“İsmayıllı rayonu meşə bitkilərinin çöl bələdçi kitabı”nın təqdimatı keçirilib

“İsmayıllı rayonu meşə bitkilərinin çöl bələdçi kitabı”nın təqdimatı keçirilib “İsmayıllı rayonu meşə bitkilərinin çöl bələdçi kitabı”nın təqdimatı keçirilib “İsmayıllı rayonu meşə bitkilərinin çöl bələdçi kitabı”nın təqdimatı keçirilib “İsmayıllı rayonu meşə bitkilərinin çöl bələdçi kitabı”nın təqdimatı keçirilib“İsmayıllı rayonu meşə bitkilərinin çöl bələdçi kitabı”nın təqdimatı keçirilib “İsmayıllı rayonu meşə bitkilərinin çöl bələdçi kitabı”nın təqdimatı keçirilib 2017-ci il fevralın 14-də AMEA-nın Botanika İnstitutunda bu elmi müəssisənin əməkdaşı, b.ü.f.d. Eldar Şükürovun “İsmayıllı rayonu meşə bitkilərinin çöl bələdçi kitabı”nın təqdimatı keçirilib.

AMEA Rəyasət Heyətinin aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən ZiM.Az-a bildiriblər ki, tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə ictimaiyyətə təqdim olunan kitabın məziyyətlərindən danışıb. Bildirib ki, bu kitab Avropa İttifaqının ENPI FLEG II (Avropa Qonşuluq və Əməkdaşlıq Aləti Meşə Qanunvericiliyinin Gücləndirilməsi və İdarəedilməsi) Proqramı çərçivəsində nəşr edilib. Kitab İsmayıllı rayonunun meşələrində yayılmış qatırquyruğukimilər, qıjıkimilər, çılpaqtoxumlular və örtülütoxumlular şöbəsinə daxil olan ağac, kol, lian və ot bitkilərinin təbiətdə olarkən tez və səmərəli təyin edilməsi üçün nəzərdə tutulmuş bir vəsaitdir.

V.Əlizadə qeyd edib ki, nəşrin məqsədi hər hansı bir formal botaniki təlim keçmədən təbiətsevər insanlara meşələrdə rast gəlinən ali bitki növlərini təyin etməkdə kömək göstərməkdir. Kitabda verilmiş sadə və məntiqli istifadə qaydalarının tələblərini yerinə yetirməklə hər bir kəs İsmayıllı rayonunun meşə bitkiçiliyində rast gəlinən 255 ali bitki növlərini daha tez təyin edəcək.

Sonra Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov fondun yaranma tarixi, fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələrdən söz açıb. Bildirib ki, WWF tərəfindən hazırlanan kitabın nəşr etdirilməsində məqsəd təbiətimizin zənginliyini bir daha diqqətə çatdırmaq və onun mühafizəsinə nail olmaqdır.

FLEG II proqramının milli əlaqələndiricisi Könül Əhmədova qeyd edib ki, yeni nəşr İsmayıllı rayonunun ərazisində və respublikanın digər oxşar botaniki coğrafi rayonlarında rast gəlinən eyni meşə bitkilərini asanlıqla təyin etməkdə və onların qısa morfologiyası, Azərbaycanda yayılması, yaşayış mühitləri, təssərrüfat əhəmiyyətləri haqqında vacib məlumatları əldə etməkdə yardımçı olacaq.

Tədbirdə digər çıxış edənlər İsmayıllı rayonunun meşə bitkilərinin öyrənilməsində və təyin edilməsində kitabın əhəmiyyətini qeyd ediblər.

Sonda kitabın müəllifi
Eldar Şükürov
nəşrin hazırlanması prosesindən danışıb, ondan istıfadə qaydaları barədə məlumat verib.
Qeyd edib ki, nəşrin ərsəyə gəlməsində məqsəd təbiətsevər insanlara meşələrimizdə rast gəlinən ali bitki növlərini təyin etməkdə yardımçı olmaqdır.

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Allah rəhmət eləsin, Bəhrəm  Bəy oğlu Tarverdiyev!..

Allah rəhmət eləsin, Bəhrəm Bəy oğlu Tarverdiyev!..

Azərbaycan, Nekroloqlar
“Xalq təbabətinin unudulmuş reseptləri (Qərbi Azərbaycan, Şərqi Zəngəzur və ...

“Xalq təbabətinin unudulmuş reseptləri (Qərbi Azərbaycan, Şərqi Zəngəzur və ...

Yeni nəşrlər, Biologiya və tibb elmləri
“Qafqazın etnobotanikası” kitabı “Springer” nəşriyyatında çap edilib

“Qafqazın etnobotanikası” kitabı “Springer” nəşriyyatında çap edilib

Yeni nəşrlər, Biologiya və tibb elmləri, Dünya, Avropa
“Regionlarda dil situasiyası: İsmayıllı”

“Regionlarda dil situasiyası: İsmayıllı”

Regionlar, Humanitar elmlər
Hacettepe Universitetinin professoru AMEA Botanika İnstitutunun qonağı olub

Hacettepe Universitetinin professoru AMEA Botanika İnstitutunun qonağı olub

Elm, Biologiya və tibb elmləri
Mərkəzi Nəbatat Bağında nadir ağac bitkilərinin sayının artırılması istiqam ...

Mərkəzi Nəbatat Bağında nadir ağac bitkilərinin sayının artırılması istiqam ...

Biologiya və tibb elmləri
AMEA-nın müxbir üzvü Validə Əlizadə Türkiyədə elmi ezamiyyətdə olacaq

AMEA-nın müxbir üzvü Validə Əlizadə Türkiyədə elmi ezamiyyətdə olacaq

Biologiya və tibb elmləri
AMEA Botanika İnstitutu  İtaliya Tədqiqat Şurasının Davamlı Bitki Mühafizə  ...

AMEA Botanika İnstitutu İtaliya Tədqiqat Şurasının Davamlı Bitki Mühafizə ...

Biologiya və tibb elmləri
İsmayıllı şəhərində inklüziv turizm mövzusunda təlimlər keçilib

İsmayıllı şəhərində inklüziv turizm mövzusunda təlimlər keçilib

Azərbaycan, Mədəniyyət
Botanika İnstitutunun əməkdaşları Volksvagen Fondunun toplantısında iştirak ...

Botanika İnstitutunun əməkdaşları Volksvagen Fondunun toplantısında iştirak ...

Biologiya və tibb elmləri, Tiflis
“Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabı təqdim edildi

“Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabı təqdim edildi

Naxçıvan, "Zirvə"
TƏBRİK EDİRİK, VALİDƏ XANIM ƏLİZADƏ!..

TƏBRİK EDİRİK, VALİDƏ XANIM ƏLİZADƏ!..

Elm, Biologiya və tibb elmləri, Təbriklər
Yerli dərman bitki qarışığı yeni paketlərdə satışa verilib

Yerli dərman bitki qarışığı yeni paketlərdə satışa verilib

Naxçıvan, Səhiyyə
Məhşur teatr və kino aktyoru Əhməd Anatollunun kitabının təqdimatı keçirili ...

Məhşur teatr və kino aktyoru Əhməd Anatollunun kitabının təqdimatı keçirili ...

Yeni nəşrlər, Humanitar elmlər, UNUTSAQ, UNUDULARIQ!....
AMEA Botanika İnstitutu beynəlxalq əməkdaşlıqları uğurla davam etdirir

AMEA Botanika İnstitutu beynəlxalq əməkdaşlıqları uğurla davam etdirir

Biologiya və tibb elmləri
Yaponiyanın “Kosugi Zohen Co” şirkətinin prezidenti AMEA-nın Botanika İnsti ...

Yaponiyanın “Kosugi Zohen Co” şirkətinin prezidenti AMEA-nın Botanika İnsti ...

Biologiya və tibb elmləri
Beynəlxalq əlaqələr idarəsinin rəisi təyin edilib

Beynəlxalq əlaqələr idarəsinin rəisi təyin edilib

Biologiya və tibb elmləri, "Zirvə"
Botanika İnstitutu əməkdaşlığa dair memorandum imzalayıb

Botanika İnstitutu əməkdaşlığa dair memorandum imzalayıb

Biologiya və tibb elmləri
TƏBİƏT VURĞUNU TEYYUB AXUNDOV

TƏBİƏT VURĞUNU TEYYUB AXUNDOV

Elm, Nekroloqlar
Meşə Təsərrüfatının Görkəmli Təşkilatçısı və Dövlət xadimi Mehdi Mustafayev ...

Meşə Təsərrüfatının Görkəmli Təşkilatçısı və Dövlət xadimi Mehdi Mustafayev ...

Yeni nəşrlər, Başkeçid
Rəy yazın: