“Clarivate Analytics (Thomson Reuters)” agentliyi AMEA-da seminar keçirib Biologiya və tibb elmləri, Digər bölmələr 3 мая 2017 Mayın 3-də AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin təşkilatçılığı ilə “Clarivate Analytics (Thomson Reuters)” agentliyi tərəfindən “Tibb və təbiət elmləri sahəsinin alimləri üçün “Web of Science”” mövzusunda elmi-metodiki seminar keçirilib.Seminarın məqsədi sözügedən sahənin alim və mütəxəssislərini beynəlxalq “Web of Science” Məlumat Platformasının imkanları və əsas elementləri, onunla əlaqəli informasiya resursları, həmçinin bazaya daxil olan beynəlxalq elmi jurnallarda məqalələrin dərc olunması qaydaları ilə tanış etmək idi.Tədbirdə Ukrayna Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Genetika İnstitutunun əməkdaşı, “Biopolymers and Cell” jurnallarının redaksiya rəhbəri İrina Tixonkova “Web of Science” qlobal elmi bazasından effektiv istifadə qaydaları və bazanın əsas göstəriciləri ilə bağlı təqdimatla çıxış edib. Mütəxəssis beynəlxalq səviyyədə tanınmış bazada digər sahələrlə yanaşı, tibb və təbiət elmlərinin də bir çox məsələlərinə dair məlumat, elmi istinad, sənəd və konfrans materiallarının olduğunu bildirib.Sonda beynəlxalq nəşriyyatlarda dərc edilən elmi iş nümunələri nümayiş olunub.Aysel MƏDƏDLİ,AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.