RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİBRƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİBRƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB 2017-ci il noyabrın 1-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə əvvəlcə Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və epiqrafika elmi-fond şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Əli Rəcəbli90 illik yubileyi münasibətilə AMEA-nın Fəxri Fərmanını təqdim edib.

İclasda AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə "Türk incəsənətinin dövrləşdirilməsi problemi" mövzusunda məruzə ilə çıxış edib. Ə.Salamzadə bildirib ki, dövrləşmə türk dünyası sənət tarixinin yaradılması yolunda əsas problemlərdən biridir və öyrənilən mədəniyyət haqqında obyektiv məlumat almağa imkan verən xronoloji sistemdir. İnstitut direktoru vurğulayıb ki, postsovet türk ölkələri içərisində Azərbaycan milli sənətşünaslıq məktəbi daha çox inkişaf edib, bu sahədə tədqiqat işləri hələ 1940-1950-ci illərdən başlayıb.
Dövrləşmənin metodologiyasından danışan məruzəçi bildirib ki, müasir sənətşünaslıqda bu problemə daha çox iki yanaşma tərzi tələb olunur: xronoloji və sülalə yanaşması (dinastik yanaşma). Bunlardan başqa, üslubi, bioqrafik və semiotik yanaşma tərzlərinə də təsadüf edilir. Natiq vurğulayıb ki, türkdilli ölkələrin sənətşünasları ayrı-ayrılıqda sovet dövrünün elmi paradiqması çərçivəsində öz sənət tarixlərini tədqiq edərək onu başqa türk xalqlarının incəsənətindən fərqləndirən xüsusiyyətlərinin aşkara çıxarılmasına çalışıblar.

Məruzə dinlənildikdən və suallar cavablandırıldıqdan sonra Rəyasət Heyəti müvafiq qərar qəbul edib.

Müzakirəyə çıxarılan növbəti məsələ 1-2 mart 2018-ci il tarixlərində AMEA, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) tərəfdaşlığı ilə "Elmin kommersiyalaşdırılması və bilik əsaslı iqtisadiyyatın inkişafında özəl sektorun rolu" adlı biznes forumun keçirilməsi ilə bağlı olub. AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev bildirib ki, forum elmi-tədqiqat müəssisələrində biznes fəaliyyətinin genişləndirilməsi, intellektual kapitalın və innovasiya sahibkarlığının inkişafı, elmi-tədqiqat işlərinin sənaye, biznes, eləcə də aqrar sektorun tələblərinə uyğunlaşdırılması üçün işgüzar mühitin yaradılması məqsədi daşıyır. Bundan əlavə, iri, orta və kiçik sahibkarlığa innovativ yanaşmalarla dəstək olmaq, innovasiya iqtisadiyyatına elmi töhfələr vermək, innovativ iqtisadi ekosistemi, intellektual potensialı, bilik əsaslı iqtisadiyyatı inkişaf etdirmək forumun hədəflərindəndir. Müzakirələrin sonunda forumun təşkil edilməsi, bununla bağlı AMEA-da Təşkilat Komitəsi, "YT Park"da isə işçi qrupunun yaradılması qərara alınıb.

Tədbirdə Azərbaycan dilinin orfoqrafiya lüğətinin yeni nəşrinin hazırlanması barədə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edib. Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubiley tədbirində dilimizin lüğət tərkibinin imkanları və ana dilimizin saflığının qorunması haqqında irəli sürdüyü fikirlərin dilçilik elminin qarşısında mühüm vəzifələr qoyduğunu deyən akademik İsa Həbibbəyli müstəqillik dövrünün yeni orfoqrafiya lüğətinin hazırlanmasının bu baxımdan mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

İclasda Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinin prinsiplərinin hazırlanması, mövzu ətrafında müzakirənin təşkili, lüğətin nəşri məqsədilə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə Respublika Komissiyasının yaradılması təklif edilib. AMEA Nəsimi adına Dilçilik İnstitutuna bir ay müddətində aidiyyatı elmi qurumlarla birlikdə orfoqrafiya lüğətinin qayda və prinsiplərini hazırlayıb müzakirəyə təqdim etmək, eləcə də 2018-ci ilin may ayınadək yeni lüğətin hazırlanmasını təmin etmək tapşırılıb.

Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın www.elm.gov.az portalı və Elm TV İnternet-televiziyasının (www.elmtv.az) fəaliyyətinin təkmilləşdirilməsi haqqında olub. Mövzu ilə əlaqədar çıxış edən AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəisi Zülfüqar Fərzəliyev çağdaş dövrdə hər bir qurumun informasiya siyasətinin təmin olunmasında ənənəvi KİV ilə yanaşı, veb-sayt və portallar, İnternet TV-lərin də böyük rol oynadığını qeyd edərək idarənin Elektron informasiya (www.elm.gov.az) və ElmTV İnternet-televiziyası (www.elmtv.az) şöbələrinin fəaliyyətinin yüksək səviyyədə təşkili üçün mövcud problemlərdən danışıb.

AMEA Rəyasət Heyəti tərəfindən Akademiyanın www.elm.gov.az portalı və www.elmtv.az saytının texnoloji modernləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi və s. istiqamətdə müvafiq tədbirlərin görülməsi qərara alınıb.

İclasda Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı"nın AMEA-da icrası ilə bağlı məsələyə də toxunulub. Çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə respublikada davamlı olaraq həyata keçirilən gənclər siyasətinin əsas məqsədinin cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq olduğunu deyib. AMEA rəhbəri Sərəncamda Akademiyanın da qarşısında mühüm vəzifələr qoyulduğunu, bu məqsədlə Tədbirlər Planının hazırlandığını bildirib.

Məsələ müzakirə edildikdən sonra Rəyasət Heyətinin qərarı ilə "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramının AMEA üzrə icrası ilə bağlı Tədbirlər Planı" təsdiq edilib.

Rəyasət Heyətinin iclasında bir sıra struktur məsələlərinə də baxılıb. Belə ki, AMEA Zoologiya İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi, AMEA-nın İctimai Elmlər Bölməsi Bürosu və Qafqazşünaslıq İnstitutu yeni Elmi şurasının tərkibinin təsdiq olunması barədə qərarlar qəbul edilib. AMEA Qafqazşünaslıq İnstitutunun "Qafqazşünaslıq" elmi-nəzəri jurnalının Azərbaycan, rus və ingilis dillərində təsis edilməsi və redaksiya heyəti tərkibi təsdiq olunub.

Tədbirin gündəliyində kadr məsələləri də yer alıb. Rəyasət Heyətinin qərarı ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalov AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun, filologiya üzrə elmlər doktoru Lalə Əhmədova AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun, tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahov isə Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifələrinə təyin ediliblər. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Kərimlinin AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun, hüquq üzrə fəlsəfə doktoru Samirə Qaramollayevanın Hüquq və İnsan Haqları İnstitutunun, fəlsəfə üzrə fəlsəfə doktoru Sevinc Həsənovanın isə AMEA-nın Fəlsəfə İnstitutunun elmi katibi vəzifələrinə təsdiq edilməsi haqqında qərarlar qəbul olunub.

İclasda, həmçinin məşhur heykəltəraş, Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov mədəniyyət və incəsənət sahəsinin inkişafındakı əvəzsiz xidmətlərinə görə və anadan olmasının 90 illik yubileyi münasibətilə AMEA-nın Fəxri Fərmanı ilə təltif edilib.

Tədbirdə akademik Cəmil Quliyevin Azərbaycan tarix elminin inkişafındakı xidmətləri nəzərə alınaraq və anadan olmasının 90, AMEA-nın müxbir üzvü Arif Abbasovun isə Azərbaycan arxeologiya elminin inkişafındakı xidmətləri nəzərə alınaraq və anadan olmasının 80 illik yubileyləri münasibətilə AMEA-nın A.A.Bakıxanov adına Tarix və Arxeologiya və Etnoqrafiya institutlarında elmi sessiyaların keçirilməsi barədə qərarlar qəbul edilib, alimlərin həyat və yaradıcılığına həsr edilmiş materialların kütləvi informasiya vasitələrində dərc olunması qərara alınıb.

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB

Elm
AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm
AMEA-nın İctimai Elmlər Bölməsinin büro iclası keçirilib

AMEA-nın İctimai Elmlər Bölməsinin büro iclası keçirilib

İctimai elmlər
AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Əsas xəbər, Elm
RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm, "Zirvə"
AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

Humanitar elmlər
AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

Humanitar elmlər
Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclası keçirilib

Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclası keçirilib

Biologiya və tibb elmləri
AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

"Zirvə"
AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm
AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

Humanitar elmlər, "Zirvə"
AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti Büro iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti Büro iclası keçirilib

Humanitar elmlər
Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Biologiya və tibb elmləri
AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

"Zirvə"
AMEA-da bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair   Fəal ...

AMEA-da bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Fəal ...

Elm
AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm, Biologiya və tibb elmləri, "Zirvə"
AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

Elm, Humanitar elmlər
AMEA-nın Biologiya və Tibb Elmləri  Bölməsinin Ümumi yığıncağı keçirilib

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Biologiya və tibb elmləri
AMEA TÜRK DÜNYASI ELMLƏR AKADEMİYALARI BİRLİYİNƏ SƏDRLİK EDƏCƏK

AMEA TÜRK DÜNYASI ELMLƏR AKADEMİYALARI BİRLİYİNƏ SƏDRLİK EDƏCƏK

"Zirvə", Turan
Rəy yazın: