​Azərbaycan ilə Bolqarıstan arasında elm sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

​Azərbaycan ilə Bolqarıstan arasında elm sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub​Azərbaycan ilə Bolqarıstan arasında elm sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub ​Azərbaycan ilə Bolqarıstan arasında elm sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub​Azərbaycan ilə Bolqarıstan arasında elm sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub 2017-ci il mayın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Bolqarıstan Respublikasının vitse-prezidenti İliana Yotovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AMEA rəhbəri görüşdə Akademiyanın nümayəndə heyətinin bu yaxınlarda Bolqarıstana səfərini xatırladıb. Qeyd edib ki, səfər zamanı Bolqarıstanın elmi müəssisələri ilə müzakirə olunan layihələr artıq həyata keçirilməyə başlanılıb.

AMEA-nın tarixi, keçdiyi inkişaf yolundan söhbət açan akademik Akif Əlizadə elmin kommersiyalaşması istiqamətində görülən işlərdən, Yüksək Texnologiyalar Parkının fəaliyyəti haqqında məlumat verib. AMEA-nın prezidenti Təcrübə-Sənaye Zavodunda bir çox adda məhsul istehsal olunduğunu, bunlardan tibb sahəsində geniş istifadə olunan Ağ Naftalan yağının öz unikallığı ilə seçildiyini bildirib. Akademik Akif Əlizadə həmçinin Akademiyada geologiya, fizika, kimya, informasiya texnologiyaları, paleontologiya, humanitar və ictimai elmlər sahələrində aparılan tədqiqatlardan, palçıq vullkanları, neft və qaz yataqlarının öyrənilməsi sahəsində görülmüş işlərdən danışıb. Bildirib ki, elmin prioritetlərindən biri də Azərbaycan alimlərinin xarici həmkarları ilə birlikdə meqalayihələrdə iştirakıdır.

Görüşə görə AMEA rəhbərliyinə təşəkkürünü bildirən Bolqarıstan Respublikasının vitse-prezidenti İliana Yotova Bolqarıstan Elmlər Akademiyasının fəaliyyətindən, aparılan tədqiqatlardan və iki ölkə arasında elmi əməkdaşlığın gələcək perspektivlərindən danışıb. Elm, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən beynəlxalq layihələr, elmin maliyyələşdirilməsi və kommersiyalaşdırılması haqqında söz açan vitse-prezident gələcək tədqiqatlar üçün aktual mövzularının seçilməsinin zəruriliyini qeyd edib.

Akademik Akif Əlizadə gənc elmi kadrların hazırlıq məsələsinə toxunaraq ikitərəfli kadr mübadiləsinin, Azərbaycanın gənc alim və mütəxəssislərinin Bolqarıstanın elmi mərkəzlərində təcrübə keçməsinin vacibliyini vurğulayıb.

Görüşdə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, AMEA-nın vitse-prezidentləri, akademik İbrahim Quliyevakademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəisi Zülfüqar Fərzəliyev və başqaları iştirak ediblər.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA İsrailin elmi mərkəzləri ilə əlaqələri genişləndirir

AMEA İsrailin elmi mərkəzləri ilə əlaqələri genişləndirir

Elm, İsrail
AMEA-nın Yüksək Texnologiyalar Parkında rəqabətqabiliyyətli məhsullar isteh ...

AMEA-nın Yüksək Texnologiyalar Parkında rəqabətqabiliyyətli məhsullar isteh ...

Elm
AMEA-nın prezidenti Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın prezidenti Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

Elm, "Zirvə"
AMEA-nın prezidenti Monqolustanın ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın prezidenti Monqolustanın ölkəmizdəki səfiri ilə görüşüb

Elm, Dünya
AMEA ilə Birləşmiş Krallığın “Millers Oils LTD” şirkəti arasında əməkdaşlıq ...

AMEA ilə Birləşmiş Krallığın “Millers Oils LTD” şirkəti arasında əməkdaşlıq ...

Elm
ABŞ tərəfdaşları ilə uzunmüddətli elmi əlaqələrin qurulmasına böyük önəm ve ...

ABŞ tərəfdaşları ilə uzunmüddətli elmi əlaqələrin qurulmasına böyük önəm ve ...

Elm, Biologiya və tibb elmləri
AMEA və Clarivate Analytics (Thomson Reuters) təşkilatı arasında əməkdaşlıq ...

AMEA və Clarivate Analytics (Thomson Reuters) təşkilatı arasında əməkdaşlıq ...

Elm
AMEA və Türkiyənin Səlcuq Universiteti arasında anlaşma memorandumu imzalan ...

AMEA və Türkiyənin Səlcuq Universiteti arasında anlaşma memorandumu imzalan ...

Elm, "Zirvə", ADPU, Turan
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Gənclərlə görüşüb

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Gənclərlə görüşüb

Elm
Akademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşüb

Akademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşüb

Elm, Biologiya və tibb elmləri
AMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 i ...

AMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 i ...

Digər bölmələr, Orta Asiya
AMEA ilə “INTERTELECOM” MMC şirkəti arasında niyyət sazişi imzalanıb

AMEA ilə “INTERTELECOM” MMC şirkəti arasında niyyət sazişi imzalanıb

Elm
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev AMEA “YT Pa ...

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev AMEA “YT Pa ...

Elm
AMEA-nın Direktorlar Şurasının növbəti iclası keçirilib

AMEA-nın Direktorlar Şurasının növbəti iclası keçirilib

"Zirvə"
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Rusiya Elmlər Akadem ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Rusiya Elmlər Akadem ...

Biologiya və tibb elmləri, Rusiya
“İslam maarifçiliyi və müasir dövr” mövzusunda konfransın materiallarından  ...

“İslam maarifçiliyi və müasir dövr” mövzusunda konfransın materiallarından ...

Elm, "Zirvə"
AMEA ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında me ...

AMEA ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında me ...

Elm
“Elmin KİV-də təbliği” mövzusu müzakirə olundu

“Elmin KİV-də təbliği” mövzusu müzakirə olundu

"Zirvə"
AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

"Zirvə"
Rəy yazın: