Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda "Elm günü" münasibətilə seminar keçirilib Elm » Biologiya və tibb elmləri 18 марта 2019 2019-cu il martın 18-də AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda "Elm günü" münasibətilə elmi seminar keçirilmişdir. Seminarda AMEA Biologiya və tibb elmləri bölməsinin digər institutlarında çalışan əməkdaşlar da iştirak etmişlər.Seminarı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə İbrahimova açmışdır.Sonra AMEA-nın müxbir üzvü, Bioinformatika laboratoriyasının müdiri İlham Şahmuradov “İnteqrativ biologiya və bioinformatika” mövzusunda çıxış etmişdir. İlham Şahmuradov ölkəmizi xaricdə ləyaqətlə təmsil edən ziyalılarımızdandır. Onun Birləşmiş Krallıqlarda, Yaponiyada, Pakistanda, Səudiyyə Ərəbistanında və başqa ölkələrin aparıcı elmi mərkəzlərində göstərdiyi fəaliyyəti buna bariz nümunədir.Daha sonra Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi Gülnarə xanım Balakişiyeva “Azərbaycanda fitoplazmaların epidemiologiyası və genetik müxtəlifliyi” mövzusunda çıxış etmişdir. Vaxtilə Bordo Universitetinin doktorantı olan G.Balakişiyeva tərəfindən Azərbaycanda ilk dəfə fitoplazma xəstəlikləri molekulyar səviyyədə tədqiq edilmişdir.Hər iki alimin çıxışı seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanmış və ətraflı müzakirələr aparılmışdır.Aysel MƏDƏDLİ,ZİM.AZ. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.