götürdükdə dünyanın 82 şəhərində (Paris, San-Fraçisko, Brussel, London, Afina, İstanbul, Tokio, Helsinki, Brisbon, Sinqapur, Moskva, Sankt-Beterburq, Pissa, Buxarest, Berlin və s.) müxtəlif elmi toplantıların iştirakçısı olmuşdur, hazırda dünyanın 35-dən çox elmi tədqiqat institut və unversitetli ilə əməkdaşlıq edir.
ABŞ-nın Mülki Tədqiqatlar və İnkişaf Fondu, Avropanın Kopernikus, İNTAS, Çərçivə Proqamı 6 və 7, NATO-nun „Elm Sülh Naminə“ və s. beynəlxalq fondların elmi qrantlarına layiq görülmüşdür.
Avropa və ABŞ-nın bir neçə aparıcı alim və universitetləri ilə birgə elmi-tədqiqat işlərinin icrasını davam etdirir.

Onun məqalə və kitablarının xeyli hissəsi xaricdə, bu sahədə dünyanın ən nüfuzlu jurnallarında və nəşriyyatlarında dərc olunmuşdur. O, 40-a qədər ölkədə keçirilmiş beynəlxalq elmi simpozium və konfranslarda məruzələrlə çıxış etmişdir, BMT, YUNESCO, Avropa Birliyi və s. beynəlxalq qurumların elmi və ekoloji təşkilatlarında ölkəmizi təmsil edir.

TƏBRİK EDİRİK!... DAHA BİR BORÇALI ÖVLADI - AKADEMİK RAMİZ MƏMMƏDOV AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜKAFATINA LAYİQ GÖRÜLDÜ...
Nəhayət, böyük qürur və sevinclə qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "2016-cı il üçün Azərbaycan Respublikasının elm və ədəbiyyat sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında" 26 may 2016-cı il tarixli Sərəncamı ilə AMEA H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Mahmud oğlu Məmmədov "Azərbaycan Respublikasının coğrafiyası" üçcildlik monoqrafiyaya görə 2016-cı il üçün elm sahəsində Dövlət mükafatına layıq görülmüşdür.

Bu yüksək mükafata layiq görülməsi münasibətilə dəyərli soydaşımız, AMEA H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü, akademik, Azərbaycanda və beynəlxalq miqyasda Xəzər dənizinin tədqiqatları üzrə tanınmış tədqiqatçı, görkəmli alim, texnika elmləri doktoru, professor Ramiz Mahmud oğlu Məmmədovu bütün Borçalılılar adından ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, elmi və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
"Ziya" qəzetinin və "ZiM.Az" saytının Baş redaktoru.




Akademik Ramiz Məmmədovun kitabları:

1. Изменчивость гидрофизических полей и распространение загрязнителей в Каспийском море ("Xəzər dənizinin hidrofiziki sahələrin dəyişkənliyi və onların çirklənmənin yayılmasına təsiri") // Баку. 2000, Изд. «Элм». 185 с.

2. Современное состояние Каспийского моря // Изд. Наука. Москва. 2005, 354 с. (Соавторы: Панин Г.Н., Митрофанов И.В.).

3. Гидрометеорологическая изменчивость и экогеографические проблемы Каспийского моря // Изд. «Елм». 2007, Баку. 454 с.

4. География катастроф и риска (зоны влажных субтропиков Кавказско-Понтийского региона) ("Geography of catastrophes and risk") // Тбилиси. 2007, 358 с. (Соавторы: Бондырев И.В., Таварткиладзе А.М., Литвинская С.А.).

5. Антропогенная трансформация природной среды Южного Кавказа ("Antropogenic transformation of the South Caucasus natural ambience") // Тбилиси. 2008, 450 с. (Совторы: Бондырев И.В., Таварткиладзе А.М).

6. Azərbaycanda Landaşft Planlaşdırılması (ilk təcrübə və tətbiq) R.M.Məmmədov. Bakı, 2009.

7. Piloting Landscape Planning in the Countries of the Southern Caucasus. Hovik Sayadyan, Nodar Elizbarishvili, Ramiz Mammadov, Michael Garforth, Baku, Tbilisi, Yerevan, 2009.


Atlas:

“Xəzər dənizinin hidrometeoroloji atlası” - 2014;


R.M.Məmmədovun AMEA-nın ən mühüm nəticələr siyahısına daxil olmuş işləri:

1. İlk dəfə «Azərbaycanın Konstruktiv Coğrafiyası» (1-ci hissə) monoqrafik əsəri yazılmışdır. Bu əsərdə Azərbaycan Respukblikasının təbii şəraiti, ehtiyatları, ekoloji-coğrafi problemləri və ətraf mühitin mühafizə məsələləri öz əksini tapmış, onların elmi-nəzəri, eləcə də praktiki əhəmiyyəti qabarıq şəkildə izah edilmişdir (Birgə müəlliflər: B.Ə.Budaqov, N.Ş.Şirinov, Ə.C.Əyyubov, Ə.V.Məmmədov).1991.

2. İlk dəfə olaraq külək sürətinin sahildə sabit verildiyi hal üçün dəniz səthinin və atmosferin dənizə yaxın qatlarının dinamik xarakteristikalarını (küləyin dənizdə qeyd olunmuş sürəti u (x, y, z, t) müqavimət ( Cu) və kələkötürlük ( Zo), hərəkət miqdarı seli ( mu) təyin etmək üçün fiziki-riyazi model tərtib olunmuşdur (Birgə müəllif: A.İ.Hümbətov).1993.

3. İlk dəfə Xəzər dənizi səviyyəsi tərəddüdü ilə günəş aktivliyi arasındakı əlaqə müəyyənləşdirilmiş, səviyyənin gələcək dəyişməsi üçün yarımempirik düstur alınmış və onun birinci yaxınlaşmada proqnozu verilmişdir (Birgə müəllif: A.İ.Hümbətov).1993.

4. Orta Xəzərin qərb hissəsinin sahil zonası üçün çirkləndiricilərin keyfiyyət və kəmiyyət səciyyəsinin dinamikası öyrənilmiş, turbulent diffuziya tənliyinin köməyi ilə müəllif hidrometeroloji hallar üçün onların yayılmasının proqnozunu vermişdir (Birgə müəlliflər: T.M.Tatarayev, N.İ.Ağalarova). 1994.

5. İlk dəfə olaraq Xəzər dənizinin Abşeron yarımadasının şimal sahil zonası üçün fiziki-coğrafi model hazırlanmış, küləyin dəniz axınlarının sürəti, turbulent mübadilə əmsalı və sahil konfiqurasiyası nəzərə alınaraq çirkləndiricilərin yayılma proqnozu verilmişdir. (Birgə müəlliflər: T.M.Tatarayev, N.İ.Ağalarova). 1995.

6. İlk dəfə olaraq Abşeron yarımadasının şimal sahil zonası üçün fiziki-coğrafi model hazırlanmış və küləyin dəniz axınlarının sürəti, turbulent mübadilə əmsalı və sahilin konfiqurasiyası nəzərə alınmaqla çirkləndiricilərin yayılma proqnozu verilmişdir. 1996.

7. İlk dəfə olaraq, axırıncı qalxma dövrü üçün, atmosfer dövranları makroformullarının təkrarlanması ilə (W, E, C) Xəzər dənizi səviyyəsinin dəyişmələri arasında yüksək əlaqə olduğu aşkar olunmuş, onların korrelyasiya əmsalları hazırlanmış və reqressiya tənlikləri qurulmuşdur (Birgə müəllif: Y.Hadıyev). 1998.

8. İlk dəfə olaraq Xəzər dənizində buxarlanmanı təyin edən hidrometeoroloji parametrlərin ortalaşdırılması xətaları tədqiq edilmiş, onların məkan-zaman dəyişkənliyi və səviyyə tərəddüdləri ilə əlaqələri öyrənilmişdir. Dəniz səthindən buxarlanma intensivliyinin zaman spektrində illik, mövsümü və aylıq maksimumlar aşkar edilmişdir (Birgə müəlliflər: T.M.Tatarayev, N.İ.Əhmədov, A.İ.Hümbətov). 1998.

9. İlk dəfə elektron-tematik xəritələr əsasında Xəzər dənizinin 250 xəritədən ibarət kompleks coğrafi Atlası tərtib olunmuşdur. Redaktorlar: akad.A.Əlizadə, akad.B.Budaqov. 1999.

10. İlk dəfə olaraq Azərbaycanın Xəzərətrafı regionlarında müxtəlif dövrlərin (son 20 il) aerokosmik şəkillərinin deşifrlənməsi ilə aparılan tədqiqatlar nəticəsində təbii antropogen amillərin təsiri ilə səhralaşma prosesinin sürətlənməsi aşkar olunmuşdur ki, bu da torpaq örtüyünün şoranlaşması deflyasiyası proseslərini gücləndirmiş, yeni şoranlıqların meydana gəlməsinə, qumların hərəkət sürətinin fəallaşmasına və bitki örtüyünün qalofitizasiyası prosesnin güclənməsinə səbəb olmuşdur. Tədqiqatlar nəticəsində səhralaşma prosesinin sürətlənməsinə qarşı bir sıra mübarizə tədbirləri işlənib hazırlanmışdır (Birgə müəlliflər: B.Ə.Budaqov, A.A.Mikayılov, S.Quliyeva, . X.R.İsmətova). 2001.

11. İlk dəfə нeni metodika və texnologiya əsasında rəqəmli kosmik şəkillərdən istifadə etməklə (LANDŞAFT-aprel 2000) Abşeron yarımadasının səhralaşmanın növü, dərəcəsi, torpaq istifadəsi və 2010-cu il üçün landşaftların səhralaşma riski (proqnozu) xəritələri ( 1:1 00000 miqyaslı) tərtib olunmuşdur. 1984-2000-ci il müddətində tədqiqat aparılan rayonda güclü və çox güclü səhralaşmaya məruz qalan ərazilərin sahəsi antropogen və Xəzər dənizinin səviyyəsinin qalxması ( qrunt sularının səviyyəsinin qalxması, bataqlaşma, şorlaşma) amillərinin təsiri nəticəsində 450 kv km-ə qədər artmışdır (Birgə müəlliflər: B.Ə.Budaqov, A.A.Mikayılov, X.R.İsmətova). 2001

12. Xəzər dənizinin səviyyə dəyişkənliyini törədən amillərin və ekoloji şəraitin tədqiqi. İlk dəfə olaraq Xəzər dənizində çirkləndiricilərin müxtəlif hidrometeoroloji şəraitdə yayılmasının kompleks fiziki-coğrafi modeli işlənmişdir. Bu model artıq neft ləkələrinin sərhədlərarası yayılması proqnozlaşdırılmasında tətbiq edilmişdir. 2004.

13. Xəzər dənizi regionunda atmosferin yerüstü dövranlar dəyişməsinin qanunauyğunluqlarının tədqiqi əsasında, xəzər səviyyəsinin müasir dəyişmələrində, payız-qış müddətində, zonal istiqamətli küləklərin sürətinin modulunun statistik əhəmiyyətli azaldığı və bunun nəticəsində regionda buxarlanmanın intensivliyinin zəiflədiyi müəyyən edilmişdir (Birgə müəllif: Q.Panin (RAN). 2005.

14. İlk dəfə olaraq drifterlər vasitəsilə (laqranş təsviri) yerin süni peyklərindən Xəzər dənizinin axınlar sistemi öyrənilmiş və indiyə qədər mövcud olan axın sxemlərinin həqiqətə uyğun olmadığı müəyyən olunmuşdur (Birgə müəlliflər: E.Özsoy (Türkiyə), Q.Karatayev (Ukrayina). 2006.

15. Xəzər dənizi səviyyəsinin qalxmasının sahil zonasındakı sosial-iqtisadi və ekoloji nəticələrini qiymətləndirmək üçün universal metodika işlənmişdir. Azərbaycan sahillərinin həssas hissələri müəyyənləşdirilmiş, işlənmiş metodika bu ərazilərə tətbiq olunmuşdur. Sahil zonasının idarəçiliyi üçün strategiya hazırlanmış, onun mühafizəsi üçün elmi əsaslı təkliflər verilmişdir. 2007.

16. İlk dəfə Şirvan Milli Parkı və onun ətraf ərazilərində landşaft planlaşdırılması aparılmış, onun inkişafının sahə və inteqrasiya olunmuş məqsədləri işlənilmiş, əsas istiqamətlərin və tədbirlərin konsepsiyası hazırlanmışdır. GİS mühitində ayrı-ayrı təbii komponentlərin əhəmiyyətlilik, həssaslıq və inkişafın məqsədləri, bütün ərazi üçün isə landşaft, torpaqdan müasir istifadə, konfliktlər, məqsədlər və tədbirlər xəritələri (cəmi 16) tərtib olunmuşdur. 2008.

17. İlk dəfə Azərbaycan coğrafiya elmində Landşaft Planlaşdıtılmasına (LP) aid monoqrafiya yazılmış, Azərbaycan və ingilis dillərində nəşr edilmişdir. Kitablarda LP-nin konsepsiyası, mahiyyəti, məzmunu, məqsədləri və metodları təqdim olunur, onun icra mərhələləri, ərazi inkişafının sahə və inteqrasiya olunmuş məqsədləri, konsepsiyaları, xəritələrin tərtib olunmasının yeni texnologiyası verilir. Kitabda verilən metodika Şirvan Milli Parkı və onun ətraf ərazilərinin landşaft planlaşdırılmasında tətbiq olunur. 2009.


R.M.Məmmədovun son 10 ildə beynəlxalq təşkilatlarin qrantlari əsasinda həyata keçirdiyi layihələr:

1. Xəzər dənizinin ətraf mühiti və sənayesi haqqında informasiya xidmətinin yaradılması. Layinəni verən: Avropa İttifaqının Çərçivə Proqramı - 7. İcra müddəti: 2009-2010-cu illər.Qrup rəhbəri. 2009.

2. İqlim dəyişmələri və Xəzər dənizinin ekosistemi: model tədqiqatları. Layihəni verənlər: ABŞ-ın Mülki Tədqiqtalar və İnkişaf Fondu, Azərbaycanın Milli Elm Fondu. İcra müddəti: 2008-2009-cu illər. Layihə direktoru.

3. Xəzər dənizi ekosisteminin fənnlərarası analizi (MACE). Layinəni verən: NATO Elm Sülh Naminə Proqramı. İcra müddəti: 2006-2009-cu illər.Tərəfdaş ölkələr tərəfindən layihənin direkroru.

4. Landsat süni peykinin məlumatlarının emalı nəticəsində dəniz səthinin məsafədən deteksiya olunması. Layihəni verən: Lukoyl şirtkəti. İcra müddəti: 2008-ci il. Layihə direktoru. 2008.

5. Cənubi Qafqazda Landşaft Planlaşdırılması. Layihəni verən: Berlin Texniki Universiteti, Almaniyanın Federal Təbiəti Mühafizə Cəmiyyəti. İcra müddəti: 2007-2008-ci illər. Layihə direktoru.

6. Peyk altimetriyasının sahil regionlarına tətbiqi və tədqiqi (ALTICORE). Layinəni verən: Avropa İttifaqının İNTAS proqramı. İcra müddəti: 2007-2008-ci illər. Qrup rəhbəri.

7. Müxtəlif müşahidə vasitələrindən (məsafədən və yerdən) istifadə etməklə neft ləkələrinin monitorinqi: multi-sensor, multi platforma yanaşmaları (MOPED). Layinəni verən: Avropa İttifaqının İNTAS proqramı. İcra müddəti: 2007-2008-ci illər. Qrup rəhbəri.

8. Ekoloji biliklərin artırılması və ekoloji təhsil mərkəzinin yaradılması. Layihəni verən: Avropa İttifaqı, Qafqaz Regional Ekoloji Mərkəzi. İcra müddəti: 2006-cı il. Layihə direktoru.

9. Xəzər dənizi səviyyəsi dəyişməsinin peyk altimetriyası vasitəsi ilə tədqiqi. Layihəni verən: Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzi – ECO/NET proqramı. İcra müddəti: 2005-2006-cı illər. Layihə direktoru.

10. Ətraf mühitin proqnozlaşdırılması üçün müşahidə sisteminin təşkili. Layihəni verən: NATO Müasir Cəmiyyətin Problemləri Komitəsi. İcra müddəti: 2004-cü il. Qrup rəhbəri.

11. Xəzər dənizində Neft ləkələrinin və qazokondenastın qəza hallarında neft platforması və borudan dağılmasının modelləşdirilməsi. Layihəni verən: BP şirkəti. İcra müddəti: 2004-cü il. Layihə direktoru.

12. Azərbaycan Respublikasında iqlim dəyişmələri. Layihəni verən: Global Ekoloji Fond/UNDP. İcra nüddəti: 2002-ci il. Qrup rəhbəri.

13. Müxtəlif hidrometeoroloji şəraitdə Xəzər dənizində neft ləkələrinin yayılmasının modelləşdirilməsi. Layihəni verən: Exon/mobile şirkəti. İcra müddəti: 2002-ci il. Layihə direktoru.

14. Ətraf mühit, informasiya mərkəzləri və xidmətləri üçün Xəzər elmi şəbəkəsinin işlənilməsi. Layihəni verən: Avropa İttifaqı Çərçivə Proqramı – 6. Copernikus-2. İcra müddəti 2000-2001-ci illər. Qrup rəhbəri.

15. Xəzər dənizində müxtəlif hidrometeroloji şəraitdə çirkləndiricilərin transsərhəd yayılmasının fiziki-coğrafi modeli. Layihəni verən: ABŞ Mülki Tədqiqatlar və İnkişaf Fondu. Kooperativ qrant proqramı. İcra müddəti: 2000-2001-ci illər. Layihənin direktoru.

16. Xəzər dənizi səviyyəsinin qalxmasının ətraf regionların səhralaşma prosesinə təsiri. Layihəni verən: Avropa İttifaqı, TACİS proqramı. İcra müddəti: 1999-2000-ci illər. Layihə direktoru.

17. Mayami Universiteti, Rozental adına dəniz və atmosfer elmləri mərkəzinə üç aylıq ezamiyyət. Layinəni verən: NATO Elm Sülh Naminə Proqramı. İcra müddəti: 1999-cu il. Layihə direkroru.

18. Azərbaycanda iqlim dəyişmələri, milli hesabat. Layihəni verən: Dünya Bankı, Azərbaycan Hidrometeorologiya Komitəsi. İcra müddəti: 1999-cu il. Qrup rəhbəri.

19. Bakı Buxtasının təmizlənməsi. Layihəni verən: IWACO, Niderland. İcra müddəti: 1998-ci il. Qrup rəhbəri.

20. Xəzər dənizi üzrə metaməlumatlar bazasının yaradılması. Layihəni verən: Xəzər Ekoloji Proqramı, Dünya Bankı, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı, TACİS. İcra müddəti: 1998-ci il. Qrup rəhbəri.

21. Xəzər dənizinin transsərhəd diaqnostik analizi. Layihəni verən: Xəzər Ekoloji Proqramı, Dünya Bankı, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı, TACİS. İcra müddəti: 1998-ci il. Qrup rəhbəri.

22. Xəzər dənizinin sahil zonasında axınların monitorinqi. Layihəni verən: BP/AMOCO alyansı. İcra müddəti: 1998-ci il. Layihənin direktoru.

23. İqlim dəyişmələrinin Azərbaycanda təzahürləri. Layihəni verən: Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı, Azərbaycan Dövlət Ekologiya Komitəsi.



Məqalələri (seçilmiş):

1. Экспериментальное исследование диффузии струй пассивной примеси в поверхностном слое моря // Океанология. 1976,т. 16. №8, с. 990-994. (Соавтор: Журбас В.М).

2. Оценка параметров турбулентности в Каспийском море по данным инструментальных наблюдений над течениями // Изв. АН Азерб. ССР серия Наук о Земле. 1983,№6. с. 97-104.

3. Влияние физико-океанографических факторов на распространение сточных вод в прибрежной зоне Апшеронского полуострова // Изв. АН Азерб. ССР. серия Наук о Земле. №6. с. 93-100. (Соавторы:Гумбатов А.И., Агаларова Н.М., Халилов А.И.).

4. Long-term prognosis of the Caspian Sea-level // Regional Workshop on Coastal Zone Management. Chabahar. İslamicRepublicIran. 1996 (with Humbatov A.I.)

5. Impact climate anomalies on the level of the Caspian Sea // The Second International Symposium On “Climate and Water”. 1998, Espoo. Finland. p. 972-980. (with Hadiyev Y. and Kulizade L.).

6. Prediction of the Oil Transport and Dispersal in the Caspian Sea Resulting from a Continuous Release // Spill Science & Technology bulletin. 2000, Vol. 6. No 5/6. p. 323-339 (with Mooers N. K., Korotenko K.A.).

7. Моделирование процесса формирования температурной аномалии в прибрежной зоне Каспийского моря // Океанология. 2000, т.40. №4. с. 500-508. (Cоавтор: Коротенко К.А.).

8. Caspian Sea Level and Ecological problems // International Symposium on the Problems of the RegionalSeas. 2001, Istanbul-Turkey. p.1-11.

9. Prediction of the Transport and dispersal of Oil in the South Caspian Sea Resulting from Blowouts // J. Environmental Fluid Mechanics 1. Kluwer Academic Publishers. 2002, p. 383–414. (with Korotenko K.A. and Mooers C.N. K.).

10. Transboundary water problems in the Kura – Araks basin // NATO Advanced Research Workshop “Transboundary water resources: strategies for regional security and ecological stability. Novosibirsk. 2003, p. 93-108. (with Mansimov M.R., Ismatova Kh.R.).

12. Particle tracking method in the approach for prediction of oil slick transport in the sea: modelling oil pollution resulting from river input // J. Marine Systems. 2003, 48. p. 159-170. (with Korotonke K.A.).

13. Remote sensing data and GIS technology application far analyze of natural and social-economical characteristics of Azerbaijan offshore zone // Science without borders. Transactions of the InternationalAcademy of Sciences H&E, 2005, Vol. 2. p.191-200. (with Mekhtiyev A.Sh., Ismatova Kh. R., Budaqov B.A.).

14. Dynamics of processes desertification in east part of the AzerbaijanRepublic // NATO Advanced Research Workshop. Bishkek. 2006. p.38-41. (with Ismatova KH.R, Mikailov A.A., Mansimov M.R.).

15. Assessment of anthropogenic loads on landscapes as a tool to determine the potential for sustainable regional development: case study from Azerbaijan // Environment, Development and Sustainability. Springer. 2007, v.9. No.2. p. 131-142. (with Mustafayev B.N.).

16. Integrated water resources management for seven selected wetlands in Urmia lake basin // ANA of Sciences. Proceedings the Sciences of Earth. 2009, No1. p. 80-88. (With Bagherzadeh K. M.).

17. Современные изменения режима атмосферных осадков на территории Азербайджана // География и природные ресурсы. Новосибирск. 2009, № 4. (Соавторы: Сафаров С.Г., Сафаров Э.С.).

19. Landscape planning in South Caucasus // Tbilisi. 180 p. (with Elizbarashvili N., Sayadyan O.).




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Akademik Ramiz Məmmədov

Akademik Ramiz Məmmədov "ŞÖHRƏT" ordeni ilə təltif olunub

Digər bölmələr, Qarayazı, Təbriklər
Azərbaycanlı alim Rusiyada Xəzər dənizinin rekreasiya zonasının ekoloji-gig ...

Azərbaycanlı alim Rusiyada Xəzər dənizinin rekreasiya zonasının ekoloji-gig ...

Biologiya və tibb elmləri
Akademik Ramiz Məmmədov İranda beynəlxalq konfransda iştirak edir

Akademik Ramiz Məmmədov İranda beynəlxalq konfransda iştirak edir

Digər bölmələr, Qarayazı
Yer Elmləri Bölməsinin növbəti büro iclası keçirilib

Yer Elmləri Bölməsinin növbəti büro iclası keçirilib

Digər bölmələr
SAHİL ZAHİD OĞLU HƏMİDOV  (1981)

SAHİL ZAHİD OĞLU HƏMİDOV (1981)

Başkeçid
Elçin Babayev BDU-nun yeni rektoru təyin olunub

Elçin Babayev BDU-nun yeni rektoru təyin olunub

Rəsmi Xəbərlər, BDU
AMEA Botanika İnstitutunda innovativ layihələr həyata keçirilir

AMEA Botanika İnstitutunda innovativ layihələr həyata keçirilir

Elm, Biologiya və tibb elmləri, "Zirvə"
Azərbaycanın görkəmli botanik alimi Tofiq Məmmədovun 60 yaşı tamam olur...

Azərbaycanın görkəmli botanik alimi Tofiq Məmmədovun 60 yaşı tamam olur...

Biologiya və tibb elmləri, Təbriklər

"Kür-Xəzər" yeni layihənin icrasına başlayıb

QHT
“TÜRK DÜNYASI COĞRAFİYASI”  KİTABI  LAYİHƏSİNİN İLKİN MÜZAKİRƏSİ OLUB

“TÜRK DÜNYASI COĞRAFİYASI” KİTABI LAYİHƏSİNİN İLKİN MÜZAKİRƏSİ OLUB

Digər bölmələr
“Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin İcraçı Direktoru

“Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin İcraçı Direktoru

Gürcüstan, Borçalı, Qarayazı, QHT
Sanda üzrə Dunya cempionu Xəzər Əliyev

Sanda üzrə Dunya cempionu Xəzər Əliyev

AzTU, İdman
Allah rəhmət eləsin!.. Akademik Arif Şəfaət oğlu Mehdiyev...

Allah rəhmət eləsin!.. Akademik Arif Şəfaət oğlu Mehdiyev...

Elm, Nekroloqlar
GÖRKƏMLİ ÇOĞRAFİYAŞÜNAS ALİM  ZAKİR EMİNOV

GÖRKƏMLİ ÇOĞRAFİYAŞÜNAS ALİM ZAKİR EMİNOV

Yeni nəşrlər, Digər bölmələr
AzTU-nun professoru Valeh Baxşəliyevin kitabı “Springer” nəşriyyatında nəşr ...

AzTU-nun professoru Valeh Baxşəliyevin kitabı “Springer” nəşriyyatında nəşr ...

Qarabağ, Digər bölmələr, AzTU
Soydaşımız Vüqar Mustafayev müdafiə sənayesi naziri təyin olunub

Soydaşımız Vüqar Mustafayev müdafiə sənayesi naziri təyin olunub

Borçalı, Bolus, Təbriklər
Akademik İradə Hüseynovanın 50 yaşı tamam olur

Akademik İradə Hüseynovanın 50 yaşı tamam olur

Elm, Biologiya və tibb elmləri, Təbriklər
Həmyerlimizin uğurları bizi sevindirir

Həmyerlimizin uğurları bizi sevindirir

Gənc istedadlar, Tiflis, Qarayazı, Diaspora
Professor Vilayət Vəliyev AzTU-nun rektoru təyin edilib

Professor Vilayət Vəliyev AzTU-nun rektoru təyin edilib

AzTU, Təbriklər
“Həsən Əliyev–110: Torpaqşünaslığın müasir problemləri” mövzusunda respubli ...

“Həsən Əliyev–110: Torpaqşünaslığın müasir problemləri” mövzusunda respubli ...

Biologiya və tibb elmləri, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: