Aslan Bayramovun yeni uğuru: "Azərbaycan onomastikası" Elm, Sumqayıt 25 июня 2015 “Onomastika” yunan mənşəli termin olub,dilimizə “ad öyrənmə sənəti” və ya xüsusi adlardan bəhs edən dilçilik bölməsi kimi daxil olmuşdur.Dilçiliyin digər bölmələrinə nisbətən onomastika daha gənc sahədir. Görkəmli onomoloq alim-Afat Qurbanovdan sonra, daha geniş tətbiqetmə istiqaməti alan onomologiya elmi ayrı-ayrı alimlərin müdafiə mövzularına çevrilmişdir.Bu alimlərimizdən biri də prof.Aslan Bayramovdur.Onun elmi fəaliyyətinə nəzər salmazdan əvvəl avtobioqrafiyası ilə tanış olaq.Aslan Bayramov 1947-ci ildə Ağbaba elinin Amasiya rayonunun Təpəköy kəndində anadan olmuşdur. O,BDU-nun filologiya fakültəsinə daxil olmuş, 1978-ci ildə universiteti bitirmiş və Amasiyaya qayıtmişdir. Amasiyada orta məktəbdə pedeqofi fəaıiyyətlə məşğul olmuşdur.Aslan müəllim pedoqofi fəaliyyətini sonralar ADPU, AMİ-nin Sumqayıt filialında və SDU-da davam etdirmişdir.1995-ci ildə filologiya üzrə namizədlik, 2012-ci ildə idə doktorluq dissertasiyası müdafiə etmişdir. Aslan Bayramov kariyerası ADPU,AMİ-nin Sumqayıt filialı və SDU ilə bağlıdır. O ADPU və AMİ-nin Sumqayıt filialında dosent,SDU-da kafedra müdiri (2003-2009),dekan(2003-2014) vəzifələrində çalışmışdır. Hal-hazırda SDU-nun Azərbaycan dili və dilçilik kafedrasının professor, Folklorşünaslıq elmi tədqiqat lobaratoriyasının müdiridir. Aslan müəllimin elmi fəaliyyəti təkcə onomastika ilə deyil,həm də dialektologiya, dil tarixi, etnonimiya, toponimiya, folklorşünaslıq və s.ilə bağlıdır.Alimin 5 dərs vəsaiti-“Qədim Oğuz ellərinin-Ağbaba, Şörəyel və Pəmbək bölgələrinin yer-yurd adları (1996)”,”Kitabi Dədə Qorqud və Qafqaz(2000),”Kitabi Dədə Qorqudda adlar və Qafqaz ərazisində onların toponimləşməsi(2007)”Ağbaba şivə sözlüyü(2014)”,1 folklor toplusu(Oğuz elindən, Ozan dilindən), 1 monooqrafiya(Söz ürəkdən gələndə(2007)), 25 fənn proqramının və Kitabi-Dədə Qorqud ensiklopediyasının müəlliflərindən biridir.AJB VƏ AYB-nın üzvüdür.Alimin daha bir kitabı 2015-ci ildə nəşr olundu. Bu kitab “Azərbaycan onomastikası” adlanır. Mübaliğəsiz demək olar ki,alimin bu əsəri Afat Qurbanovun “Azərbaycan dilinin onomalogiyası”adlı kitabı ilə əsasını qoyduğu məktəbin uğurlu davamıdır.Aslan müəllimin kitab haqqında mülahizələri kitabın nə qədər əhəmiyyətli olduğunu göstərir. Kitabda onomastik vahidlər və xüsusi isimlərin quruluşu,onomastik terminlər, qadın və kişi adlarının məna növləri,mənşəyi,etnolinqivistik mahiyyəti, ləqəb, titul və təxəllüslərin onomastik sistemdə mövqeyi kimi məsələlər və ən əsası bu dövrdəki onomologiyanın problemləri, yeni yaranmaqda olan onomastik terminlərin yaranma xüsusiyyətləri şərh olunur. Bunlardan başqa, Azərbaycan toponomiyasında əks olunan oykonim,oronim və hidronimlərin linqivistik xüsusiyyətləri göstərilir və Türkiyə, Krım, Borçalı(Gürcüstan),Türmənistan,Cənubi Azərbaycan(İran) və digər ölkələr-dəki paralelləri müqayisə edilir. Bununla belə ktematonim, zoonim, fitonim və kosmonimlərin növləri və digər xüsusiyyətləri, onomastik vahidlərin üslubi-poetik imkanları, Azərbaycan dilindən keçən etnoqrafik və onomastik leksik vahidlərin geniş işlənmə səbəbləri nümunələrlə təqdim olunur.Onomastikanın bəzi məsələləri, tədrisi asanlaşdıran bir çox məqamlər nümunələrlə göstərilir.Kitab 6 fəsildən ibarətdir,bakalavr və magistr pillələrində təhsil alan tələbələr, elmi işlə məşğul olan doktorant və dissertantlar, eləcə də ali və orta məktəb müəllimləri üçün nəzərdə tutulmuşdur.Biz də Aslan müəllimə yeni-yeni uğurlar arzu edirik və onun alimlik fəaliyyətini alqışlayırıq.Bundan sonra alimin çapdan çıxacaq kitabları haqqında təəsüratlarımızı mütəmadi oxucularla bölüşəcəyik.Vüsal ŞABİZADƏ. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.