AMEA-da 15 SENTYABR ‒ BİLİK GÜNÜNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLİB

AMEA-da 15 SENTYABR ‒ BİLİK GÜNÜNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLİBAMEA-da 15 SENTYABR ‒ BİLİK GÜNÜNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLİB AMEA-da 15 SENTYABR ‒ BİLİK GÜNÜNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLİBAMEA-da 15 SENTYABR ‒ BİLİK GÜNÜNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLİB AMEA-da 15 SENTYABR ‒ BİLİK GÜNÜNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLİB Sentyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Bilik gününə həsr olunmuş toplantı keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Akademiyada magistratura təhsilinin təşkilinin elm və təhsilin inteqrasiyası istiqamətində atılan uğurlu addımlardan biri olduğunu qeyd edib. Elm və təhsilin inteqrasiyasının ölkəmizin inkişafında mühüm rol oynadığını diqqətə çatdıran AMEA rəhbəri biliklər cəmiyyətində ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanmasının ölkədə təhsil və elmi tədqiqatların səviyyəsinin artırılmasına xidmət etdiyini vurğulayıb. AMEA-da magistratura təhsilinin əsasının qoyulması ilə bağlı kompleks tədbirlərdən danışan akademiyanın prezidenti bu sahədə görülən işlərin ölkədaxili və beynəlxalq əməkdaşlıq səviyyəsində həyata keçirildiyini deyib. İki il öncə fəaliyyətə başlayan magistratura pilləsinin AMEA-nın elmi müəssisələrində təhsil alan gənclərin gələcək fəaliyyətlərinə müsbət təsir göstərdiyini, dünya elminə inteqrasiya imkanı qazanaraq elmi potensiallarını gücləndirməyə şərait yaradıldığını bildirib.

Sonra AMEA-nın magistraturasına qəbulun nəticələri barədə Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edib. 2017/2018-ci tədris ili üçün 17 instituta 12 ixtisas, 39 ixtisaslaşma üzrə 67 magistrantın daxil olduğunu deyən AMEA-nın müxbir üzvü Ə.Sadıqov bu il AMEA-nın magistraturasına qəbul olunmaq üçün müsahibədə ümumilikdə 1742 bakalavrın iştirak etdiyini vurğulayıb. Gənclərin Akademiyaya, elmə marağının artdığını qeyd edən idarə rəisi keçirilən müsahibə zamanı bir plan yerinə ən çox sənəd verilən institutun İdarəetmə Sistemləri İnstitutu və qəbul zamanı ən yüksək nəticə göstərən magistrantın isə İnformasiya Texnologiyaları İnstitutundan olduğunu deyib.

Daha sonra akademik Akif Əlizadə tərəfindən AMEA-nın magistrantlarına tələbə biletləri, qiymət kitabçaları eyni zamanda internetdən və elektron dərs vəsaitlərindən sərbəst istifadə üçün planşet təqdim edilib.

Tədbirdə Dilçilik İnstitutunun məzunu Aynur İmanova, Riyaziyyat və Mexanika İnstitutunun II kurs magistrantı Yetər Fərhadova, İnformasiya Texnologiyaları İnstitutunun I kurs magistrantı Qalib Sarayev, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun I kurs magistrantı Reyhan Məmmədova da çıxış ediblər.

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-da magistrantların Bilik Günü qeyd edilib

AMEA-da magistrantların Bilik Günü qeyd edilib

Elm, Biologiya və tibb elmləri, Digər bölmələr
AMEA-nın ilk magistrları dissertasiya işlərini uğurla müdafiə ediblər

AMEA-nın ilk magistrları dissertasiya işlərini uğurla müdafiə ediblər

Elm
Akademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşüb

Akademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşüb

Elm, Biologiya və tibb elmləri
AMEA-da yay imtahan sessiyasının təşkili ilə bağlı müşavirə keçirilib

AMEA-da yay imtahan sessiyasının təşkili ilə bağlı müşavirə keçirilib

"Zirvə"
AMEA-nın Direktorlar Şurasının növbəti iclası keçirilib

AMEA-nın Direktorlar Şurasının növbəti iclası keçirilib

"Zirvə"
AMEA-da doktorantura və magistratura təhsili ilə bağlı bir sıra cari məsələ ...

AMEA-da doktorantura və magistratura təhsili ilə bağlı bir sıra cari məsələ ...

Digər bölmələr
AMEA ELMİ MÜƏSSİSƏLƏRİNİN DİREKTORLARI ŞURASININ İCLASI KEÇİRİLİB

AMEA ELMİ MÜƏSSİSƏLƏRİNİN DİREKTORLARI ŞURASININ İCLASI KEÇİRİLİB

Elm
RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm, "Zirvə"
AMEA-nın SOSİAL SİYASƏTİNİN VƏZİFƏLƏRİ VƏ PRİORİTETLƏRİNƏ HƏSR OLUNMUŞ TOPL ...

AMEA-nın SOSİAL SİYASƏTİNİN VƏZİFƏLƏRİ VƏ PRİORİTETLƏRİNƏ HƏSR OLUNMUŞ TOPL ...

Elm, Biologiya və tibb elmləri, Digər bölmələr
AMEA-nın prezidenti Monqolustanın ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın prezidenti Monqolustanın ölkəmizdəki səfiri ilə görüşüb

Elm, Dünya
AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

Nazirlik, Təbriklər
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Gənclərlə görüşüb

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Gənclərlə görüşüb

Elm
AMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 i ...

AMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 i ...

Digər bölmələr, Orta Asiya
AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

Elm
AMEA və Clarivate Analytics (Thomson Reuters) təşkilatı arasında əməkdaşlıq ...

AMEA və Clarivate Analytics (Thomson Reuters) təşkilatı arasında əməkdaşlıq ...

Elm
AMEA-da Türkiyə universitetinin rektoru ilə görüş keçirilib

AMEA-da Türkiyə universitetinin rektoru ilə görüş keçirilib

"Zirvə"
AMEA İsrailin elmi mərkəzləri ilə əlaqələri genişləndirir

AMEA İsrailin elmi mərkəzləri ilə əlaqələri genişləndirir

Elm, İsrail
“Elmin KİV-də təbliği” mövzusu müzakirə olundu

“Elmin KİV-də təbliği” mövzusu müzakirə olundu

"Zirvə"
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
AMEA-nın Yüksək Texnologiyalar Parkında rəqabətqabiliyyətli məhsullar isteh ...

AMEA-nın Yüksək Texnologiyalar Parkında rəqabətqabiliyyətli məhsullar isteh ...

Elm
Rəy yazın: